Skip to main content

Full text of "İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü - Yəhya Əbdülmuhsin Duxi"

See other formats


jmam Həsənin ^ sülhü 

Reallıq və tarixin zülmü 



* — Yəhya Əbdülmuhsin Duxi 


İMAM HƏSƏNİN Ш SÜLHÜ 

REALLIQ VƏ TARİXİN ZÜLMÜ 


elmi araşdırma 


Yəhya Əbdülmuhsin Duxi 


Kitabın adı: İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü 


Müəllif: Yəhya Əbdülmuhsin Duxi 
Tərcüməçi: Ramil Aslanlı 
Dizayn: Xəlil Məmmədov 



İslam tarixinə dair ən böyük təhrif, yalan və hiyləgərliklərin altında Əməvi 
sülaləsinin imzası olduğunu desək, şübhəsiz ki, yanılmış olmarıq. Allahın kitabına, 
Peyğəmbərin (s.ə.a) buyuruqlarma baxmayaraq, öz nəfsi istəklərini min bir hiylə 
ilə gerçəkləşdirməkdə israrlı olan Müaviyə ibn Əbu Süfyan Əməvi nümayəndələri 
arasında İslama ən ciddi zərbəni vuranların başında gəlir. Əlinizdəki bu kitab, onun 
cənnət cavanlarının ağası İmam Həsən (ə) ilə bağladığı sülhün həqiqətlərini işıq 
üzünə çıxarır. Həqiqətin gün kimi aydın olmasına baxmayaraq, bəzi alimlərin bu 
tarixi faktları görməzdən gəlməkləri də ayrı bir problemdir. Ümid edirik ki, kitabı 
oxumaqla kifayətlənməyib, dostlarmızla da paylaşacaqsınız. Axı kitab həm də 
paylaşmaq üçündür... 


MÜNDƏRİCAT 


■ Giriş 

■ Müqəddimə 

BİRİNCİ FƏSİL: İMAM HƏSƏNİN (əleyhissalam) HƏYATI 

■ İmam Həsənin xəlifəliyi 

■ İmam Həsənə (əleyhissalam) beyət edilməsi və imamlığı 

■ İmam Həsənə (əleyhissalam) beyət olunduqdan sonra Müaviyənin yürütdüyü 
siyasət 

■ İmam Həsən (əleyhissalam) və Müaviyə arasında məktublaşma 

■ İmam Həsənin (əleyhissalam) Müaviyəyə göndərdiyi son məktub 

■ Müaviyə insanları İmam Həsənə (əleyhissalam) qarşı vuruşmağa hazırlayır 

■ Hərb qaçılmazdır 

■ Kufə cəmiyyətinin müxtəlifliyi 

■ Ordunun uğursuzluğu və İmam Həsəni (əleyhissalam) tərk etmələri 

■ Müaviyənin insanları pul ilə satın alması 

■ Müaviyənin qəbilə başçılarini ələ alması 

■ İmam Həsənin (əleyhissalam) siyasəti 

İKİNCİ FƏSİL: İMAM HƏSƏNİN (əleyhissalam) SÜLHÜ 

■ Müqəddimə 

■ Sülh müqaviləsi tarixçilərin dilində 

■ Sülhün bəndləri 

■ Müaviyənin sülh müqaviləsini pozması 

■ Müaviyənin Kufə camaatına xitabı 

■ Müaviyə sülh müqaviləsini pozduqdan sonra xəyanətlə vəsf olundu 

■ Sülhün səbəbləri 

■ Sülhün nəticələri və faydaları 

ÜÇÜNCÜ FƏSİL: İMAM HÜSEYNİN (əleyhissalam) BAĞLADIĞI SÜLH 

BARƏDƏ ŞÜBHƏLƏR 


■ Birinci şübhə 

Xilafətin Müaviyəyə təhvil verilməsi imamətin təyin yolu ilə olmadığına 
dəlildir. 

■ İkinci şübhə 

İmam Həsən çox evlənib çox boşanandır 

■ Üçüncü şübhə 

İmam Həsən və İmam hüseynin döyüş və sülh məsələlərində ixtilaf etmələri 



GİRİŞ 


Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin 
həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, 
mübaliğə etmiş olmarıq. Bu sülh əməvi xəttinin törətdiyi hadisələrə qarşı 
müsəlmanların zehinlərində fəhm və idrak baxımından yeni mərhələnin 
yaranmasını formalaşdırdı. İmam Həsən (əleyhissalam) bağladığı sülhün sayəsində 
Peyğəmbərin uğrunda qiymətli qurbanlar verdiyi dinin təhrif olunmasına və ali 
dəyərlərin aradan getməsinə səbəb olacaq fırtınaların qarşısını aldı. 

Bu tarixi hadisənin böyük əhəmiyyətinə baxmayaraq, təəssüflər olsun ki, 
tarixçilər insaf və obyektivliklə bu hadisəni izah etməmişlər. Bu hadisə bəzən 
yarımçıq, bəzən isə tərsinə təsvir edilmişdi. Nəticədə bu tarixi hadisə detalları ilə 
aydın olmamış, həqiqəti tam ehtiva etmədən, qarışıq formada təsvir edilmişdir. 

Belə bir halda bu sülhün mahiyyəti və ona bağlı baş vermiş hadisələr 
barəsində müəyyən şübhələrin yaradılması olduqca təbiidir. Məhz bu səbəbdən 
həmin sülhün səbəblərini, nəticələrini və faydalarını araşdırmaq, o cümlədən onun 
ətrafında yaradılmış bəzi şübhələri dəf etmək üçün bu kitab ərsəyə gəlmişdi. Baş 
vermiş hadisələrin elmi araşdırılması üçün tədqiqatçı, ustad Yəhya Əbdulmuhsin 
Duxi əlini “yaranın” üzərinə qoymuşdur. Kitabda bəzi tarixi mətnləri, rəvayətləri 
toplamış, həqiqəti öz yerinə qoymaq üçün onları müfəssəl təhlil etmişdir. 

Həcc və ziyarət institutu əziz ustada sərf etdiyi zəhmət müqabilində öz dərin 
minnətdarlığını bildirir. Allah-təaldan onun bu əməlini qəbul etməsini diləyir və bu 
araşdırmaların ehtiva etdiyi həqiqətlərin ümmətin vəhdətinə carçı olmasını, Allah- 
təalanm pak etdiyi əhli-beytin ətrafında cəm etməsini istəyir. 

Allah-təala müvəffəqiyyətin zaminidir. 

Həcc və ziyarət institutu 
Kəlam və bilgilər şöbəsi 



MÜQƏDDİMƏ 

İslam tarixini formalaşdıran hadisələrin bir çoxunun müsəlmanlar üçün 
əhəmiyyətli və həssas olmasına baxmayaraq, üzərinə qaranlıq və anlaşılmazlıq 
çökdürülmüşdür. Bəlkə də bu hadisələrdən biri də, İmam Həsənin (əleyhissalam) 
sülhüdür. Tarix bu hadisənin üzərinə örtük çəkmişdir. Əgər bu örtük götürülsə və 
hadisə çılpaqlığı ilə aşkar olsa, bir çoxları tərəfdən haqsız yerə yürüdülən hökmlər 
dəyişər. 

Biz bu işi görənləri mühakimə etmək məqsədində deyilik, sadəcə olaraq 
tarixi hadisənin həqiqətini bilmək istəyirik. Məsələn, Təbəri Müaviyə ilə bağlanmış 
sülh müqaviləsi barədə danışarkən elə bir söz nəql etməklə kifayətlənmişdir ki, 
sanki Müaviyə İmam Həsənlə (əleyhissalam) bütün şərtlərini qəbul etməyə hazır 
imiş. Təbəri yazır: “Müaviyə Həsənə sonunda möhürlü bir ağ səhifə göndərdi 
və ona belə yazdı: “Sonunda möhür vurduğum bu səhifədə istədiyin şərti yaza 
bilərsən ”. 1 

Sonra sözü yarımçıq qoyaraq İmam Həsənin (əleyhissalam) Müaviyəyə 
həmin səhifədə nə yazdığını qeyd etmir. 

Sülhün bəndlərini və şərtlərini qeyd edən tarixi mənbələri araşdıran hər bir 
şəxs bu əhəmiyyətli tarixi hadisənin mətni barədə çox az bir şeyin yazıldığına 
şahid olar. 

Həmçinin hədis alimlərində də bunun eynisini görürük. Məsələn, Zəhəbi bu 
hadisəni Həsən əl-Bəsrinin Əbu Musadan nəql etdiyi rəvayəti qeyd etməklə 
kifayətlənmişdir: 

“Həsən bin Əli Müaviyəni dağlar qədər olan ordu ilə qarşdadı. Əmr bin 
As dedi: “Allaha and olsun, elə ordu görürəm ki, o öz mislində ordunu qətlə 
yetirməyincə geri dönməz. Müaviyə - iki kişinin ən xeyirlisi idi - dedi: “Əgər 
bunlar bir-birini qətlə yetirərsə, onların övladlarını, mülklərini, qadınlarını 
nə edəcəm?”. Sonra Əbdürrəhman bin Sumrəni (elçi olaraq qarşı tərəfə) 
göndərdi. Bundan sonra Həsən Müaviyə ilə sülh bağladı ”. 2 

Burada İmam Həsənin (əleyhissalam) tarixinin və Müaviyə ilə bağlanmış 
sülhdə yerinə yetirdiyi rolunun tamamilə ixtisar olunduğunu görürük. 

O Müaviyə ki, Əqqad onun siyəsətini şərh edərkən deyir: 


1 Tarixut-Təbəri, c.4, səh. 124. 

2 Zəhəbi, “Tarixu İslam”, c.4, səh. 38. 



“Onun dəfələrlə ustalıqla yerinə yetirdiyi hiylələri vardı. Müsəlman və 
qeyri-müsəlmanlardan olan rəqiblərinə qarşı hiylələrindən istifadə edirdi. 
Onun siyasətinin ana xətti rəqibinin içərisində şübhə toxumu səpmək, kin- 
küdurət yaratmaqla təfriqə salmaq və bir-birini satmaq üçün qüvvə sərf 
etmək idi. Hətta öz ailəsi və qohumlarına qarşı belə edirdi. İki insanın bir işdə 
müttəfiq olmasını xətərli hesab edirdi. Əgər o, öz dövlətində hökumət 
adamlarının arasında bir-birinə qarşı müxalif olan partiya yaratmaq 
iqtidarında olsaydı, elə belə də edərdi. Əgər tarix ona düzgün qiymət versəydi, 
onu insanlar arasında təfriqə salan şəxs kimi səciyyələndirərdi”. 3 

Deməli, Müaviyənin siyasəti hiylə, təfriqə, kin-küdurət yaratmaq üzərində 
formalaşmışdı. Əgər tarix onu düzgün dəyərləndirsə, Əqqadm dediyi kimi, onu 
insanlar arasında təfriqə yaradan şəxs olaraq səciyyələndirərdi. 

Bütün bunlara baxmayaraq, görürük ki, Zəhəbi bu dövrü az qala beş sətirdən 
ibarət sözlərlə ixtisar edərək kiçik bir boxça düzəltmişdir. Bu sözləri araşdıran 
təəccüblənməyə bilməz. İki kişinin ən xeyirlisi Müaviyə İmam Həsənlə 
(əleyhissalam) savaşacağı təqdirdə onun yetim qalacaq uşaqlar və dul olacaq 
qadınlarının halına acıyır! 

Əmr bin As üzərlərinə böyük ordunun gəldiyini deyir. Onda soruşuruq: Sayı 
çox olan dağlar boyda ordu ilə yanaşı hansı səbəblər sülh bağlamağa gətirib 
çıxardı? 

Həmin zaman ərəfəsində hadisələr necə cərayan etdi ki, İmam 
(əleyhissalam) Əbdürrəhman bin Sumrənin gətirdiyi təklifi qəbul edərək xilafəti 
Müaviyəyə təhvil verdi? 

Təəssüflər olsun ki, belə rəvayətləri nəql edib ona etimad edənlər vardı. 
Misal olaraq, Heytəminin “Səvaiqul-muhriqa” kitabında dediyini qeyd edirik: 

“Altı aydan sonra (İmam Həsən) 40 minlik qoşunla Müaviyənin üzərinə 
yürüş etdi. İki qoşun üz-üzə gəldikdə Həsən bildi ki, çoxlu sayda insan qətlə 
yetirilməyincə iki qoşundan heç biri digərinə qalib gəlməyəcək. Buna görə də 
Müaviyəyə xilafəti ona təhvil vermək barədə məktub yazdı. Bu şərtlə ki, 
ondan sonra xilafət onun olmalı, atasının vaxtında Mədinə, Hicaz və İraqda 
insanlara verilən əmlak heç kimin əlindən alınmamalı və onun borcları 
ödənilməlidir. Müaviyə sonuncudan başqa onun bütün tələblərini qəbul etdi. 
(İmam Həsən) ona dəfələrlə müraciət etdikdən sonra Müaviyə ona ağ bir dəri 


3 Əqqad, “Müaviyə”, səh. 36-37. 



(səhifə) göndərib dedi: “İstədiyini yaz! Sən deyənlərə razı olacam”. Tarix 
kitablarında belə yazılıb ”. 4 

İbn Həcərin nəql etdiyi tarix kitabları belədir. Təəssüflər olsun ki, ondan 
sonra gələnlərin onun obyektivlikdən uzaq olan bu nəqlinə etimad etdiklərini 
görürük. Halbuki o, tarixə qarşı cinayət işlətmiş, sülhün və xilafətin, ümmətə 
başçılıq etməyi Müaviyəyə təhvil verilməsinin məsuliyyətini İmam Həsənin 
(əleyhissalam) üzərinə atmışdır. İmam Həsən (əleyhissalam) müharibənin 
məsuliyyətindən yayınmaq üçün sanki hakimiyyətdən kənar olmaq istəyir. Çünki 
o, hərbdən çox sülhə rəğbət bəsləyir. 

Lakin bu bəhanə qəti olaraq batildir. Çünki İmam Həsənin (əleyhissalam) 
hərb meydanındakı mövqeləri onun qəhrəmanlığına və şücaətinə dəlildir. Kamil 
Süleyman belə deyir: 

“O, atasının döyüşlərində əsas sütunlardan və ordusunun əmiri idi. O, 
atasının sağ qolu və ən böyük köməkçisi idi. Əbu Turab hücum edəndə 
övladları da onunla birgə hücum edir, ona kömək edir, ona arxa-dayaq 
olurdular. Onların hamısı hücum edən aslan kimi idi ”. 5 

İmam Həsənin (əleyhissalam) Cəməl və digər döyüşlərdəki mövqeləri bu 
sözün doğruluğunu təsdiq edir. İbn Şəhr Aşub belə nəql edir: 

“Cəməl döyüşü günü möminlərin əmiri Əli (əleyhissalam) Muhəmməd 
bin Hənəfiyyəni yanma çağıraraq nizəsini ona verib buyurdu: “Bu nizəni 
dəvənin köksünə sanc!” Bənu Zəbbə ona imkan vermədilər. Atasına tərəf geri 
dönəndə İmam Həsən nizəni onun əlindən aldı və dəvəyə tərəf hücum elədi. 
Atasının yanma qayıtdıqda nizənin ucunda qan var idi. Əmirəlmöminin 
(əleyhissalam) Muhəmmədə dedi: “Hüzünlənmə! O, Peyğəmbərin oğlu, sən isə 
Əlinin oğlusan ”. 6 

Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladı qoşundan 
qorxmayaraq həmin döyüşün rəmzi olan dəvəni məhv etmək üçün şücaətlə irəli 
atılmışdı. Deməli, tarix bəşər tarixində əhəmiyyətli olan bu hadisədə İmam Həsənə 
(əleyhissalam) qarşı ədalət və insafla davranmamışdı. Məhz buna görə də bu tarixi 
hadisədə baş verənləri işıqlandırmaq üçün üç fəsilə bölərək araşdıracağıq. 

Birinci: İmam Həsənin (əleyhissalam) hayatı, xəlifəliyi və imaməti dövrü. 

İkinci: Sülh müqaviləsi, səbəbləri və nəticələri. 


4 İbn Həcər Heytəmi, “əs-Səvaiqul-muhriqə”, c.2, səh. 398. 

5 Kamil Süleyman, “Həsən bin Əli”, səh.35. 

6 İbn Şəhr Aşub, “Mənaqib Ali Əbu Talib”, с.З, səh. 185. 



Üçüncü: Sülh müqaviləsi barədə olan bəzi şübhələrin dəf olunması. 
Yəhya Əbdulmuhsin Duxi 
yahyal 1968@yahoo.com 


BİRİNCİ FƏSİL 

İMAM HƏSƏNİN (əleyhissalam) HƏYATI 


Nəsəbi... 

Həsən bin Əli bin Əbu Talib bin Əbdülmüttəlib bin Haşim bin Əbdumanaf. 
İmam, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) gül ətirli çiçəyi, nəvəsi, 
Cənnət cavanlarının ağası, Əbu Muhəmməd Haşimi, əl-Mədəni, əş-Şəhid ... 7 

O, Əhli-beyt imamlarının ikincisi, Peyğəmbərin ən birinci nəvəsi, Əba 
əhlinin beşincisidir. Anası Fatimə binti Rəsulullah (sələllahu əleyhi və alihi və 
səlləm) bütün dünya qadınlarının xanımıdır . 8 


Dünyaya gəlməsi və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) 
oxşaması 

İbn Səd ibn Burqinin dediyinə əsasən o həzrət hicrətin üçüncü ili, ramazan 
ayının ortasında dünyaya gəlmişdi . 9 

Seyid Muhsin Əmin deyib: 

“Şiə və sünni məzhəblərində məşhur rəyə görə, İmam Həsən ramazan 
ayının yarısı gecəsi Mədinədə dünyaya gəlib. Şəbanda da doğulduğu 
deyilmişdir. Bəlkə də qardaşı İmam Hüseynin (əleyhissalam) hicrətin ikinci və 
ya üçüncü ilində şaban ayında doğulması ilə səhv salıblar. Başqa tarixlər də 
deyilib. Lakin bu iki tarix arasında məşhur olanı doğrudur ”. 10 

Onun mübarək doğum günü Rəsulullah (səllallahu əleyhi və alihi və səlləm) 
əqiqə qurbanı kəsdi, saçının ağırlığı qədər fəqirlərə sədəqə payladı. Əbu Rafenin 
belə dediyi nəql olunur: 

“Fatimə Həsəni dünyaya gətirəndə dedi: “Ya Rəsulullah, oğlumun 
adından qurban kəsimmi?” Peyğəmbər buyurdu: “Yox. Lakin saçını kəs və 
onun ağırlığında fəqirlərə gümüş (pul) sədəqə ver”. Fatimə: “Mən də elə 
etdim” -dedi ”. 11 


7 Zəhəbi, “Siyəm əlamun-nubəla”, с.З, səh.246. 

8 Muhsin Əmin, “Əyanuş-şiə”, c.l, səh. 562. 

9 İbn Həcər Əsqəlani, “əl-İsabə”, c.2, səh. 60. 

10 Muhsin Əmin, “Əyanuş-şiə”, c.l, səh.562. 

11 İbn Həcər Əsqalani, “əl-İsabə”, c.2. səh.60. 



İbn Abbas belə nəql edir: 


“Rəsulullah (sələllahu əleyhi və alihi və səlləm) Həsən və Hüseynin hər 
birinin adından əqiqə olaraq keçi kəsdi ”. 12 

Onun Rəsulullaha bənzəməsinə gəlincə, İbn Həcər Əsqəlani Abdullah bin 
Zübeyrdən belə nəql edir: 

“Mən sizə ailəsində ona (Peyğəmbərə) oxşayan və onun üçün ən sevimli 
olan şəxs barədə danışacam. O, Həsən bin Əlidir. Onu (Peyğəmbərin yanma) 
gələndə görürdüm. (Peyğəmbər) səcdədə idi. O, Peyğəmbərin boynuna və ya 
belinə minərdi. O düşməyincə Peyğəmbər onu düşürtməzdi. (Peyğəmbər) 
ruku edəndə onun yanma gələrdi, ayaqlarının arasından girib digər 
tərəfindən çıxardı ”. 13 

Zəhəbi deyir: “O, babası Rəsulullaha (səllallahu əleyhi və alihi və səlləm) 
bənzəyirdi ”. 14 


Fəzilətləri 

Kim Həsən və Hüseyni sevərsə, Peyğəmbəri sevmiş, kim onlara nifrət 
edərsə, Peyğəmbərə nifrət etmişdir. 

Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) övladları Həsən 
(əleyhissalam) və Hüseynə (əleyhissalam) məhəbbəti ən yüksək zirvədə idi. Bu 
məhəbbət təkcə onun duyğularından yaranmırdı. Peyğəmbər (səllallahu əleyhi və 
alihi və səlləm) ona olan məhəbbət və nifrəti Allah-təalaya da aid etmişdir. Çünki 
onları sevən Allah-təalanı sevər, onlara nifrət edən Allah-təalaya nifrət etmiş olar. 

İbn Həcər Əbu Hureyrənin belə dediyini nəql edir: 

“Bir gün Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) Həsən və 
Hüseynlə birlikdə evindən çıxdı. Hər birini çiynində oturtmuş, gah onun, gah 
da bu birisinin üzündən öpə-öpə yanımıza gəldi və buyurdu: “Kim onları 
sevərsə, məni sevmişdir. Kim onlara nifrət edərsə, mənə nifrət etmişdir ”. 15 

Şeyx Mufid Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) belə 
buyurduğunu nəql edir: 


12 Zəhəbi, “Siyəru əlamun-nubala”, с.З, səh. 62. 

13 Zəhəbi, “Siyəm əlamun-nubala”, с.З, səh. 62. İbn Həcər Əsqalani, “əl-İsabə”, c.2. səh.60. 

14 Zəhəbi, “Siyəm əlamun-nubala”, с.З, səh. 246. 

15 İbn Həcər Əsqalani, “əl-İsabə”, c.2. səh.62. 



“Kim Həsən (əleyhissalam) və Hüseyni (əleyhissalam) sevərsə, mən də 
onu sevərəm. Mən kimi səvərəmsə, Allah da onu sevər. Allah-təala kimi 
sevərsə, onu cənnətə daxil etdirər. Kim onlara nifrət edərsə, mən də ona nifrət 
edərəm. Mən kimə nifrət edərəmsə, Allah-təala da ona nifrət edər. Allah kimə 
nifrət edərsə, əbədi olaraq onu cəhənnəm oduna vasil edər ”. 16 

Həmçinin Züheyr bin Əqmər belə nəql edir: 

“Əlinin (əleyhissalam) qətlindən sonra Həsən bin Əli (əleyhissalam) 
xütbə etdiyi zaman Əzd qəbiləsindən olan bir hündürboy adam ayağa qalxıb 
dedi: “Mən Peyğəmbərin (sələllahu əleyhi və alihi və səlləm) bunu çiyni 
üzərinə qaldırıb belə buyurduğunu eşitmişəm: “Kim məni sevirsə, bunu da 
sevsin. Bu xəbəri eşidən eşitməyənə çatdırsın ”. 17 

Tirmizi Üsamə bin Zeydin nəql etdiyi bu hədisi “həsən” hədis hesab etmişdi: 

“Bir gecə Peyğəmbər (c) qucağında bükülü bir şeylə gəldi. Mən: “Bu 
nədir?” deyə soruşdum. Örtüyü açdıqda Həsən və Hüseyni onun qucağında 
gördüm. (Peyğəmbər) buyurdu: “Bu ikisi mənim və qızımın övladlarıdır. 
İlahi, mən onları sevirəm, Sən də onları və onları sevəni sev !” 18 

Heç kimə gizli deyil ki, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) 
nəsli Həsən (əleyhissalam) və Hüseynlə (əleyhissalam) davam etmişdir. 
Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) Nəcran xristianları ilə mübahələ 
etdiyi zaman o həzrətin yanında olan dörd nəfərdən ikisi onlar idi. Hakim belə nəql 
edir: 


“Təfsir kitablarında qeyd olunan hədislərdə mütavatir olaraq Abdullah 
ibn Abbas və qeyrilərindən nəql edilir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi 
və səlləm) mübahilə günü Əlinin, Həsənin və Hüseynin əlində tutub 
arxalarınca da Fatimə dayandı. Sonra (Peyğəmbər) buyurdu: “Bunlar bizim 
övladlarımız, özümüz və qadınlarımızdı. Siz də özünüz, övladlarınız və 
qadınlarınızı gətirin. Sonra Allaha dua edək ki, yalançılara lənət eləsin ”. 19 

İmam Həsən (əleyhissalam) təthir ayəsinə əsasən çirkinliklərdən 
təmizlənmiş pak məsumlardandır. Allah-təala buyurub: “Həqiqətən Allah (xüsusi 
yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-beytindən hər cür pisliyi 
təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir ” (Əhzab 
surəsi, ayə 33). 


16 Şeyx Mufıd, “əl-İrşad”, c.2, səh.28. 

17 İbn Həcər Əsqalani, “əl-İsabə”, с.З. səh.251. 

18 Zəhəbi, “Siyəm əlamun-nubala”, с.З, səh. 246. 

19 Hakim Nişapuri, “Mərifətu ulumil-hədis”, səh.50. 



O həzrət Allahın onları sevməyi əmr etdiyi (Peyğəmbərin) qohum- 
əqrabasmdandır. Allah-təala buyurub: “De: “Sizin bunun (ilahi tapşırıqların 
çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə) 
məhəbbətdən başqa bir muzd istəmirəm”...” (Şura surəsi, ayə 23). 

O, Peyğəmbərin qoyub getdiyi iki əmanətdən biridir ki, kim onlardan 
yapışsa nicat tapar, kim onlara arxa çevirsə haqdan azar. Müslim bin Həccac 
Nişapuri “Səhih”ində Zeyd bin Ərqəmdən Peyğəmbərin (səllallahu əleyhi və alihi 
və səlləm) belə buyurduğunu nəql edir: 

“Mən sizin üçün iki əmanət qoyub gedirəm. Onların birincisi Allahın 
kitabıdır. Orada hidayət və nur var. Allahın kitabına sarılın və ona əməl 
edin”. Sonra belə buyurdu: “(İkinci əmanət isə) Əhli-beytimdir. Əhli-beytim 
barəsində sizə Allahı xatırladıram, Əhli-beytim barəsində sizə Allahı 
xatırladıram, Əhli-beytim barəsində sizə Allahı xatırladıram ...” 20 

Əhməd bin Hənbəlin “Müsnəd” kitabında belə yazılıb: 

“Mən sizin aranızda iki xəlifə qoyub gedirəm. Yerlə göy arasında 
uzanmış Allahın ipi olan Allah kitabını və Əhli-beytimi. Onlar (qiyamət günü) 
hovuz başında mənim yanıma gələnədək bir-birindən ayrılmayacaq ”. 21 


İMAM HƏSƏNİN XƏLİFƏLİYİ VƏ İMAMLIĞI 

Sülhün mahiyyətini, baş vermə səbəblərini və nəticələrini izah etməyə 
başlamadan əvvəl İmam Həsənin (əleyhis salam) xəlifəliyinin həvayi-nəfsindən 
danışmayan, dediyi hər sözü vəhy olan Peyğəmbər (sələllahu əleyhi və alihi və 
səlləm) tərəfindən təyin olunmasımı bəyan edək. İnsanlar beyət etsə də, etməsə də, 
o həzrət həqiqətən şəri xəlifədir. Onun bütün hərəkətləri və etdiyi işlər haqq 
çərçivəsindən kənar deyil. Ümmətə ona itaət etmək vacib, onun əmrlərindən 
yayınmaq isə qadağandır. Peyğəmbərin (sələllahu əleyhi və alihi və səlləm) və 
Əmirəlmöminin Əlinin (əleyhissalam) müjdə verdiyi hədislərə qarşı çıxmağa nə 
Müaviyənin, nə də qeyrisinin haqqı yoxdur. Həmin hədislərə misal olara Buxarinin 
“Səhih”ində “kitabul-əhkam” bölməsində Cabir bin Sumrədən nəql etdiyi hədisi 
qeyd edə bilərik. Cabir bin Sumrə belə nəql edir: 

“Peyğəmbərin (sələllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu 
eşitdim: “On iki əmir olacaq”. Sonra bir söz dedi, lakin mən eşitmədim. Atam 
mənə Peyğəmbərin “Hamısı Qüreyşdəndir” buyurduğunu dedi ”. 22 

20 Müslim Nişapuri, ‘‘Səhih”, c.7, səh. 123. 

21 Əhməd bin Hənbəl, “Müsnəd”, c.5, səh. 182. 



Bu imamların hamısı Qüreyşdən olmalıdır. Dəqiqliklə desək, Bəni- 
Haşimdən olmalıdır. Necə ki, Əbdülməlik bin Ümeyr Cabir bin Sumrənin belə 
dediyini nəql edir: 

“Atamla Rəsulullahın (sələllahu əleyhi və alihi və səlləm) yanında idik. 
Onun belə dediyini eşitdim: “Məndən sonra on iki xəlifə olacaq”. Sonra səsini 
qısdı. Mən atamdan “Səsini qısarkən nə dedi? - deyə soruşdum. Atam 
(Peyğəmbərin): “Hamısı Bəni-Haşimdən olacaq” söylədiyini dedi ”. 23 

Zəhəbinin 24 şeyxi Cüveyninin Cabir bin Abdullah Ənsarinin “Səhifətu- 
Fatimə” (Fatimənin səhifəsi) barədə nəql etdiyi hədisdə Peyğəmbər (sələllahu 
əleyhi və alihi və səlləm) tərəfindən bu hədisin izahı bəyan edilmişdi. Belə ki, 
həmin hədisdə Peyğəmbər (sələllahu əleyhi və alihi və səlləm) bir-bir onların 
adlarını qeyd etmiş və imamlıqlarmı 25 təyin etmişdir. 

Həmçinin, hədislərdə Peyğəmbərin (sələllahu əleyhi və alihi və səlləm) belə 
buyurduğu nəql edilir: 

“Həsən və Hüseyn qiyam etsələr də, etməsələr də, imamdırlar ”. 26 

Peyğəmbər (sələllahu əleyhi və alihi və səlləm) cihad etsələr də, etməsələr 
də, insanları itaətlərinə dəvət etsələr də, etməsələr də, onların qeyd-şərtsiz imam 
olmalarını vacib bilmişdir. 


Səhih Buxari, c. 8, səh. 128. Bu hədisin şiənin etiqad etdiyi 12 imamdan başqa düzgün tətbiqi yoxdur. Buna görə 
də əhli-siinnə alimləri bu hədisin düzgün təfsiri üçün bir çox yozumlara baş vurmuş və böyük xətaya düşmüşlər. 
Şeyx Mahmud Əbu Rəyya Süyutinin dediklərinə fikir bildirərkən deyir: “Siiyutiyə gəlincə, o, düzgün izah 
olunmayan bu hədis barədə əhli-siinnə alimlərinin rəylərini qeyd etdikdən sonra çox qəribə bir rəy söyləyir. 
Oxucuların könlüllərinin açılması üçün burada həmin rəyi qeyd edirik: “Buna əsasən də dörd xəlifə on iki 
nəfərdəndir. Həsən, Müaviyə, İbn Ziibeyr və Ömər bin Əbdüləzizi də əlavə etsək səkkiz nəfər olur. Məlıdi Abbasinin 
də onlarla birlikdə olması ehtimal olunur. Çünki o, abbasilər içərisində Ömər bin Əbdüləzizin əməvilər içərisində 
olduğu kimidir. Həmçinin zahirə əsasən o, ədalət məziyyətinə sahib idi. İki gözlənilən şəxs qaldı. Biri Məhdidir. 
Çünki o, Muhəmmədin (s) əhli-beytiııdəndiı: ikinci gözlənilən şəxsi isə qeyd etməmişdir”. (Mahmud Əbu Rəyya, 
“Əzva alə əs-sunnə ən-nəbəviyyə”, c. 2, səh. 31.) 

23 Qunduzi Hənəfi, “Yənabiul-məvəddə”, c. 2, səh. 315. 

Qundizinin tərcümeyi-halı: “O, Süleyman bin Xacə ibrahim Qcıblan əl-Hiiseyni əl-Həııəfı əl-Qınıdizidir. Bəlx 
şəhərində doğulub və Konstantinopol şəhərində vəfat edib. Onun Peyğəmbər (s) və Əhli-beytinin fəzilətləri 
barəsində “Yənabiul-məvəddə’’ əsəri var. ” Bax; Zərkəli, “əl-Əlam”, c. 3, səh. 125. 

24 Zəhəbinin tərcümeyi-halında onun şeyxləri barəsində danışarkən Cüveyninin şagirdi olduğu qeyd olunur. Bunun 
çox əhəmiyyəti var. Çünki çox zaman onu şiəlikdə ittiham edirlər. Bu, ona qarşı heç bir əsası olmayan puç 
ittihamdır. Təəssübkeş Zəhəbi onun yanında şagird olur, onu tərifləyir, böyük imam, şeyxlər şeyxi və din sahibi 
deyə onu vəsf edərək deyir: “ibrahim bin Muhəmməd bin Muəyyəd bin Abdullah bin Əli bin Muhəmməd bin 
Həməviyə, böyük imam, mühəddis, şeyxlər şeyxi, dinin başçısı, bütün elmləri özündə cəm edən Xorasani Cüveyni 
Sufi. Xorasanda, Bağdadda, Şamda və Hicazda tanınmışdır. O, bu elmə böyük diqqət yetirən idi”. “Təzkirətul- 
huffaz” kitabında belə deyir: “İmanı, mühəddis, kamil, islamın fəxri, dinin başçısı, ibrahim bin Muhəmməd bin 
Muəyyəd bin Həməviyə əl-Xorasaııi əl-Ciiveyni. Sufiərin şeyxi. Hədis nəql etməyə, gözəl qiraətə həddindən çox 
diqqət edən, xoşiizlü, heybətli, dindar və əməlisaleh biri idi. Hicri 722-ci ildə vəfat etmişdir”. Bax; “Möcəmu şuyuxi 
Zəhəbi”, c. 1, səh. 50; “Təzkirətul-huffaz”, c. 4, səh. 1506. 

25 əl-Cüveyni əş-Şafei, “Fəraidus-simteyn”, c. 2, səh. 136-141; əl-Kuleyni, “əl-Kafı”, c. 1, səh. 527,528. 

26 Şeyx Mufıd, “əl-İrşad”, c.2, səh. 30; Şərif Murtəza, “əl-Fusulul-muxtarə”, s. 303; Əhli-siinnə yolu ilə Mövləvi 
Siddiq Həsən Xan Qənuci bu hədisi nəql etmişdir. Bax; Seyid Hamid Nəqəvi, “Xülasətu əqəbatil-ənvar”, c.4, səh. 
304. 




Peyğəmbər (sələllahu əleyhi və alihi və səlləm) İmam Hüseynə 
(əleyhissalam) buyurub: “Sən İmamsan, imam oğlusan, imam qardaşısan ”. 27 

Həmçinin, ona və qardaşı Hüseynə (əleyhissalam) buyurmuşdur: “Siz ikiniz 
də imamsınız və şəfaət ananıza məxsusdur ”. 28 

Atası əmirəlmöminin Əli (əleyhissalam) onu insanlara imam camaatlıq 
etməyi tapşırdı və vəfat edərkən ona vəsiyyət edərək buyurdu: 

“Ey oğlum, Rəsulullah sənə vəsiyyət etməyi mənə əmr etmişdi. 
Rəsulullah mənə vəsiyyət edərək kitablarını (yazıların) və silahını verdiyi kimi 
mənim də sənə kitablarımı və silahımı verməyi əmr etdi. Mənə əmr etdi ki, 
ölüm sənə yetişdikdə sən də bunları qardaşın Hüseynə verəsən...”. Sonra oğlu 
Həsənə yaxınlaşıb buyurdu: “Sən xilafətin və qisasın sahibisən ”. 29 

Rəsulullahın (sələllahu əleyhi və alihi və səlləm) Əmirəlmöminin Əliyə 
(əleyhissalam) vəsiyyəti onun imamlığma dəlalət etdiyi kimi, Əmirəlmöminin 
Həsənə (əleyhissalam) vəsiyyəti də onun imamlığma dəlalət edir. Deməli, onun 
imamlığı və xilafətinə dəlalət edən hədislər aşkar və aydındır. İndi də araşdırmanın 
davamı olaraq İmam Həsənin (əleyhissalam) beyəti məsələsinə keçirik. 


İMAM HƏSƏNƏ (əleyhissalam) BEYƏT EDİLMƏSİ 30 

İmam Həsənin (əleyhissalam) ümmətə xitab etdiyi söz Əmirəlmöminin 
Əlinin (əleyhissalam) dəfnindən və onu pak qəbrinə qoyduqdan sonra olmuşdur. 
Abdullah bin Abbas 31 insanların qarşısına çıxıb dedi: 

“Əmirəlmöminin artıq vəfat etmişdir. O, sizin aranızda öz xələfini 
qoyub getmişdir. İstəsəniz sizin qarşınıza çıxar. Əgər istəməsəniz heç kimin 
öhdəsində kiminsə haqqı olmaz”. Camaat ağlayaraq “Gəlsin bizim 
yanımıza ” 32 - dedilər. 

İmam Həsən (əleyhissalam) insanların qarşısına çıxıb Allaha həmd və səna 
söylədikdən sonra buyurdu: 

27 Şeyx Tusi, “ər-Rəsail əl-Əşərə”, səh. 98. Seyid Hamid Nəqəvi, “Xülasətu əqəbatil-ənvar”, c.4, səh. 304. 

28 İbn Səbbağ, “əl-Fusulul-muhimmə fi mərifətil-əimmə”, c.l, səh. 666; Ərbili, “Kəşful-ğıımmə”, c. 2, səh. 129. 

29 Kuleyni, “əl-Kafı”, c. 1, səh. 298,299. 

30 İnsanların imama beyət etməsi onun imamlığma dəlalət etməz. Peyğəmbər hədislərinin təyin etdiyi şəxsə 
insanların beyət etməsi vacibdir. İmamiyyəyə əsasən, ondan başqasına beyət etmək düzgün deyil. Yalnız zəruri hal 
istisnadır. Zəmanənin şərtlərinə əsasən iki imamdan - İmam Əli (ə) və İmam Həsəndən (ə) başqa hədisin təyin etdiyi 
digər imamlara insanlar beyət etməmişlər. (Bax; Ali Razi, “Stilhul-Həsən”, cəh. 54.) 

31 Daha doğrusu, Übeydullah bin Abbas olmuşdur. Çünki Abdullah bin Abbas Məkkədə idi. Hər ikisinin atabir 
qardaş olması güman edilir. Adlarının yazılışı oxşar olduğu üçün onları bəzən səhv salırlar. Bax; Ali Razi, “Stilhul- 
Həsən”, cəh. 105. 

32 İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 22. 



“Bu gecə elə bir şəxs vəfat etmişdir ki, saleh əməllər etməkdə nə 
əvvəlkilər ondan öndə olmuş, nə də sonra gələnlər ondan önə keçə bilərlər. 
Rəsulullah (sələllahu əleyhi və alihi və səlləm) bayrağı ona verər və o, Cəbrail 
sağ tərəfində, Mikail isə sol tərəfində olduğu halda savaşardı. Allah onun əli 
ilə fəth bəxş etməyincə geri dönməzdi. 33 O, ona düşən 700 dirhəmdən savayı 
yer üzərində nə qızıl, nə də gümüş qoyub getdi. Bu pul ilə ailəsinə xidmətçi 
almaq istəyirdi”. Sonra belə buyurdu: “Ey insanlar! Məni tanıyan tanıyır. Kim 
məni tanımırsa, bilsin ki, mən Həsən bin Əliyəm. Mən Peyğəmbərin 
övladıyam. Məni (Rəsulullahın) vəsiyyət etdiyi şəxsin oğluyam. Mən müjdə 
verənin oğluyam. Mən xəbərdar edənin oğluyam. Mən Allahın izni ilə Onun 
yoluna dəvət edənin oğluyam. Mən yanar çırağın oğluyam. Mən Əhli- 
beytdənəm. O Əhli-beyt ki, Cəbrail bizə nazil olar və bizdən yüksəlib gedərdi. 
Mən Allahın bütün çirkinliklərdən pak etdiyi əhli-beytdənəm. Mən onları 
sevməyin hər bir müsəlmana vacib etdiyi əhli-beytdənəm. Allah-təala 
buyurmuşdur: “De: “Sizin bunun (ilahi tapşırıqların çatdırılmasının) 
müqabilində qohumlarım barəsində (qəlb və əməldə) məhəbbətdən başqa bir 
muzd istəmirəm. Kim bir yaxşı iş görərsə, Biz onun üçün həmin işdə yaxşılıq 
artırarıq.” (Şura surəsi, ayə 23). Yaxşı iş biz Əhli-beytin məhəbbətidir. 34 

Sonra İmam əyləşdi. Abdullah bin Abbas onun qarşısında ayağa qalxıb dedi: 

“Ey insanlar! Bu, sizin Peyğəmbərinizin oğlu və imamınızın vəsiyyət etdiyi 
şəxsdir. İnsanlar ona beyət etmiş və dəvətini qəbul etmişlər”. İnsanlar dedilər: 
“O, bizim üçün ən sevimli və haqqı bizə ən vacib olandır”. Sonra insanlar 
hamılıqla ona beyət etməyə başladılar. Həmin gün hicrətin 41-ci ili ramazan 
ayının 21 -i, cümə günü idi. 35 

Ümmət ona beyət etdikdən sonra çox bəlağətli bir xitab söylədi. Belə ki, hər 
bir işi öz doğru yerində söylədi. İnsanlara Ali-Muhəmmədin şəri haqq sahibləri, 
onların siratəl-mustəqim, Allahın qalib gələn dəstəsi, Rəsulullahın ailəsi, ona 
başqalarından daha yaxın olmaları və onlara itaət etməyin vacibliyi barədə höccəti 
tamamladı. Sonra insanları Şeytanın (məqsədi Müaviyə idi) səsinə qulaq asmaqdan 
çəkindirib ehtiyatlı olmağa səslədi. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. 

İmam (əleyhissalam) buyurdu: “Biz Allahın qalib gələn dəstəsiyik. Biz 
Peyğəmbərin ən yaxın qohumlarıyıq. Biz onun pak Əhli-beytiyik. Babamın 
ümmət üçün qoyub getdiyi iki əmanətdən biri bizik. Biz Allahın kitabının 
yanındayıq. Onda hər şeyin izahı var. Batil nə öndən, nə də arxadan ona yol 


33 Əhməd bin Hənbəl, “Müsnəd”, c. 1, səh. 199. 

34 Hakim Nişapuri, “Mustədrək aləs-səhiheyn”, c. 3, səh. 172. 

35 Şeyx Mufıd, “əl-İrşad”, c.2, səh. 8,9. “Yənabiul-məvəddə”, c. 2, cəh. 212,213; Əbulfərəc İsfəhani, “Məqatilu ət- 
Talibin”, səh. 33; İbn Əbilhədid əl-Mötəzili, “Şərhu nəhcul-bəlağə”, c. 16, səh. 30. 



tapa bilməz. Onun təfsiri bizə həvalə olunub. Biz onu yozumuna güman 
etmərik. Həqiqətlərinə yəqin etmişik. Bizə itaət edin. Şübhəsiz ki, bizim 
itaətimiz vacibdir. Çünki Allahın və Peyğəmbərinin itaətinə bərabərdir. 
Allah-təala buyurub: “Ey iman gətirənlər, Allaha itaət edin, Onun 
peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə 
tabe olun ...” 36 

Həmçinin buyurub: "... Əgər onu Allahın peyğəmbərinə və özlərinin 
ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar 
onun həqiqətini dərk edərdilər ... 37 Şeytanın səsinə qulaq asmaqdan çəkinib 
ehtiyatlı olun. Çünki o sizin açıq-aşkar düşməninizdir ”. 38 


İMAM HƏSƏNƏ (əleyhissalam) BEYƏT OLUNDUQDAN SONRA 
MÜAVİYƏNİN YÜRÜTDÜYÜ SİYASƏT 

İmam Həsənə (əleyhissalam) beyət olunduqdan sonra o həzrət islam 
dövlətini idarə etməyə başladı. İslam əyalətlərinə valilər və işçilər təyin etdi. 
Dövlətin idarə olunmasını tənzimlənməsi üçün plan qurdu və ümmətin siyasi 
nizamını idarə etməyin əsas lavazimatlarmı hazırlamağa başladı. 

Əbulfərəc İsfəhani deyir 39 : 

“Sonra (İmam Həsən) minbərdən endi və əmirlərə tapşırıq verdi, işləri 
nəzərdən keçirdi. Abdullah bin Abbası Bəsrə şəhərinə vali təyin etdi. Həsən 
bin Əlinin (əleyhissalam) etdiyi ən birinci iş döyüşçülərin məvacibini yüz-yüz 
artırmaq oldu. Atası Əli (əleyhissalam) Cəməl döyüşü günü belə etmişdi. 
Həsən (əleyhissalam) isə xəlifə olduqda belə elədi. Ondan sonra gələn xəlifələr 
bu işdə ona tabe oldular ”. 40 

Müaviyə İmam Həsənə (əleyhissalam) beyət olunduğunu bildikdə insanlar 
arasında fitnə-fəsad yaratmaq üçün içindəki şər və hiylə duyğuları oyanmağa 
başladı. Məqsədi isə şəri imamın hakim olduğu dövləti və insanların onun 


36 Nisa surəsi, ayə 59. 

37 Nisa surəsi, ayə 83. 

38 “Yənabiul-məvəddə”, c. 1, səh. 74. 

39 Xətib Bağdadi onun tərcümeyi-halında deyir: “Əli bin Hüseyn bin Muhəmməd bin Əhməd bin Heysəm bin 
Mərvan bin Muhəmməd bin Mərvan bin Həkəm bin Əbıdas, Əbulfərəc əl-Əməvi. isfəhani adı ilə tanınmış müəllif. O 
insanların tərcümeyi-halından və nəslindən xəbərdar, şair biri idi. Ən çox hədis və ədəbiyyata aid məlumatlar nəql 
etmişdir. Çoxlu kitablar yazmışdır. “ əl-Əğcıni əl-Kəbir ”, “ Məqatilut-talibin ” bu kitablar dandır. Novbəxti bizə 
atasından belə nəql edir: “Gördüyümüz hərtərəfli ravilərdən Əbulfərəc Əli bin Hüseyn əl-Isfəlıanidir. O, əzbərdən 
çoxlu şeir, mahnı, tarixi məlumatlar, sənədli hədislər bilirdi’’. Ələvi deyir: “Əbulhəsən Bətti deyirdi: “Əbulfərəc 
isfahanidən etibarlı, inanılmış başqa heç kim yoxdur. Əbıı Nəimin belə dediyini eşitdim: “Əbulfərəc Əli bin Hüseyn 
əl-İsfəhani hicrətin 357-ci ilində Bağdadda vəfat etdi. ” Bax; Xətib əl-Bağdadi, “Tarixu Bağdad”, c. 1 1, səh. 398. 

40 Məqatilut-talibin, səh. 34; Əyanuş-şiə, c. 1, səh. 576. 



siyasətinə və hakimiyyətinə olan etirazlarını zəiflətmək idi. Müaviyənin gördüyü 
ilk iş bu oldu: İslam dövlətinin paytaxtı olan Kufə şəhərinə, həmçinin, siyasi və 
ictimai ağırlığı olan Bəsrə şəhərinə öz casuslarım göndərdi. 

Şeyx Mufid deyir: “Müaviyə bin Əbu Süfyana Əmirəlmöminin Əlinin 
(əleyhissalam) vəfatı və insanların İmam Həsənə (əleyhissalam) beyət etməsi 
xəbəri çatdıqda, Himyər qəbiləsindən olan bir kişini Kufəyə, Bəni-Qeyndən 
olan bir kişini isə Bəsrəyə cəsus olaraq göndərdi ki, baş verənlər barədə ona 
yazsınlar və İmam Həsənin (əleyhissalam) işlərini pozsunlar ”. 41 

Lakin Müaviyənin hiyləgər planı uğursuzluğa uğradı. İmam Həsən 
(əleyhissalam) bu mənfur planı pozdu. 

Şeyx Mufid deyir: “İmam Həsən (əleyhissalam) bu məsələdən agah oldu. 
Himyərli cəsusun Kufədən kənarlaşdırılmasını əmr etdi. Çıxarıldıqdan sonra 
onun boynunu vurulmasını əmr etdi. Sonra Bəsrəyə məktub yazdı. Qeyndən 
olan cəsus da tutulub boynu vuruldu ”. 42 

İmam Həsən (əleyhissalam) Müaviyənin yalan və hiyləyə əl atdığını 
gördükdən sonra ona sərt məktub yazdı və onun başlatdığı üsyankar cəbhəyə qarşı 
müharibəyə hazırlaşdığını elan etdi. 


İMAM HƏSƏN (əleyhissalam) УӘ MÜAVİYƏ ARASINDA 
MƏKTUBLAŞMA 

İmam Həsən (əleyhissalam) Müaviyəyə yazdığı məktubda deyirdi: 

“Sən məkr, hiylə və sui-qəsd üçün öz adamlarını, cəsuslarım mənə 
göndərdin. Sanki sən hakimiyyətdə qalmaq istəyirsən. Mənim buna heç 
şübhəm yoxdur. Allahın izni ilə sən də bunu gözlə. Mənə çatıb ki, sən ağıl 
sahiblərinin etmədiyi bir tərzdə tənə vurmusan. Sən əvvəlkilərin dediyi 
məsəldəsən: 

Dünənkinə müxalif olana de ki, 

O biri üçün hazırlaş, sanki 

Mən və bizdən vəfat edən 


41 əl-İrşad, c. 2, səh. 9. 

42 əl-İrşad, c. 2, səh. 9. 



Fəda edilmək üçün gecəni sabahlayar. 43 

Əgər bu məktubda deyilən sözləri diqqətlə nəzərdən keçirsək görərik ki, 
İmam Həsən (əleyhissalam) Müaviyənin şəxsiyyətini dəqiq surətdə araşdırmışdı. 
O, hiyləgər və xəyanətkar adam idi. İmam bir göz qırpımı belə şəkk etmirdi ki, 
Müaviyə müharibə istəyir. Məhz buna görə də tamamilə aşkarcasma “Mənim 
buna heç şübhəm yoxdur” deyir. İmam Həsən (əleyhissalam) “Allahın izni ilə 
sən də bunu görəcəksən” deməklə Müaviyənin və onun əlaltıları qarşısında güc 
və qüvvət göstərmək, digər cəhətdən də döyüşün taleyini öz əlində tutmaq 
istəyirdi. Bununla da öz ordusunda və tərəfdarlarında özünəinam yaratmaq 
istəyirdi. Bu, İslamın izzəti və güclənməsi üçün idi. Buna görə də görürük ki, 
Müaviyənin cavab məktubu hər hansı təhrikdən uzaq, İmama yaltaqlanmaq və 
cəsus göndərdiyini inkar etmək kimi ifadələri ehtiva edir. Müaviyə İmama 
(əleyhissalam) yazdığı məktubda belə deyir: 

“Sənin məktubun mənə çatdı. Dediklərini anladım, baş verənlərdən 
xəbərdar oldum. Mən sevinməmişəm, tənə vurmamışam, ümidsiz də 
olmamışam. Əli bin Əbu Talib Əşa bin Qeys bin Söləbənin dediyi kimidir: 

Sən səxavətlisən, sən sinələrdəki qəlblərdə yer tutmusan 

Dənizlərin suyu artıb təpələrdən və körpülərdən yuxarı qalxsa da 

Onun səxavətindən çox deyil, o, minlərlə dirhəmlər və pul kisələri 

■ 44 

verir. 

Bu üslub Müaviyədən gözlənilən idi. O, imamın hadisələrin məcrasından, 
Müaviyənin sonradan bəsləyəcəyi düşmənçilik və xəbis niyyətindən xəbərdar 
olduğunu bilmir ya da özünü blməməzliyə vururdu. Buna görə də İmam Həsən 
(əleyhissalam) ona ikinci məktub göndərdi. Həmin məktubda müsəlmanlara 
rəhbərlik etməyin şəri cəhətlərini və özünün bu məqama başqasından daha layiqli 
olduğunu müfəssəl şəkildə qeyd etmişdi . 45 Həmçinin, həmin məktubda Əhli-beytin 


43 “Məqatilut-talibin”, səh. 33; İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 31. 

44 “Məqatilut-talibin”, cəh. 34. 

45 İmamın (ə) məktublarından məlum olur ki, o, dəfələrlə Müaviyəyə imamət və xilafət məsələsində öz haqqını və 
ona itaət etməyin vacibliyini xatırladır. O bilir ki, nə qədər dəlil və sübutlar təqdim etsə də Müaviyə heç nəyə məhəl 
qoymayacaq. Məqsəd bəllidir. İmam bu məktubların vasitəsilə ümmətə bildirmək istəyir ki. Peyğəmbərin (s) 
hədislərində pislədiyi və xilafəti qəsb etməsi barədə əvvəlcədən xəbər verdiyi Müaviyənin xəlifəliyi şəri deyil. Onun 
yolu doğru yol deyil. Ondan ehtiyatlı olmaq lazımdır. Çünki o, sizi İslamdan uzaq bir yolla aparacaq. Şeyx Həsən 
bin Fərhan əl-Maliki bu hədislərin bir çoxunu səhih hesab etmişdir. Həmin hədislərdən bəzilərini qeyd edirik: 

1) "Müaviyəni mənim minbərimdə gördüyünüzdə onu öldürün”. Bir neçə səhabə, o cümlədən Əbu Səid əl- 
Xudri, İbn Məsud bu hədisi nəql etmişdir. Ən azından bu hədis “həsən” hədisdir. 

2) Abdullah bin Əmr bin Asm hədisi: “Bu yerdən bir adam çıxacaq ki, o mənim dinimdə ölməyəcək”, bəzi 
nəqllərdə isə “mənim sünnəm üzərində ölməyəcək”. Həmin yerdən isə Müaviyə çıxdı”. Bəlazuri bu hədisi nəql 
etmiş və onu səhih hesab etmişdir. Hədisin raviləri inanılmış və etibarlı adamlardır. Bu hədisin bəzi hissələrini 
Ummul-Qura universitetinin doktoru Casim Məşhədani səhih hesab etmişdir. 



fəzilətləri və hüquqları barədə yazmışdı. Məktubda Müaviyəyə qarşı təhdid və 
nəfsinə uyaraq islami birliyi parçalamaqdan çəkindirmək, müsəlmanların qanının 
tökülməsinin qarşısını almaq kimi ifadələr də yer almışdı. 

Əbulfərəc İsfəhani və İbn Əbilhədid həmin məktubu qeyd etmişlər: 

“Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın qulu, möminlərin əmiri 
Həsəndən Müaviyə bin Əbu Süfyana. 

Səlamun əleykə. Mən Ondan başqa ilah olmayan Allaha həmd edirəm. 
Allah-təala Muhəmmədi aləmlərə rəhmət, möminlərə minnət və bütün 
insanlara peyğəmbər olaraq göndərdi. Qəlbləri diri (və vicdanları haqqı qəbul 
etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) sözü (Cəhənnəm vədi) 
kafirlərin barəsində gerçək olsun! Vəfat edənədək qüsursuz olaraq Allahın 
hökmlərini çatdırdı və Allahın əmrlərini yerinə yetirdi. Allah onun vasitəsilə 
haqqı izhar etdi. Onun vasitəsilə şirki aradan apardı, möminlərə zəfər bəxş 
etdi, ərəbləri izzətli xüsusilə də, Qüreyşi şərəfli etdi. Allah-təala buyurub: “Bu 
sənin və qövmün üçün bir zikrdir”. Elə ki, vəfat etdi, ərəblər onun 
hakimiyyəti uğrunda mübahisə etdilər. Qüreyş: “Biz onun qəbiləsi, ailəsi və 
dostlarıyıq. Siz insanlar içərisində Muhəmmədin (səllallahu əleyhi və alihi və 
səlləm) səltənəti və haqqı barəsində mübahisə etməməlisiniz” - dedi. Ərəblər 
Qüreyşin dediyinin doğru, Muhəmmədin (səllallahu əleyhi və alihi və səlləm) 
səltənətində dəlilin onlara məxsus olduğunu gördülər. Ərəblər onlarla xoş 
davranıb xilafəti onlara təslim etdilər. Sonra Qüreyş ərəblərlə mübahisə 
etdiyi kimi biz də onlarla danışdıq. Lakin ərəblər Qüreyşlə insafla davrandığı 
kimi Qüreyş bizimlə insafla davranmadı. Onlar bu işi (xilafəti) ərəblərdən 
dəlil və ədalətlə götürdülər. Biz Muhəmmədin Əhli-beyti və sevdikləri olaraq 
onlara dəlil gətirib onlardan ədalətli davranmağı tələb etdikdə, bizi 
kənarlaşdırdılar, hamılıqla birləşib bizə zülm və sitəm etdilər. Vəd yeri 
Allahın hüzurudur. O, hami və yardım edəndir. 

Bizim haqqımıza qarşı çıxan və Peyğəmbərimizin (səllallahu əleyhi və 
alihi və səlləm) səltənətinə əl atan bu adamlardan təəccübləndik. Baxmayaraq 
ki, onlar İslamda ilk olanlardan və fəzilət sahiblərindən idilər. Lakin biz dini 
qorumaq üçün onlarla mübahisə etmədik. Ehtiyat edirdik ki, münafiqlər və 
qərəzli insanlar islamda bir çat tapıb ora nüfuz etsinlər və ya törətmək 
istədikləri fəsad üçün əllərinə fürsət düşsün. 


3) Əbu Zərin nəql etdiyi hədis: “Sünnəmi ilk dəyişəcək şəxs Bəni-Üməyyədən olacaq”. Bu hədisin sənədi 
səhihdir. Albani bu hədisi səhih hesab etmişdir. Bax; Həsən bin Fərhan əl-Maliki , “Abdullah bin Sədlə birgə” , səh. 


191-193. 




Bu gün, ey Müaviyə, kimsə təəccüb edəcəksə, sənin nə dində bəlli 
fəzilətin, nə də İslamda tərifəlayiq izin olmadan layiq olmadığın məqama can 
atmağına təəccüblənməlidir. Sən (İslama qarşı vuruşan) dəstədən olan birinin, 
Peyğəmbərə (səllallahu əleyhi və alihi və səlləm) ən qatı düşmən olan 
qureyşlinin övladısan. Lakin Allah səni xar edəcək. Axirət yurdunun kimə 
məxsus olacağını biləcəksən. Allaha and olsun, ən yaxın vaxtda Rəbbinlə 
qarşılaşacaqsan. Sonra elədiklərinə görə sənə cəza verəcək. Allah bəndələrinə 
heç vaxt zülm etməz. 

Əli (Allah ondan razı olsun) yoluna davam (vəfat) etdikdə müsəlmanlar 
ondan sonra məni seçdilər. Allah İslamla ona lütf etdiyi və diri olaraq məhşər 
ayağına gələcəyi gün ona salam olsun! Allahdan axirətdə onun hüzurunda 
olacaq hörmətimizə xələl gətirən dünyanın keçici hər hansı nemətini bizə bəxş 
etməməsini istəyirəm. Sənə məktub yazmağımın səbəbi sənin məsələndə 
Allah-taala ilə öz aramda höccətin tamamlanması üçündür. Əgər tabe olsan 
sənin üçün böyük lütf, müsəlmanlar üçün isə rahatlıq olar. Batil uğrunda 
düşmənçilikdən əl çək. İnsanların mənim beyətimə tabe olduqları kimi sən də 
mənə beyət elə. Sən yaxşı bilirsən ki, Allah yanında, haqqa dönüb onu 
qoruyan və itaətkar qəlbi olan hər kəsin nəzərində mən bu məqama səndan 
daha çox layiqəm. Allahdan qorx! Zülmə və itaətsizliyə son qoy və 
müsəlmanların qanının tökülməsinin qarşısını al! Allaha and olsun ki, onların 
qanının tökülməsinin qarşısını almaq müqabilində Allahdan alacağın 
mükafat onların qanı bahasına əldə edəcəyindən daha xeyirlidir. Sülhə və 
itaətə gəl! Bu məqama səndən daha çox layiq olan və haqqı çatan birilə 
mübahisə etmə ki, bununla Allah-taala yanar alovu söndürər, vəhdət yaranar 
və insanlar mehriban olarlar. Əgər sən yenə öz azğınlığında davam etsən, 
müsəlmanlarla sənin üzərinə gələcəm və Allah bizim aramızda hökm 
edənədək səni mühakimə edəcəm ”. 46 

İmam Həsən (əleyhissalam) bu sözləri ilə xilafətə layiq olmasına dəlil və 
sübutlar gətirdikdən sonra Müaviyəni sülhə və itaətə, bu məqama ondan daha çox 
haqqı çatan və layiq olanla mübahisə etməməyə çağırdı. 

Müaviyə cavab məktubunda özünü İslamın keşiyini çəkən, qara camaatın 
qayğısına qalan İslam adından danışan səlahiyyətli bir şəxs kimi təqdim etməyə 
çalışmışdı. 

“Məktubun mənə çatdı. Məktubunda Allahın rəsulu Muhəmməd 
(səllallahu əleyhi və alihi və səlləm) barəsində dediklərin fəzilətləri anladım. 


46 “Məqatilut-talibin", səh. 35,36; İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 23,24. 



O, qədim, yeni, böyük, kiçik əvvəlkilərin və sonuncuların içərisində bütün 
fəzilətlərə hamıdan daha layiqdir. O, nəsihət və hidayət etdi. Allah onu həlak 
olmaqdan xilas etdi, zülmətdə ona nur verdi, onun vasitəsilə cəhalət və 
zəlalətdən hidayət elədi. Allah ümmətinə görə hər hansı peyğəmbərə verəcəyi 
mükafatı ən üstün surətdə ona lütf elədi... Onun vəfatını və müsəlmanların 
ondan sonra xilafət məsələsində mübahisə elədiklərini və atana qalib 
gəlmələrini qeyd eləmisən. Bununla sən aşkarcasına Əbu Bəkr Siddiqi, Ömər 
Faruqu, əmanətdar Əbu Übeydəni, Peyğəmbərin həvarlərini, mühacir və 
ənsarın əməlisalehlərini ittiham etmiş olursan. Bunu sənə yaraşdırmadım. Sən 
bizim, pis və yaxşı insanların nəzərində belə deyilsən. Mən sənin düz söz və 
gözəl xatirələr danışmağını istəyirəm. Bu ümmət öz arasında mübahisə 
etdikdə sizin fəzilətinizi, ilk müsəlman olmanızı, Peyğəmbərə olan 
yaxınlığınızı, İslam və müsəlmanların nəzərindəki yerinizi inkar etməmişdir. 
Ümmət Peyğəmbərə olan yaxınlığına görə bu məqamın Qüreyşə verilməsinə 
qərar vermişdir. Qüreyşin əməlisalehləri, ənsar və ümumu insanlar 
Qüreyşdən islamı ilk qəbul edən, Allahı tanıyan, Allahın əmirlərini yerinə 
yetirməkdə ən istəkli və güclüsünün hakimiyyətə gəlməsini istədilər. Buna 
görə də Əbu Bəkri seçdilər. Bu din və fəzilət sahiblərinin, ümmətin 
məsuliyyətini daşıyanların rəyi idi. Bu sizin qəlblərinizdə onlara qarşı ittiham 
duyğusu yaratdı. Lakin onlar ittiham olunmamalı idilər və etdikləri işdə xəta 
etməmişdilər. Əgər müsəlmanlar sizlərdən birinin ondan üstün olduğunu, 
onun yerində ola biləcəyini və İslamın hüdudlarını qoruyacaq birinin 
olduğunu görsəydilər, bu işi ondan uzaqlaşdırıb başqasına üz tutmazdılar. 
Allah onlara İslam və müsəlmanlara görə xeyirli mükafat versin. 

Məni sülhə dəvət etdiyini bildim. Səninlə mənim aramdakı vəziyyət 
eynilə Peyğəmbərin vəfatından sonra sizinlə Əbu Bəkr arasında olan vəziyyət 
kimidir. Əgər sənin insanları məndən daha yaxşı idarə edəcəyini, ümmətlə 
ehtiyatla davranacağını, daha yaxşı siyasət yürüdəcəyini, daha yaxşı mal 
toplayacağını və düşmənlərə qarşı daha tədbirli olacağını bilsəydim dəvət 
etdiyini qəbul edərdim. Sənin xilafətə layiq olduğunu görsəydim, atandan 
sonra bu məsələni (xəlifəliyi) sənə təslim edərdim. Atan Osmana qarşı çıxdı, ta 
ki, Osman məzlum olaraq qətlə yetirildi. Allah onun qanının qisasını tələb 
etdi. Allahın tələb etdiyi onun əmrindən yayma bilməz. Sonra ümmətin 
rəhbərliyini ələ keçirdi. Cammat müxalif oldu. İslamda ilk olanlar və cihad 
edənlərin öndərləri müxalif oldu. (Atan) onların beyəti pozmalarını iddia 
edərək onlarla vuruşdu, qanlarını tökdü. İrz və namus əldən getdi. Sonra bizə 
üz tutdu. Bizə qarşı beyət iddiası yox idi. Lakin bizə hakim olmaq istəyirdi. 
Biz onunla vuruşduq, o da bizimlə vuruşdu. Sonra döyüş onun və bizim bir 



nümayəndə seçməyimizə qədər davam elədi. (Nümayəndə seçdik ki,) bu 
məsələdə doğru və düzgün olana hökm versinlər. Camatın arasında birlik və 
mehribançılıq olsun. O iki nəfərdən bu barədə əhd-peyman aldıq. Ondan 
(atanandan) da veriləcək hökmə razı olmaq barədə əhd-peyman aldıq. Sən 
bildiyin kimi, iki hakim onun əleyhinə hökm verib onu xəlifəlikdən çıxardılar. 
Allaha and olsun ki, o, hökmə razı olmadı. Sən xəlifəlikdən xaric olan atanın 
haqqı olaraq əldə etdiyin bu işə (sənin xəlifəliyinə tabe olmağa) məni necə 
dəvət edirsən? Özünə və dininə bax... Bilirsən ki, mən səndan daha çox zaman 
hakimiyyətdə olmuşam və səndən əvvəl bu ümmətlə təcrübəm var. Yaşda 
səndən böyüyəm. Sən məni dəvət etdiyin dərəcəyə enib məni qəbul etməyə 
daha layiqsən. Sən mənim itaətimə tabe ol... Allah səni də, bizi də Onun 
itaətində olmağa yardım eləsin. Həqiqətən də o, (hər şeyi) eşidən və duanı 
qəbul edəndir ”. 47 

Əgər Müaviyənin sözlərinə insaf nəzərləri ilə diqqət yetirsək, onun boş, 
haqdan uzaq olduğunu görərik. Buna sübut üçün onun “Ümmət cəm olaraq Əbu 
Bəkri seçmişdir” sözləri dəlildir. Əgər belədirsə, ümmət İmam Əlini 
(əleyhissalam) də seçməmişdirmi? Bəs nə üçün ona qarşı qılınc çəkib itaətsizlik 
elədi? Nə üçün islam dövlətinə qarşı müharibə elan elədi? Nəticədə Əmmar bin 
Yasir kimi Peyğəmbərin (c) səhabələri qətlə yetirildi. Halbuki Peyğəmbər 
(səllallahu əleyhi və alihi və səlləm) Əmmar haqqında buyurmuşdu: “Ey Əmmar, 
səni yolunu azmış dəstə qətlə yetirəcək ”. 48 

Nə üçün Müaviyə İmam Həsəndən (əleyhissalam) beyət tələb edir? Halbuki 
ümmət ona beyət etmiş və idarəçilik səlahiyyətini ona həvalə etmişdir. Əgər Şam 
İmam Həsənə (əleyhissalam) beyət etməmişdirsə, onsuzda onlar ikinci xəlifə Ömər 
bin Xəttabm dövründə Müaviyə ora vali təyin olunduğu vaxtdan etibarən heç vaxt 
əvvəlki xəlifələrin hakimiyyətinə tabe olmamış və beyət etməmişdir. 

Müaviyə hansı hakimiyyətlə təşəbbüs göstərir? Onun hakimiyyəti və 
təcrübəsi ən pis hakimiyyət və təcrübə idi. O, yalnız siyasi hakimiyyət, cahiliyyət 
dönəminin qisasını, şəxsi mənfəət və qəbilə hakimiyyəti məqsədini güdürdü . 49 

Doktor Əhməd Rifai “Əcrul-Məmun” kitabında deyir: 

Bu məktub bəzi cəfəngiyyatları ehtiva edir. Məktubda deyilir: “Bu 
ümmət öz arasında mübahisə etdikdə sizin fəzilətinizi, ilk müsəlman olmanızı, 
Peyğəmbərə olan yaxınlığınızı, İslam və müsəlmanların nəzərindəki yerinizi 
inkar etməmişdir...” Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) 

47 “Məqatilut-talibin”, səh. 36-37; İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 36. 

48 “Səhih Müslim”, c. 8, səh. 186; “Sünəni Tirmizi”, c.5, səh. 333. 

49 Əhməd Fuad, “əı-İmam Həsən əl-Qaid vət-tarix”, cəh. 51. 



vəfatından sonra baş verən hadisələri izləyən şəxsə məlumdur ki, 
Peyğəmbərin vəfatından sonra pak Əhli-beyt çox ağır məşəqqətlər çəkmiş və 
bəlalara məruz qalmışlar. Yaranın qanı hələ də axmaqdadır. Peyğəmbər hələ 
qəbrə qoyulmamış onun əmrini dəyişdilər, səqifədə cəm olaraq 
Peyğəmbərlərinin əhli-beytini unutdular. Bütün bunların nəticəsi 
Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) vəfatından 50 il keçdikdən 
sonra bir ölkədən digər ölkəyə gedən mənfur dəstənin onun övladlarının 
başlarını nizələrin ucunda daşımasında üzə çıxdı”. 50 


İMAM HƏSƏNİN (əleyhissalam) MÜAVİYƏYƏ 
GÖNDƏRDİYİ SON MƏKTUB 

İmam Həsən (əleyhissalam) Müaviyənin onun hakimiyyətinə tabe 
olmamaqda israrlı olduğunu, ümməti İslam ruhuna yad olan işlərlə aldadacağını 
bildi. Çünki o, özünü xilafət mənsəbinə şəri namizəd kimi təqdim edəcəkdi. İmam 
bilirdi ki, gec və ya tez Müaviyə ona qarşı müharibə edəcəkdir. Buna görə İmam 
müharibədən başqa bir çıxış yolunun olmadığını, haqla batilin ayrılıq nöqtəsi 
olacaq həmin günə hazırlaşmağın labüd olduğunu görürdü. Bu səbəbdən İmamın 
cavab məktubu çox gecikmədi: 

“Sənin yazdığın məktub mənə çatdı. Orada yazdığını yazmısan. Sənə 
haqsızlıq etməkdən ehtiyat edərək cavab verməyi tərk etdim. Allaha pənah 
aparıram bu işdən. Haqqa tabe ol. Onda mənim həqiqətən haqlı olduğumu 
biləcəksən. Vəssəlam”. 51 

Bununla da İmam (əleyhissalam) Müaviyə ilə arasında faydası olmayacaq 
bu dialoqa son qoydu. Burada gözəl tərzdə danışıqlar aparmaq üslubunun faydası 
yoxdur. Xüsusilə də, qarşı tərəf bu üsluba inanmırsa. Məhz buna görə də İmam 
(əleyhissalam) Müaviyənin başa düşəcəyi dilə - hərb dilinə keçdi. 


MÜAVİYƏ İNSANLARI İMAM HƏSƏNƏ (əleyhissalam) QARŞI 
VURUŞMAĞA HAZIRLAYIR 

İmam Həsənin (əleyhissalam) məktubu Müaviyəyə çatdıqda əyalətlərdə 
olan təbəələrinə vahid məzmunda məktub yazdı: 


50 Tofiq Əbulələm, “Həsən bin Əli”, səh. 137,138. 

51 “Məqatilut-talibin”, səh. 38; “Əyanuş-şiə”, c.l, səh. 568. 



Allaha həmd olsun ki, düşmənlərinizin və xəlifənizin qatillərinin 
əziyyətindən sizi qorumuşdur. Allahın lütf və gözəl əməllərindəndir ki, öz 
qullarından birini göndərdi və onun canına qıyıb qətlə yetirdi. Bununla da 
onun tərəfdarlarını parçaladı. Onların əyanları və böyükləri məktub yazıb 
özləri və əşirətləri üçün əman xahiş edirlər. Mənim məktubum sizə çatan kimi 
ciddi hazırlıqla yanıma gəlin. Allaha həmd olsun ki, siz intiqam alacaq və 
arzunuza çatacaqsınız. Allah zalım və təcavüzkarları həlak edəcək. 
Vəssəlam.” 

Ordu Müaviyənin ətrafında toplaşdı və o, İraqa tərəf üz tutdu . 52 

Bu məktubda nəzər diqqəti çəkən budur ki, Müaviyə təcavüz və zülmü İmam 
Əliyə (əleyhissalam) nisbət verir. Halbuki təcavüzkarlar Müaviyə və onun ordusu 
idi. Onlar hörmətli səhabə Əmmar bin Yasiri qətlə yetirdilər. Yuxarıda Müslimin 
Əmman yolunu azmış dəstə qətlə yetirəcəyi barədə nəql etdiyi rəvayəti qeyd 
etmişdik. 

İmam Həsənin (əleyhissalam) Müaviyə ilə məktublaşmalarmdan gözlədiyi 
məhz elə bu idi. Buna görə də İmam onunla məktublaşmağı kəsdi və umumi qoşun 
yığmağa və xalqı ayağa qaldırmağa başladı. Müaviyənin və Şam ordusunun 
qarşısını almaq üçün bütün qüvvələri səfərbər etdi. 


HƏRB QAÇILMAZDIR 

İmam Həsən (əleyhissalam) müharibəyə başlamaq məqsədilə ordunu 
hazırlamaq üçün Hücr bin Udəyi tərəfdarlarının yanma göndərdi. Sonra carçı 
hamının camaat namazında toplaşmasını car çəkdi. Hər tərəfdən insanlar cəm 
olmağa başladılar. İmam Həsən (əleyhissalam) camaat toplaşdıqdan sonra ona 
xəbər verilməsini dedi. Səid bin Qeys əl-Həmdani gəlib İmama xəbər verdi. İmam 
Həsən (əleyhissalam) minbərə çıxıb Allah-təalaya həmd və səna etdikdən sonra 
buyurdu: 

Allah cihadı yaratdıqlarına (insanlara) vacib buyurub onu 
xoşagəlməyən adlandırdı. Sonra cihad edən möminlərə “Səbr etin! Allah səbr 
edənlərlədir” buyurdu. Ey insanlar, yalnız səbr etməklə xoşlamadıqlarınızdan 
xilas olub istədiklərinizə nail ola bilərsiniz. Mənə xəbər çatıb ki, Müaviyə 
onun üzərinə gələcəyimizdən xəbərdar olduğu üçün yürüşə çıxıb. Allah sizə 


52 


'Əyanuş-şiə”, c.l, səh. 568; “Məqatilut-talibin”, səh. 38; “əl-Gədir”, c. 1, səh. 291. 



rəhm eləsin! Siz də Nuxeylədəki ordugahınıza tərəf hərəkət edin. Orada 
gözləyin, biz də gözləyirik. Nə olacağını siz də, biz də görəcəyik”. 53 


KUFƏ CƏMİYYƏTİNİN MÜXTƏLİFLİYİ 

İmam Həsənin (əleyhis salam) ordusunun əsasını təşkil edən Kufə camaatı 
müxtəlif yönümlü, qarışıq düşüncəli insanlardan ibarət idi. Bu isə hadisələrin 
axarına mənfi təsir göstərirdi. Bu müxtəlif yönümləri bir neçə qismə bölə bilərik: 

1. Xəvaric 

Onlar İmam Əlinin (əleyhissalam) itaətinə qarşı çıxıb onunla vuruşanlar və 
ona düşmənçilik bəsləyənlərdir. Onlar İmam Həsənlə (əleyhissalam) Müaviyəyə 
qarşı vuruşmağı ortaq yol hesab edirdilər. Bu qrup ən kiçik şübhə qarşısında özünü 
itirərək tələsik hökm çıxarırdı. 

2. Əməvi hakimiyyətini istəyənlər. Onlar iki qismdən ibarət idilər. 

a) Kufədəki mövcud hökumətdə istəklərinin, şəxsi mənafelərinin, 
tamahlarının təmin olunmamasını görüb içlərində Şama sədaqət gizlədənlər. Onlar 
hakimiyyətə qarşı çıxıb onu Müaviyəyə təslim etmək üçün fürsət güdürdülər. 

b) Keçmişdə baş vermiş hadisələr və şəxsi mövqelərinə görə Kufə 
hökumətinə kin-küdurət bəsləyənlər. 

3. Tərəddüddə olan qrup. 

Bu qrupun müəyyən bir məsləki və ya istiqaməti yoxdur. Onların yeganə 
arzuları sağ qalmaq və qalib gələcək tərəfdə öz mənfəətlərini güdmək idi. Onlar 
yaxından izləyirdilər ki, güc tərəzisinin hansı gözü ağır gələrsə, ona tərəf də meyl 
etsinlər. 

4. Kor-koranə düşüncəyə sahib olan dəsdə 

Bu dəsdənin hər hansı bir əsasa istinad edən heç bir prinsipi yoxdur. Onlar 
hər səsin ardınca gedir və hər küləyə meyl edirdilər. İmam Əli (əleyhissalam) bu 
kor-koranə düşüncə sahibləri haqqında buyurur: “Onlar bir yerə cəm olsalar 
qalib gələrlər, parçalandıqda isə tanınmazlar”. 54 

5. Ixlaslı mömin dəstə. 


53 “Məqatilut-talibin'’, səh. 39; İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 38. 
“Nəhcül-bəlağə”, səh. 504. 


54 



Bu dəstə sayca ən az olan xeyirli insanlardır. Onların səsi digər dəstələrin 
səsinin içində itib batır . 55 Kufənin vəziyyəti belə idi. Buna görə də İmam Həsən 
(əleyhissalam) onlara xitab edəndə susdular və onlardan heç kim danışmadı. Udəy 
bin Hatəm bunu gördükdə ayağa qalxıb dedi: “Mən Hatəmin oğluyam. Bu necə 
də pis məqamdır. İmamınıza və Peyğəmbərinizin qızının oğluna cavab 
verməyəcəksinizmi? Hanı Muzirin xətibləri?! Rifahda dilləri iti qılınc kimidir. 
Vəziyyət ciddi olduqda isə hiyləgər tülkü olursunuz. Allahın nifrətindən, eyb 
tutacağından və ar edəcəyindən qorxmursunuzmu ?”. 56 


ORDUNUN UĞURSUZLUĞU VƏ İMAM HƏSƏNİ (əleyhissalam) 

TƏRK ETMƏLƏRİ 

Qeyd olunanlardan əlavə ordunun İmam Həsəni (əleyhissalam) köməksiz 
qoymaları hərbi və psixoloji baxımdan məğlubiyyətə gətirib çıxardı. İbn Əsir 
ordunun İmam Həsəni (əleyhissalam) tək və yalnız qoyması barədə deyir: 

“Həsən Mədainə gəldikdə carçı qoşunun içində car çəkərək dedi: “Qeys 
bin Səd qətlə yetirilmişdir. Çıxın gedin”. İmam Həsənin xeyməsini (çadırını) 
qarət edib getdilər. Hətta üzərində oturduğu xalçanı belə altından çəkib 
apardılar. İmam onlara daha çox nifrət etdi və onlardan daha çox ehtiyat 
etməyə başladı... İmam Həsən qoşunun param-parça olduğunu gördükdə 
Müaviyəyə məktub yazdı...” 57 


MÜAVİYƏNİN İNSANLARI PUL İLƏ SATIN ALMASI 

Müaviyə ordu başçılarını pul ilə satın alırdı. Onlardan biri də Übeydullah bin 
Abbas idi. Müaviyə onu təhdid etdi və İmam Həsənin (əleyhissalam) ordusunu tərk 
edərək onun yanma gəldikdə ona mal-dövlət verəcəyini vəd edərək şirnikləndirdi. 
İsfəhani və İbn Əbilhədid deyirlər: “Müaviyə Übeydullah bin Abbasa yazaraq 
belə deyirdi: “Həsən mənə yazıb sülh istəyir və xəlifəliyi mənə verəcəkdir. 
Əgər sən indi mənim itaətimə daxil olsan tabe olunanlardan (başçı) olacaqsan. 
Əks təqdirdə isə sən tabe olaraq mənim itaətimə daxil olacaqsan. Əgər sən 
indi mənim yanıma gəlsən, sənə min dəfə min (milyon) dirhəm verəcəm. 


55 Şeyx Mufıd deyir: “İnsanlar cihad etmək istəmirdilər. ( Səfərbərlik ) əmrini yerinə yetirməkdə ləngiyirdilər. Sonra 
qarışıq insanlar cəm oldular. Bəziləri Imanıın (ə) və atasının (ə) şiələri, bəziləri hər nə vəchlə olsım Müaviyəni qətlə 
yetirmək istəyən “təhkim ” camaatı, bəziləri fitnə və qənimət giidənlər, bəziləri şübhədə olanlar, bəziləri isə dinə 
bağlılıqları olmayan və qəbilələrinin başçılarına tabe olan təəssübkeş insanlar idi. ” (Bax; Cavad Fəzlullah, “Siilhu 
əl-İmam əl-Həsən’’, səh. 84-85.) 

56 “Məqatilut-talibin”, səh. 39; “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 39; “Əyanuş-şiə”, c. 1, səh. 568. 

57 İbn Əsir, “əl-Kamil fıt-tarix”, c. 3, səh. 404, 405; “Əyanuş-şiə”, c. 1, səh. 569; “ən-Nəsaihul-kafıyə”, cəh. 192. 



Əvvəlcədən yarısını, digər yarısını isə Kufəyə daxil olaramsa, verəcəm. 
Übeydullah gecə ikən gizlincə Müaviyənin ordusuna qoşuldu. Müaviyə ona 
vəd verdiyini etdi...” 58 

Həmçinin, Seyid Muhsin Əmin “Əyanuş-şiə” kitabında deyir: 

“İmam Həsən (əleyhissalam) Müaviyənin üzərinə Kində qəbiləsindən 
olan bir nəfərin başçılığı ilə 4000 min nəfərdən ibarət qoşun göndərdi. Qoşun 
Ənbara çatdıqda Müaviyə ona 500000 dirhəm pul göndərdi. Ona Şamın və 
Hicazın bəzi əyalətlərinin valiliyini vəd etdi. O da 200 nəfər olan ən yaxın 
adamları ilə Müaviyəyə tərəf keçdi. Sonra Murad qəbiləsindən bir nəfər 
göndərdi. O, birinci kimi etməyəcəyinə dağların davam gətirməyəcəyi andlar 
içdikdən sonra yenə əvvəlki kimi elədi. Onun əvvəlki kimi xəyanət edəcəyini 
İmam Həsən (əleyhissalam) xəbər vermişdi”. 59 

Ordu yavaş-yavaş İmamı tərk edirdi. Hətta iş o yerə çatdı ki, İmamın 
ordusundan olan biri onu şirkdə ittiham edərək xəncərlə onu yaraladı. Bəni-Əsəd 
qəbiləsinin Bəni-Nəsr bin Qeyn tayfasından Cərah bin Sinan adlı biri İmama 
yaxınlaşdı. Səbat yolunun qaranlığından keçərkən İmamın miniyinin cilovundan 
tutaraq, digər əlində isə oraq belə dedi: “Allahu əkbər, ey Həsən, sən də şirk 
elədin. Necə ki, atan əvvəlcədən şirk eləmişdi”. Sonra İmama xəsarət yetirdi. 
İmam budundan yaralandı. Yara o qədər dərin idi ki, budu sümüyünə qədər 
açılmışdı. İmam Həsən (əleyhissalam) əlindəki qılıncla onu vurduqdan sonra 
hər ikisi yerə yıxıldı”. 60 


MÜAVİYƏNİN QƏBİLƏ BAŞÇILARINI ƏLƏ ALMASI 

Bəzi qəbilə başçıları Müaviyəyə itaət edəcəkləri və (Müaviyənin) gəldiyi 
təqdirdə İmam Həsəni (əleyhissalam) ona təslim edəcəklərinə zamin olmaları 
barədə məktub yazırdılar. Şeyx Mufıd deyir: “Bəzi qəbilə başçıları gizlincə 
Müaviyəyə məktub yazıb onu yürüş etməyə təşviq etdilər. Həmçinin 
Müaviyənin ordusu yaxınlaşdıqda İmam Həsəni (əleyhissalam) ona təslim 
edəcəkləri və ya öldürəcəklərini öhdələrinə götürdülər. Bu xəbər İmam 
Həsənə (əleyhissalam) çatdı”. 61 


58 “Məqatilut-talibin”, səh. 42. 

59 “Əyanuş-şiə”, c. 1, səh. 569. 

60 “Məqatilut-talibin”, səh. 41; “əl-İrşad”, c.2, səh. 12. 
“əl-İrşad”, c. 2, səh. 12. 


61 



Bu ona dəlalət edir ki, Müaviyə mal, yalan, şaiyə və bu kimi müxtəlif üslub 
və yollarla İmam Həsənin (əleyhis salam) ordusunun əsasını laxlatmış, ordu və 
qəbilə başçılarını ələ almışdı. 

Müaviyə ümmətin İmam Həsənin (əleyhissalam) təmsil elədiyi din xəttinə, 
elmi, əməli və tətbiq baxımından peyğəmbərliyin davamı olmasına iman 
gətirmədiyini gördükdə, öz məqsədlərinin həyata keçməsi üçün münbit şəraitin 
olduğunu görürdü. Deməli, Müaviyə İmamın bəzi ordu başçılarını ələ almaqla 
planlaşdırdığı məqsədlərində uğur qazandı. Buna görə də İmam Həsən 
(əleyhissalam) bu qeyri-bərabərsizliyin diktə etdiyi reallığa görə təslim olmaqdan 
başqa çıxış yolunun olmadığını bildi. 

Lakin İmam bu bərabərsizliyin Müaviyənin istəklərinə uyğun inkişaf 
etməsinə imkan vermədi. Buna görə də İmam sülh məsələsini qəbul etməklə ən 
xeyirli iş görərək Müaviyənin Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) 
xəlifəliyi mənsəbinə çatmaq üçün yürütdüyü siyasətin iç üzünü açdı. Bu barədə 
gələcək fəsillərdə danışacağıq. Lakin əvvəlcə yuxarıda qeyd etdiyimiz Müaviyənin 
öz dövlətini qurmaq uğrunda hiylə, xəyanət, zülm, tamah, şəxsi mənafe üzərində 
köklənmiş siyasəti müqabilində İmamın (əleyhissalam) yürütdüyü siyasəti izah 
edək. 


İMAM HƏSƏNİN (əleyhissalam) SİYASƏTİ 

Müaviyənin iyrənc siyasəti müqabilində Əli evinin siyasəti yalan və 
hiylədən uzaq olaraq ağıl, ədalət və insaf əsasında idi. Bu siyasətin əsasını İmam 
Əli (əleyhissalam) qoymuşdur. Əgər biz onun xəyanətkar və hiyləgər rəqibinə qarşı 
yürütdüyü siyasətin bir nümunəsinə baxsaq, dediklərimiz tam mənası ilə aydın 
olacaq. İmam Əli (əleyhissalam) bu mənfi xüsusiyyəti tənqid edərək xütbələrinin 
birində buyurur: 

“Ey insanlar, məbadə kimisə aldadasınız. Bu, alçaq adamların 
xüsusiyyətlərindəndir. Əməli saflaşdırmaq əməlin özündən çətindir. Niyyəti 
fəsaddan qorumaq əməl edənlər üçün cihad etməkdən də çətindir. Heyhat! 
Əgər təqva olmasaydı ərəbin ən dahisi olardım ”. 62 

Həmçinin buyurub: “Allaha and olsun ki, Müaviyə məndən dahi deyil. 
Lakin o, hiyləgərlik edir, aldadır və günah edir. Əgər hiylənin bəyənilməməsi 
olmasaydı, mən insanların ən dahisi olardım. Lakin hər bir hiylə aşkar 
günahdır. Hər bir aşkar günah küfrə bərabərdir. Hər bir hiyləgərin qiyamət 

62 Corc Cordaq, “Rəvaiu nəhcil-bəlağə”, səh. 90. 



günü tanınacağı pərçəmi (bayrağı) olacaq. Allah heç bir hiylədən qəflətdə 
olmaz və heç bir pisliyə göz yummaz ”. 63 

Həmçinin, islam hakiminə hər hansı növ yaltaqlıq və yaxınlığı rədd etməsinə 
ən yaxşı dəlil Əmirəlmömininin (əley his salam) sadə bir hədiyyə verməsi 
müqabilində Əşəs bin Qeysi danlamasıdır. Bəlkə də bu müasir dövrümüzdə bir o 
qədər əhəmiyyət daşımır. Lakin İmam bunu çox böyük əhəmiyyətli hesab edirdi. 
İmamın həmin adama cavabı məna dolu sözlərlə oldu. 

“Bundan da təəccüblüsü əlində boxçası qapımızı döyən şəxsdir. Sanki ilanın 
ağız suyu və ya zəhəri ilə yoğrulmuşdu. Ona dedim: “Bu qohum payı ya zəkat ya 
da sədəqədir? Bu, biz Əhli-beytə haramdır”. O isə dedi: “Nə odur, nə də bu. 
Lakin bir hədiyədir”. Ona dedim: “Övladlarını itirmiş analar yasına otursun! 
Allahın dini ilə məni aldatmağa gəlmisən? Sən ağlını itirmisən, yoxsa 
məcnunsan?! Çıx get burdan! Allaha and olsun ki, yeddi iqlimi və bütün 
fələkləri mənə versələr ki, çəyirtkənin ağzında çeynədiyi yemi onun ağzından 
almaqla ona zülm edim, yenə etmərəm. Əlinin fənaya uğrayacaq nemət və 
keçici ləzzətlə bir əlaqəsi olmaz. Ağılın yatmasından və xətanın pisliyindən 
Allaha sığınır və ondan yardım istəyirik ”. 64 

İmam Həsən (əleyhissalam) atasının təyin etdiyi hakimin ümmətlə davranış 
qaydalarına əməl edirdi. Baş verən istər böyük, istərsə də kiçik hadisələrdə atasının 
təyin etdiyi islam qayda-qanunlarına müxalif olan heç bir vasitədən istifadə 
etmirdi. Buna görə də sülh bağlandıqdan sonra tərəfdarlarına xitab edərkən onlara 
bu qayda-qanunları xatırlatdı. Yəni, əgər o da dünya üçün yaşasaydı, Müaviyə 
ondan daha çox tədbirli ola bilməzdi. Lakin İmam hikmət və ilahi dəyərlərə əsasən 
hərəkət edirdi. 

İmam Həsən (əleyhissalam) belə buyurdu: “Siz bizim şiələrimiz və bizi 
sevənlərsiniz. Biz sizi bizə səmimi yoldaş və bizə qarşı doğru olan şəxslər kimi 
tanıyırıq. Dediklərinizi bildim. Əgər dünya istəsəydim, dünya üçün çalışar və 
mənfəət əldə edərdim. Müaviyə məndən güclü və sərt deyil. Ona görə də 
mənim rəyim sizin rəyinizdən fərqli oldu. Lakin mən Allahı və sizi şahid 
tuturam ki, mən bununla sizin qanınızın tökülməməsini və münasibətlərinizin 
islah olunmasını istədim...” 65 

Beləcə İmam böyüyüb tərbiyə aldığı dəyərlər və islam əxlaqı ilə hərəkət etdi. 
Əgər dünya üçün yaşasaydı, hakimiyyət və səltənət arzusunda olsaydı, Müaviyənin 
pul ilə satın almaq, qorxutmaq, şirnikləndirmək kimi üslublarından istifadə edərdi. 

63 “Şərhu nəhcil-bəlağə”, c. 10, cəh. 211. 

64 “Nəhcul-bəlağə”, c.2, səh. 218. Muhəmməd Əbduhun tədqiqi ilə. 

65 İbn Qııteybə, “əl-İmamə vəs-siyasə”, c. 1, səh. 141. 



Həmin vaxt o, bütün islam coğrafiyasının hakimi idi. Əgər belə etsəydi, bütün 
hadisələr onun xeyrinə bitərdi və Müaviyənin hadisələri yönəltmək üçün işlətdiyi 
hiylələr heç bir nəticə də verməzdi. 



İKİNCİ FƏSİL 

İMAM HƏSƏNİN (əleyhissalam) SÜLHÜ 


MÜQƏDDİMƏ 

Sülhün məzmununu qeyd etməzdən əvvəl son dərəcə əhəmiyyətli olan bir 
məsələyə toxunmaq istəyirik. Sülh təklifi Müaviyə tərəfindən gəlmişdi. İmam 
Həsən (əleyhissalam) Mədaində dediyi xütbədə buna işarə edərək buyurmuşdu: 

“Müaviyə bizi elə bir işə dəvət edir ki, onda nə izzət var, nə də ədalət. Əgər 
ölümü seçsəniz, bu təklifi geri qaytarar və qdıncımızın ucu ilə onu Allahın 
mühakiməsinə verərik. Əgər həyatı seçsəniz qəbul edib sizin razılığınızı əsas 
götürərik”. 66 

İmamın (əleyhissalam) qarşısında qeyd etdiyimiz şəraitin tələbinə uyğun 
olaraq sülhlə razılaşmaq və Müaviyənin təklifini qəbul etməkdən başqa çıxış yolu 
yox idi. Lakin İmam sülhün şərtlərinin pozulacağı üçün qəbul etdi. Çünki Müaviyə 
kimi biri ən yaxın zamanda şərtbəşərt razılaşmanı pozmaya bilməzdi. Sonra isə 
insanlar ona nifrət edəcək və ona qəzəblənəcəklər. Sülh nəsillər boyu ona qarşı 
nifrət toxumuna çevriləcək. Tarix boyu qəsb olunmuş hakimiyyətin yer üzündən 
silinməsi üçün baş verəcək qiyamların toxumu olacaq . 67 İmam (əleyhissalam) bu 
şərtləri seçdi ki, Müaviyəni sınağa çəkərək, sonra onu sorğu sual edərək və 
həqiqətini üzə çıxarmaqla biabır edərək tarix qarşısında qoysun. 


SÜLH MÜQAVİLƏSİ TARİXÇİLƏRİN DİLİNDƏ 

Tarixçilərin və hədis alimlərinin sülhün mətni barədə qeyd etdikləri 
məlumatlar yarımçıq və müxtəlif qaynaqlarda yayılmış formadadır. Buna görə də 
həmin mətnlərin bəzilərini qeyd edib bir-birilə əlaqələndirəcəyik ki, oxucu 
ziddiyyətli və parça-parça yazılmış bu tarixi hadisə barədə tam məlumat əldə edə 
bilsin. İbn Əsəm əl-Kufi, İbn Təlhə Şafei, İbn Səbbağ Maliki bu hədisənin 
müəyyən hissələrini nəql etmişlər. Onların qeyd etdikləri mətnlər demək olar ki 
bir-birinə yaxındır. Həmçinin, Süyuti, İbn Quteybə, İbn Həcər, İbn Ənbə, İbn Əsir, 
Əbulfida və başqaları sülhün mətnini qeyd etmişlər. 

1. İbn Əsəm, İbn Təlhə və İbn Səbbağın nəql etdiyi mətn 


66 İbn Əsakir, “Tarixu mədinəti Diməşq”, c. 13, səh. 268; İbn Əsir, “Usdul-ğabə”, c. 2, səh. 13; “Siyəm əlamun- 
niibəla”, c. 3, səh. 269. 

67 Tofiq Əbu Ələm, “Həsən bin Əli”, səh. 208. 



Sonuncu belə nəql edir: “Bağışlayan və mehriban Allahın adı ilə. Bu 
Həsən bin Əli bin Əbu Talibin Müaviyə bin Əbu Süfyanla bağladığı sülhdür. 
Onunla (Müaviyə ilə) Allahın kitabı və Peyğəmbərin sünnəsinə uyğun tərzdə 
insanlarla davranması şərtilə müsəlmanların hakimiyyətini ona təhvil verməsi 
barədə sülh bağlanılır. Müaviyə özündən sonra heç kimi vəliəhd təyin edə 
bilməz. İnsanlar Şam, Hicaz, Yəmən və Allahın istənilən torpağında 
yaşamalarına baxmayaraq əmin-amanlıqda olmalıdırlar. Əli tərəfdarları 
harda olsalar canları, ailələri, övladları, malları toxunulmaz olmalıdır. Bu 
barədə Müaviyədən Allahın adı ilə əhdi-peyman alınır. Müaviyə Həsən bin 
Əli, qardaşı Hüseyn bin Əli və Peyğəmbər Əhli-beytindən olan hər hansı bir 
kəsə aşkarcasına və ya gizli şəkildə zülm etməməlidir. Həmçinin, yer üzünün 
hər hansı bir yerində olursa-olsun heç kəsə qorxu yaşatmağa haqqı yoxdur. 
Bu şərtlərə filan və filan şahid oldular. Allahın şahidliyi yetərlidir”. 68 

2. Süyuti və İbn Həcər belə nəql edirlər. 

(Mətn birinciyə aiddir) “Həsən - Allah ondan razı olsun - atasının 
qətlindən sonra Kufə əhalisinin beyət etməsi ilə xəlifə seçildi. Altı ay və bir 
neçə gün xəlifə oldu. Sonra Müaviyə ona qarşı yürüş etdi. Bu iş Allaha 
məxsusdur. Həsən məktub yazaraq xəlifəliyi ona təhvil vermək istədiyini 
bildirdi. Bu şərtlə ki, ondan sonra xəlifəlik yenidən onun olsun. (İmam 
Həsənin) atasının vaxtında Mədinə, Hicaz və İraq əhalisinə verilən hər hansı 
bir şeyi tələb etməsin və onun borclarını ödəsin. Müaviyə onun tələblərini 
qəbul etdi. Sonra onlar bu şərtlərə görə sülh bağladılar”. 69 

Süyuti sülhün bəndlərində İmam Həsənin Müaviyədən sonra xilafətin ona 
verilməsini şərt kəsdiyini qeyd edir. İbn Həcər “Fəthul-bari” kitabında bu şərti 
güclü sənədlə dəstəkləyir. O, belə deyir: “Muhəmməd bin Qudamə “Kitab əl- 
Xəvaric”də Əbu Bəsrədən etibarlı sənədlə nəql edir ki, o, Həsən bin Əlinin 
Müaviyənin yanında xütbə edərkən belə dediyini eşitmişdir: “Mən Müaviyə ilə 
ondan sonra xilafətin mənə aid olmasını şərt kəsmişəm”. 70 

Həmçinin İbn Həcər deyir: “Yəqub bin Süfyan Zühriyə istinadən etibarlı 
sənədlə nəql edərək deyir: “Həsən bin Əli Müaviyədən sonra xilafətin ona 
məxsus olması barədə şərt yazaraq səhifə göndərdi. Həmin səhifə Müaviyəyə 
çatdı. Müaviyə ona sülh istədiyi barədə məktub yazmışdı və qasid ilə sonunda 
möhür olan boş bir səhifə göndərmişdi. Ona demişdi: “Nə şərt istəyirsən yaz. 
Bu, sənin ixtiyarındadır”. Həsən əvvəl istədiyindən qat-qat artıq şərtlər 

68 İbn Əsəm əl-Kufı, “əl-Futuh”, c. 4, səh. 291; İbn Təlhə Şafei, “Mətalubus-suul”, səh. 357; İbn Səbbağ, “əl-Fusul 
əl-Muhimmə”, c. 2, səh. 728, 729. 

69 Süyuti, “Tarixul-xuləfa”, səh. 191; İbn Quteybə, “əl-İmamə vəs-siyasə”, c. 1, səh. 184. 

70 “Fəthul-bari'’, c. 13, səh. 55. 



qoydu. Onlar qarşılaşanda Həsən ona beyət etdi. Müaviyədən şərtləri yazdığı 
sonu möhürlü səhifəni istədi. Müaviyə imtina edərək yalnız əvvəlcədən 
qoyulan şərtlərlə razılaşdı. Mübahisə edərək əvvəlcədən qoyduğu şərtləri 
qəbul etdiyini dedi. Onların arasında ixtilaf yarandı. O, Həsənin iki şərtindən 
heç birinə əməl etmədi”. 71 

Bu rəvayətə əsasən İmam Həsən (əleyhissalam) çoxlu şərtlər yazmışdı, lakin 
Müaviyə heç bir şərtə əməl etmədi. 

3. İbn Quteybə belə nəql edir. 

Bəlkə də şərtlərdən biri ondan sonra xilafətin qardaşı Hüseynə 
(əleyhissalam) verilməsi şərti idi. İbn Ənbə məhz bunu nəql edərək deyir: 

“Onunla (Müaviyə ilə) bir neçə şərt kəsdi. Əgər (Müaviyə) bu şərtlərə əməl 
edəcəksə, xilafəti ona təhvil verəcəkdir. Bu şərtlərdən biri də bu idi ki, əgər 
onun başına bir iş gələrsə, xilafət ondan sonra Hüseynə verilməlidir”. 72 

4. İbn Əsir və Əbulfldanın nəql etdikləri 

Həmçinin, Müaviyənin əməl etmədiyi həmin şərtlərdən biri də 
Əmirəlmöminin İmam Əlinin (əleyhissalam) söyülməməsi idi. İbn Əsir məhz bunu 
nəql edərək deyir: “Həsənin Müaviyədən tələb etdikləri Kufə beytul-malında 
məbləği beş min olan malın ona verilməsi, Fars məmləkətinin Əbcərd 
əyalətinin xəracının ona verilməsi və Əlini söyməmək idi. (Müaviyə) Əlini 
söyməyi tərk etməyi qəbul etmədi. Bundan sonra Həsən onun eşitdiyi halda 
söyməməsini tələb etdi. Müaviyə qəbul etdi, lakin sonradan buna da əməl 
etmədi”. 73 

Əbulfida belə nəql edir: “Həsən vəziyyəti belə gördükdə Müaviyəyə bəzi 
şərtlər göndərib belə dedi: “Əgər bu şərtləri qəbul etsən, mən eşidib itaət 
edəcəm”. Müaviyə onun dediklərini qəbul etdi. Həsənin Müaviyədən tələb 
etdikləri Kufə beytul-malında məbləği beş min olan malın ona verilməsi, Fars 
məmləkətinin Əbcərd əyalətinin xəracının ona verilməsi və Əlini söyməmək 
idi. Müaviyə Əlini söyməyi tərk etməyi qəbul etmədi. Sonra Həsən onun 
eşitdiyi halda söyməməsini tələb etdi. Müaviyə qəbul etdi. Sonradan buna da 
əməl etmədi”. 74 


n “Fəthul-bari”, c. 13, səh. 55-56. 

72 İbn Ənbə, “Umdətut-talib”, səh. 67. 

73 İbn Əsir, “əl-Kamil fıt-tarix”, c. 3, səh. 405. 

74 Əbulfida, “əl-Muxtəsər min əxbaril-bəşər”, c. 1, səh. 126. 



SÜLHÜN BƏNDLƏRİ 


Qeyd etdiyimiz tarixi mətnlərdən aşağıdakı nəticələri əldə edirik: 

Birinci: Müaviyə Allahın kitabı və Peyğəmbərin (səllallahu əleyhi və alihi 
və səlləm) sünnəsinə əməl etməlidir. 

İkinci: Özündən sonra heç kimi vəliəhd təyin etməməlidir. Bəzi mənbələrdə 
xilafət Müaviyədən sonra Həsənə (əleyhissalam), ondan sonra isə qardaşı Hüseynə 
(əleyhissalam) verilməlidir. Necə ki, İbn Ənbə belə nəql edir. 

Üçüncü: İnsanlar Allahın yaratdığı yer üzündə, Şamda, Yəməndə, İraqda, 
Hicazda və ya harda olsalar əmin-amanlıqda olmalıdırlar. 

Dördüncü: Əli tərəfdarları və şiələri harda olsalar da ailələri, uşaqları və 
malları əmin-amanlıqda olmalıdır. 

Beşinci: Müaviyə İmam Həsənə (əleyhissalam) və qardaşı İmam Hüseynə 
(əleyhissalam), Peyğəmbər Əhli-beytindən olan hər hansı bir kəsə aşkarcasma və 
ya gizli şəkildə zülm etməməlidir. Həmçinin, yer üzünün hər hansı bir yerində 
olursa-olsun heç kəsə qorxu yaşatmağa haqqı yoxdur. 

Altıncı: Müaviyə beş min dəyərində olan Kufənin beytul-malmı və Fars 
məmləkətinin Əbcərd xəracını İmam Həsənə (əleyhissalam) verməlidir. 

Yeddinci: Əmirəlmöminin Əli (əleyhissalam) söyülməməli və təhqir 
edilməməlidir. 


MÜAVİYƏNİN SÜLH MÜQAVİLƏSİNİ POZMASI 

Lakin hakimiyyət Müaviyə üçün sabitləşdikdən sonra sülh müqaviləsini 
ayaqları altına atdı. Allahın kitabına və Peyğəmbərin (səllallahu əleyhi və alihi və 
səlləm) sünnəsinə əməl etmədi. Özündən sonra vəliəhd təyin etməmək barədə olan 
əhd-peymanını pozdu. Özündə sonra xilafəti fasiqlikdə tanınan oğlu Yezidə həvalə 
etdi. Hətta iş o yerə çatdı ki, bağladığı bütün əhd-peymanı pozdu. 


MÜAVİYƏNİN KUFƏ CAMAATINA XİTABI 

Müaviyə Kufə əhalisinə xitab edərək dedi: 

“Ey Kufə əhalisi, elə bilirsiniz ki, sizinlə namaz, zəkat, həcc üçün 
vuruşdum. Bilirəm ki, siz namaz qılır, zəkat verir və həccə gedirsiniz. Mən 



sizə hakim olmaq və sizi ixtiyarıma keçirmək üçün sizinlə vuruşdum. Siz 
istəməsəniz də Allah bunu mənə bəxş elədi. Bu fitnədə gedən hər bir mal, 
tökülən hər bir qan hədərə getmişdir. Kəsdiyim hər bir şərt iki ayağımın 
altındadır ”. 75 

Həqiqətən də Müaviyə bütün şərtləri ayaqları altına atdı. Bir-birinin ardınca 
bütün şərtləri pozdu. Əgər onun əməllərini nəzərdən keçirsək və İmam Həsənin 
(əleyhissalam) şərtləri ilə müqayisə etsək görərik ki, bu şərtlərin heç birinə vəfalı 
olmamışdır. 

Birinci şərtə gəlincə, Müaviyə Allahın kitabına və Peyğəmbərin (səllallahu 
əleyhi və alihi və səlləm) sünnəsinə qarşı çıxdı. Çünki o, qeyd edəcəyimiz kimi öz 
hakimiyyəti dövründə dinə və şəriətə qarşı çıxmağından əlavə, bağladığı 
müqaviləyə əməl etmədi. 

İkinci şərtə gəlincə, Müaviyə Yezidə beyət tələb etdiyi zaman onu da 
pozmuşdu. İbn Kəsir hicrətin 60-cı illərinin hadisələrini qeyd edərkən yazır: 

“Həmin ili Müaviyə Übeydullah bin Ziyadla Dəməşqə gələn nümayəndədən 
oğlu Yezid üçün beyət aldı. Həmin ili Müaviyə rəcəb ayında tutduğu 
xəstəlikdən öldü ”. 76 

İbn Əbdülbirr deyir: “Müaviyə Yezidə beyət edilməsini istəyirdi. Şam 
əhalisinə xitab edərək dedi: “Ey Şam əhalisi, artıq yaşlanmışam və əcəlim 
yaxınlaşıb. Xilafəti sizin işlərinizi tənzimləyəcək bir adama vermək istəyirəm. 
Mən sizlərdən biriyəm. Rəyinizi söyləyin”. Onlar əl çalıb bir yerə cəm olub 
dedilər: “Əbdürrəhman bin Xalidin olmasını istəyirik”. Bu, Müaviyəni 
narahat elədi, lakin biruzə vermədi. Sonra Əbdürrəhman xəstələndi. Müaviyə 
etibar etdiyi yəhudi təbibə əmr etdi ki, ona ölümlə nəticələnəcək bir dərman 
içirtsin. Təbib ona zəhər içirtdi. Onu qarın ağrısı tutdu və öldü ”. 77 

İsfəhani deyir: “Müaviyə istəyirdi ki, oğlu Yezidə beyət olunsun. Həsən 
bin Əli və Səd bin Vəqqasdan başqa rəqibi yox idi. Onların hər ikisini 
zəhərlətdirdi. Hər ikisi zəhərdən vəfat etdilər ”. 78 

Budur, Müaviyə oğlu Yezidin xəlifəliyinə müxalif olanlara qarşı zəhərdən 
istifadə edir. Hər hansı bir qətl növündən istifadə etməkdən çəkinmir. Onun ən 
məşhur üslubu insanları zəhərəyərək öldürmək idi. O, insani olmayan bu iyrənc 
üslubla ən xeyirli səhabələri qətlə yetirirdi. 


75 İbn Əbilhədid, ‘‘Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 15; İbn Quteybə, “əl-İmamə vəs-siyasə”, c. 1, səh. 141; əl- 
Əmini, “əl-Ğədir”, c.10, səh. 326. 

76 İbn Kəsir, “əl-Bidayə vən-nihayə”, c. 8, səh. 123. 

77 İbn Əbdülbirr, “əl-İstiyab”, c. 2, səh. 830. 

78 ‘■‘Məqatilut-talibin", səh. 47. 



Deməli, Müaviyə özündən sonra xilafətin imam Həsənə və imam Hüseynə 
verilməsi barədə bağladığı əhdi pozdu. 

Üçüncü şərtə gəlincə, bu şərtə də əməl edilmədi. Onun hakimiyyəti 
dövründə insanlar əmin-amanlıq və sabitlik görmədilər. Müaviyənin siyasəti 
barədə Corc Cordaqm dediklərinə işarə etmək kifayətdir: “Müaviyənin siyasətini 
diqqətlə nəzərdən keçirən şəxs onun insanları aradan götürmək üçün istifadə 
etdiyi şərr və hiylə qüvvəsindən dəhşətə gəlir. Onun üslubu eynilə 
Makyavellinin üslubudur. Qarət, qorxutmaq, hədələmək, həbs etmək, qətlə 
yetirmək kimi Makyavelli cinayətlərinin hamısı onda vardı ”. 79 

O, həmçinin deyir: “Rəsulullah (səllallahu əleyhi və alihi və səlləm) necə 
də doğru buyurub: “Əgər As övladları otuz nəfərə çatsalar, Allahın malını 
qarət edər, Allah bəndələrini özlərinə qul edərlər ”. 80 

Müaviyə Şam, Hicaz, Yəmən və İraqda olmasından asılı olmayaraq hər 
hansı bir yerdə, hər hansı bir məkanda hər hansı bir əməli etməkdən çəkinmirdi. 
Onun Busr bin Ərtəyə dedikləri sözlər buna dəlildir. 

“Müaviyə onun yanından çıxdıqdan sonra Busr bin Ərtəyə xəbər 
göndərdi. Ona üç min əsgər verib dedi: “Mədinəyə tərəf hərəkət elə. Yol boyu 
bizə itaət etməyən insanları ev-eşiklərindən qov, gördüyün hər bir insanı 
qorxut, kimin mah varsa qarət elə. Mədinəyə girəndə özünü elə göstər ki, 
sanki sən heç bir üzrü qəbul etmədən onları qətlə yetirmək istəyirsən. Elə ki, 
sənin onları qətlə yetirəcəyinə inandılar, burax onları. Sonra Məkkəyə doğru 
hərəkət elə. Məkkədə heç kimə toxunma. Amma Mədinə ilə Məkkə arasında 
olan insanları qorxut. Elə et ki, hamısı qaçıb getsin. Sonra Səna (şəhərinə) 
get ...” 81 

Dördüncü şərtə gəlincə, Müaviyə İmam Əlinin (əleyhissalam) Əmmar bin 
Yasir, Hücr bin Udəy, Əmr bin Həmq kimi başqa tərəfdarlarını qətl etmək, onları 
sürgün etmək kimi əməllərindən çəkinmədi. Şeyx Həsən bin Fərhan Maliki deyir: 

“Bəni Üməyyə Əhli-beytə məhəbbət bəsləyənləri alçatmağa və öldürməyə 
başladılar. Onlar Müaviyənin dövründə Hücr bin Udəyi amansızcasına qətlə 
yetirdilər. Çünki o, minbərə çıxıb Əlini söyməyə razılaşmadı. Əmr bin Həmq 
əl-Xuzaini qətlə yetirdilər. Halbuki o və həmçinin Hücr bin Udəy Peyğəmbəri 
(səllallahu əleyhi və alihi və səlləm) görənlərdən və onunla hicrət edənlərdən 
idilər. Cənnət cavanlarının ağası olan Həsən bin Əlini zəhərləyərək 


79 Corc Cordaq, “Əli ədalət və insanlıq carçısıdır’, c. 4, səh. 757. 

80 Corc Cordaq, “Əli ədalət və insanlıq carçısıdır”, c. 4, səh. 757. 

81 İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 2, səh. 7. 



öldürdülər. Qardaşı Hüseyni isə qılıncla qətlə yetirdilər və Kərbala qırğınını 
törətdilər ...” 82 

Şeyx Muğniyə deyir: “İmam Əlinin Meysəm Təmmar, Kumeyl bin 
Ziyad, Hücr bin Udəy, Muhəmməd bin Əbu Bəkr və başqa ixlaslı həvariləri və 
səhabələri vardı. İmam Əli (əleyhissalam) xəlifəliyi dövründə daxili 
çəkişmələr və müharibələrlə üz-üzə qaldı. Elə ki, Rəbbinin hüzuruna getdi, 
Müaviyə onun gözəl əməllərini yaddaşlardan silməyə, yetişdirdiyi kadrları 
öldürməyə və onunla bağlı nə varsa hamısına son qoymağa başladı ”. 83 

Seyid İbn Əqil belə deyir: “Allahın qəzəbinə məruz qalacağı cinayətlərindən 
biri də Mərəcul-əzrada Hücr bin Udəy və onun tərəfdarlarını amansızcazma qətlə 
yetirməsidir. Onlar kimlər idi?! Sanki Allah-təalanm belə buyurduğunu eşitməyib: 

“Kim bir mömini qəsdən öldürərsə (və bu əməli halal hesab edərsə), onun 
cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb 
edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab 
hazırlayar” (Nisa surəsi, ayə 93). Onlar aşağıdakı şəxslər idi. Şureyk bin 
Şəddad əl-Həzrəmi, Vəsvi bin Fəsil əş-Şeybani, Qəbisə bin Zəbiyyə əl-Əbəsi, 
Əbdürrəhman bin Həssan əl-Ənzi. Ziyad onları diri-diri qətlə yetirdi ”. 84 

Tarixdə nəql edildiyinə əsasən, Aişə Müaviyənin Peyğəmbər (səllallahu 
əleyhi və alihi və səlləm) səhabələrini amansızca qətlə yetirməsindən dəhşətə 
gələrək demişdi: “Sən Hücrü və onun tərəfdarlarını qətlə yetirdin. 
Qorxmursan ki, qardaşımı öldürdüyünə görə səni öldürəcək bir adam 
göndərim?” Müaviyə dedi: “Yox (qorxmuram). Mən əmin-amanlıq olan bir 
evdəyəm ”. 85 

İbn Əbdulbirr nəql edir ki, Hücr bin Udəy yanında olan yaxınlarına demişdi: 

“Mənə görə qılınc çəkməyin və qan yumayın. Mən Müaviyə ilə yolda 
görüşəcəm”. 

Həsən əl-Bəsri Müaviyənin əməlləri barədə yekun söz söyləmişdi. Təbəri 
həmin sözü belə nəql edir: “Müaviyədə elə dörd xislət vardı ki, əgər bu dörd 
xüsusiyyətdən təkcə biri belə onda olsaydı, həlak olmasına kifayət edərdi. Bu 
ümmətə səfehləri hakim etdi. Hətta ümmətin içərisində səhabələr və fəzilət 
əhli olduğu halda məşvərət etmədən xəlifəliyi qəsb etdi. Şərab içən, ipək 
geyinən və ud çalan oğlu Yezidi özündən sonra xəlifə təyin etdi. Ziyadın 

82 “Qiraətun fı kutubi əqaid”, səh. 170. 

83 Şeyx Cavad Muğniyə, “əş-Şiə fil-mizan”, səh. 110. 

84 Muhəmməd bin Əqil, “ən-Nəsaih əl-Kafıyə”, səh. 82. 

85 Buxari, “Tarixus-səğir”, c. 10, səh. 121; İbn Əsakir, 'Tarixil mədinəti Diməşq”, c. 12, səh. 222; Təbərani, “əl- 
Mucəmul-kəbir”, c. 19, səh. 319; “əl-Mustədrək aləs-səhiheyn”, c. 3, səh. 470. 

86 “əl-İstiyab”, c. 1, səh. 331. 



atasına nisbət yerildiyini iddia etdi. Halbuki Rəsulullah (səllallahu əleyhi və 
alihi və səlləm) “övlad (qanuni nikahla olan) yatağa aiddir, zinakar daş-qalaq 
olunmalıdır” - deyə buyurmuşdu. Hücrü qətlə yetirmişdi. Hücrü və onun 
tərəfdarlarını qətlə yetirdiyi üçün ona vay olsun. Bunu iki dəfə təkrar etdi ”. 87 

Müaviyənin əməlləri barədə danışsaq söhbət daha uzun olar. Əgər 
Müaviyənin amansızca qətlə yetirdiyi əməlisalehləri və Allah dostlarını, 
hiyləgərcəsinə məhv etdiklərini, sitəmlə yer üzündən sildiklərini, savaşla 
qırdıqlarını, zülmlə gözlərini çıxartdıqlarını, ələrini və ayaqlarını kəsdiklərini, haqq 
söyləyən dillərini dibindən çıxartdıqlarını, yalanla şəhadətlərini hökmdən 
düşürdüklərini, iftira ataraq əleyhinə danışdıqlarını, hiylə ilə halallarını 
boşatdırdıqlarını, əllərindən mallarını alaraq qarət etdiklərini, evlərinə girərək 
yağmaladıqlarmı, evlərini bir gecədə başlarına yıxdıqlarını, sürgünə 
göndərdiklərini, zəlil etdiklərini, təcrid edərək həbs etdiklərini, diri-diri 
basdırdıqlarını, öldükdən sonra minbərdən lənət etdiklərini saymaq istəsək 
mürəkkəb qurtarar, səhifələr dolar yenə də məqsədimizə, istədiyimizə çatmış 
olmarıq . 88 

Beşinci şərtə gəlincə, Müaviyə yenə bu şərtə əməl etmədi. Onun zülmü 
İmam Həsəni (əleyhissalam) zəhərlətdirərək, həmçinin xilafətə gətirdiyi oğlu 
Yezid tərəfindən İmam Hüseynin (əleyhissalam) və Əhli-beytinin Kərbəlada qətlə 
yetirilməsilə zirvəyə çatmışdı. İbn Əbilhədid Hasin bin Munzirdən belə nəql edir: 

“Allaha and olsun Müaviyə Həsənə heç nədə vəfalı olmadı. Hücrü və onun 
səhabələrini qətlə yetirdi, oğlu Yezid üçün beyət istədi və Həsəni 
zəhərlətdirdi ”. 89 

Təkcə Munavinin nəql etdiyi başda Müaviyə olmaqla Bəni Üməyyənin Əhli- 
beytə qarşı etdikləri zülm və cəfaları qeyd etmək yetərlidir: 

“Bəni Üməyyə Mustafanın (səllallahu əleyhi və alihi və səlləm) Əhli- 
beyti və ümməti barədə etdiyi tövsiyəyə müxalif çıxdı. Onların qanlarını 
tökdülər, qadınlarını və uşaqlarını əsir aldılar, ev-eşiklərini xarabalığa 
çevirdilər, şərəf və fəzilətlərini inkar etdilər, onların zürriyyətlərini əsir 
almağı və söyməyi mubah bildilər. Onlar Rəsulullahın (səllallahu əleyhi və 
alihi və səlləm) vəsiyyətinə müxalif çıxıb onun istəklərinin əksinə əməl etdilər. 
Peyğəmbərlə qarşılaşacaqları gün o həzrət onları utandıracaq və onları biabır 
edəcək ”. 90 


87 “Tarixu Təbəri”, c. 4, səh. 208. 

88 Seyid Şərəfuddin, “əl-Fusulul-muhimmə fi təlifil-ummə”, səh. 132. 

89 “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 17. 

90 Munavi, “Feyzul-qədir”, c. 6, səh. 459. 



Altıncı şərtə gəlincə, bu şərtə də Müaviyə əməl etmədi. İmam Həsənə 
Kufənin beytülmalmı və Əbcərd xəracını vermədi. İbn Əsir belə yazır: “Bu işdə də 
(Kufənin beytülmalının verilməsi) vəfalı olmadı. Əbcərd yurdunun xəracına 
gəlincə isə, Bəsrə əhalisi buna imkan vermədilər. “O bizim qənimətimizdir, 
heç kəsə vermərik” - dedilər. Onlar Müaviyənin əmri ilə belə etdilər ”. 91 

Həmçinin, Təbəri belə nəql edir: “Bəsrə əhli Əbcərdin xəracı ilə onun 
(İmam Həsənə) arasına girib “bizim qənimətdir” - dedilər ”. 92 Yəni, bu şəhərin 
xəracının İmama verilməsinin qarşısını aldılar. 

Yeddinci şərtə gəlincə, Müaviyə bu şərtə də əməl etmədi. Cahizin nəql 
etdiyinə əsasən, Müaviyə söylədiyi xütbədə demişdi: “İlahi, Əbu Turab Sənin 
dinini inkar etmiş, yolunun qarşısını almışdır. Ona lənət elə və ona ağır əzab 
ver”. Sonra hər yerə məktub yazdı. Bu sözlər minbərlərdən deyilirdi ”. 93 

İbn Əqilin “ən-Nəsaih” kitabında nəql etdiyinə əsasən Süyuti deyir: “Bəni 
Üməyyənin hakimiyyəti dövründə Müaviyənin qoyduğu qanuna əsasən yetmiş 
mindən çox minbərdən Əli bin Əbu Talibə (əleyhissalam) lənət oxunurdu ”. 94 

İbn Abbas kimi bir çoxları Müaviyəyə Əlini (əleyhissalam) lənət etməkdən 
çəkinməyi nəsihət etmişlər. (Bu barədə İbn Abbasın Müaviyəyə belə dediyi nəql 
olunur): “Bu kişini söyməkdən əl çəkməyəcəksən?” (Müaviyə) dedi: “Allaha and 
olsun ki, yox. Ta ki, bu lənətlə uşaqlar böyüyə, böyüklər qocala ”. 95 

Müaviyə əminliklə bilirdi ki, Əlini (əleyhissalam) söymək şəni uca olan 
Allahı söymək deməkdir. O, Allah-təalanı söyənin hökmünü də bilirdi. Hakim “əl- 
Mustədrək” kitabında Ümmü Sələmədən belə nəql edir: “Mən Peyğəmbərin 
(səllallahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim: “Kim Əlini 
söyərsə, məni söymüşdür. Kim məni söyərsə, Allah-təalanı söymüş olar ”. 96 

Həmçinin, Əlinin fəzilətlərindən və Peyğəmbərin (səllallahu əleyhi və alihi 
və səlləm) dili ilə onun barəsində nəql olunanlardan xəbərdar idi. Müslim 
“Səhih”ində Amir bin Səd bin Əbu Vəqqasm öz atasından belə nəql etdiyini yazır: 

“Müaviyə Sədə (Əlini söyməyi) əmr etdi. (LaKİn Sədin onun əmrinə tabe 
olmadığını gördÜKdə) dedi: «Əbu Turabı (Əlini) söyməyə sənə nə mane olur?» 
Səd cavab verdi: «Allahın Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) 
(Əli haqqında) dediyi üç şeyi xatirladım. Ona görə də mən onu heç vaxt 


91 İbn Əsir, “əl-Kamil fit-tarix”, c. 3, səh. 405. 

92 “Tarixu Təbəri”, c.4, səh. 126. 

93 “Şərhu nəhcil-bəlağə”, c. 4, səh. 56. 

94 “ən-Nəsaih əl-Kafiyə”, səh. 104. 

95 Cahiz, “əl-Usmaniyyə”, səh. 285. 

96 “əl-Mustədrək aləs-səhiheyn”, c. 3, səh. 121. 



söyməyəcəyəm. Əgər o üç şeydən biri məndə olsa, (bu) mənim üçün qırmızı 
rəngli dəvə sürüsündən daha sevimli olar. (Belə Kİ,) müharibələrin birində 
(TəbuK müharibəsində) Allahın Peyğəmbəri (səllallahu əleyhi və alihi və 
səlləm) onu öz yerinə canişin təyin etdİKdə Əli ona dedi: «Ey Allahın 
Peyğəmbəri! Məni qadınların və uşaqların içərisində qoyub gedirsən?» 
Allahın Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) dedi: «(Ey Əli!) 
Məgər sən mənə olan nisbətinin (eynilə) Harunun Musaya nisbəti Kimi 
olmasına razı deyilsən? LaKİn (aramızdaKi yeganə fərq odur Kİ,) məndən 
sonra peyğəmbərlİK olmayacaqdır». 

(Yaxud) Xeybər (müharibəsi) günü (Peyğəmbərin) belə dediyini eşitdim: 
«Sabah bayrağı elə bir adama həvalə edəcəyəm Kİ, o, Allahı və Onun 
Peyğəmbərini sevir, Allah və Onun Peyğəmbəri də onu sevirlər». Nəhayət, 
(səhər açıldı və) biz (hansımızın bu şərəfə nail olacağını görməK üçün) 
bayrağa tərəf boylanıb durduq. (Peyğəmbər:) «Əlini yanıma çağırın», - dedi. 
(Əli) onun yanma gəldi. Onun gözləri ağrıyırdı. (Peyğəmbər mübarəK) ağzının 
suyundan onun gözlərinə sürtdü. Sonra bayrağı ona həvalə etdi». 

Həmçinin, «Siz ey (Peyğəmbərin) əhli-beyti! Allah yalnız sizdən 
çirKİnliyi yox etməK və sizi tərtəmiz (раҝ) etməK istər!» - (ayəsi) nazil olduqda 
Allahın Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) Əlini, Fatiməni, 
Həsəni və Hüseyni yanma çağırıb: «Ey Rəbbim! Mənim əhli-beytim 
bunlardır», - dedi ”. 97 

Lakin Müaviyənin Haşimi evinə olan kin-küdurəti onun qulaqlarını kar 
etmişdi. “Haşimilərin haqlarını aşkarcasına bildiyi halda onlara bəslədiyi kin- 
küdurət ürəyini yeyib param-parça edirdi. Həmçinin, Muhəmmədə (səllallahu 
əleyhi və alihi və səlləm) olan nifrət onun nəfəsini daraldırdı. Amma baş 
vermiş bir hadisə üçün nə edə bilərdi ”. 98 

Kamil Süleymanın dediyi bu sözlər həqiqətən də ən doğru şahiddir. Bəlkə də 
İmam Əli bin Hüseynin (əleyhissalam) sözlərindən götürmüşdür. İmam Mərvan 
bin Həkəmdən belə soruşmuşdu: “Nə üçün siz onu - Əli (əleyhissalam) - 
minbərlərdən söyürsünüz?” (Mərvan bin Həkəm) dedi: “Bizim işimiz yalnız 
bu yolla qaydasına düşür ”. 99 

Onların işlərinin qaydasına düşməsi hakimiyyət və səltənətə işarədir. Lakin 
bu onlara qismət olmadı. Artıq Müaviyənin adı belə xatırlanmır, yanar odu 
sönmüşdür. Əlinin (əleyhissalam) isə şəni daha uca, məqamı daha da yüksəlmişdir. 

97 “Səhih Müslim”, c. 7, səh. 120; “Sünəni Tirmizi”, c. 5, səh. 301. 

98 “Həsən bin Əli”, səh. 180. 

“Həsən bin Əli”, səh. 283. 


99 



Müaviyə tarixin zibilliyində, Əli (əleyhissalam) isə səmada, əbədi parlayan bir 
yüksəklikdədir... 


MÜAVİYƏ SÜLH MÜQAVİLƏSİNİ POZDUQDAN SONRA 
XƏYANƏTLƏ VƏSF OLUNDU 

Müaviyə heç bir şərtə əməl etməyərək hamısını ayaqları altına atdı. Buna 
görə də bəzi səhabələr Müaviyəni xəyanətkar adlandırdılar. Əbulfərəc İsfəhani belə 
yazır: “Əmr bin Sabit Əbu İshaqdan belə nəql edir: “Müaviyənin Nuxeylədə belə 
dediyini eşitdim: “Həsən bin Əliyə verdiyim hər bir şey (bütün sözlər) bu iki 
ayaqlarımın altındadır. O şərtlərə əməl etməyəcəm”. Əbu İshaq deyir: 
“Allaha and olsun ki, o, xəyanətkar idi”. 100 

Şərtləri pozmaq, səhabələri zəhərləmək, qətlə yetirmək və oğlu Yezidi 
xilafətə başçı gətirmək kimi xəyanət və verdiyi sözə əməl etməmək həyatı boyu 
Müaviyənin xüsusiyyəti olmuşdur. 


SÜLHÜN SƏBƏBLƏRİ 

İmam Həsənin (əleyhissalam) sülh bağlamasına səbəb olan əsas nöqtələr 
aşağıdakılardı: 

1. Kufə ordusunun vəziyyəti 

İmam Həsənin (əleyhissalam) Müaviyə ilə müharibə üçün təşkil etdiyi Kufə 
ordusu müxtəlif qruplardan ibarət idi. Şeyx Mufid deyir: “İmam Həsən 
(əleyhissalam) Hücr bin Udəyə tapşırdı ki, tərəfdarlarına hərəkət etmək 
əmrini çatdırsın. İnsanlar cihad etmək istəmirdilər. (Səfərbərlik) əmrini 
yerinə yetirməkdə ləngiyirdilər. Sonra qarışıq insanlar cəm oldular. Bəziləri 
İmamın (əleyhissalam) və atasının (əleyhissalam) şiələri, bəziləri hər nə vəchlə 
olsun Müaviyəni qətlə yetirmək istəyən muhəkkimə camaatı, bəziləri fitnə və 
qənimət güdənlər, bəziləri şübhədə olanlar, bəziləri isə dinə bağlılıqları 
olmayan və qəbilələrinin başçılarına tabe olan təəssübkeş insanlar idi”. 101 

Həmçinin, gizlincə Müaviyəyə məktub yazan münafiqləri, onun dinar və 
dirhəmləri müqabilində vicdanlarını satan xainləri də unutmamalıyıq. Kufənin 
müxtəlif qruplaşmalardan ibarət ordusunun sayı nə qədər çox olsa da istənilən ordu 
onu məğlubiyyətə uğrada bilərdi. İmam ordusunu yad ünsürlərdən “təmizləmək” 

100 “Həsən bin Əli”, səh. 283; “Məqatilut-talibin”, səh. 45. 

“əl-İrşad”, c. 2, səh. 10; İbn Səbbağ əl-Maliki, “əl-Fusulul-muhimmə fı mərifətil-əimmə”, c. 2, səh. 720. 


101 



iqtidarında deyildi. Həmin dövrdə səfərbərlik metodunda şəxsi göstəricilər, hətta 
yaş həddi belə nəzərə alınmırdı. Həmçinin, döyüşçünün müharibənin məram və 
məqsədinə nə dərəcədə inandığını isbat etmək üçün yoxlanılması mümkün deyildi. 
Sadəcə silah daşıya bilməsi əsas hesab olunurdu. Həmin dövrün metodu belə idi. 
Belə ki, döyüşçünün zahiri xüsusiyyətlərinə etimad edilirdi. Hərbi təhlükəsizlik 
sistemi yox idi ki, səmimi olmayan ədavətli ünsürləri ortaya çıxarıb məhv edə 
bilsin. 


Bu, heç də yeni məsələ deyildi. Peyğəmbərin (səllallahu əleyhi və alihi və 
səlləm) zamanında qərəzli münafiqlər onunla döyüşlərdə iştirak edirdilər. 
Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) onları qovmamış və ya ifşa 
etməmişdir. 102 

Deməli, İmam Həsənin (əleyhissalam) ordusunun müxtəlif qruplaşmalardan 
təşkil olunması onun zəifliyində əhəmiyyətli rol oynayırdı. Məhz bu səbəbdən bu 
ordu mütəşəkkil Şam ordusunun qarşısında aciz qalaraq öz vəzifəsini yerinə yetirə 
bilmədi. 

2. Ordu başçılarının xəyanəti 

Ordunun mənəviyyatını zəiflədən ən əsas səbəb və onurğa sütununu sındıran 
amillərdən biri də İmam Həsənin (əleyhissalam) təyin etdiyi və ön cəbhəyə 
göndərdiyi ordu başçılarının xəyanəti idi. Lakin Müaviyənin dirhəmləri qarşısında 
onların ağız suyu axdı və onun tərəfinə keçdilər. 

Həmin ordu başçılarından ən əhəmiyyətlisi Übeydullah bin Abbas idi. 
Müaviyə onu satın almaq üçün 1 milyon dirhəm sərf etməli oldu. O, səkkiz min 
adamı ilə Müaviyənin tərəfinə keçdi. 103 Bu xəyanətlərin ordunun mənəviyyatının 
zəifləməsində və sayının azalmasında böyük rolu vardı. Nəticədə iki ordu arasında 
qeyri-bərabərlik yarandı. 

3. Ardıcıl müharibələr səbəbindən yorulmuş ordu. 

Kufə əhalisi qısa müddət ərzində - Əmirəlmöminin Əlinin (əleyhissalam) 
xəlifəliyi dövründə - dəhşətli döyüşlərə qatılmışdı. Bu, Kufə cəmiyyətində dərin 
yaralar açmışdı. Belə ki, on minlərlə Kufə övladları şəhid olmuşdular. Təkcə 
Cəməl 104 döyüşündə ən azı onlardan beş min nəfər qətlə yetirilmişdi. Bəzi 
məlumatlara əsasən 10 və ya 15 minədək qətlə yetirilən olmuşdu. Nəql olunan 
məlumatlara əsasən iki qoşundan qətlə yetirilənlərin birgə sayı 30 mindən çox 


102 İbn Əsir, “əl-Kamil fıt-tarix”, c. 2, səh. 192, 263; Daha geniş məlumat üçün bax: Şeyx Razi Ali Yasin, “Sulhul- 
Həsən”, səh. 126. 

103 “Tarixu Yəqubi”, c. 2, səh. 214. 

104 “Tarixu Təbəri”, c. 3, səh. 543. 



idi. 105 Siffın döyüşünə gəlincə isə, Kufə əhalisindən qətlə yetirilənlərin sayı 20 
mindən 25 minədək idi. 106 Kufə əhalisi Nəhrivan döyüşündə daha çox şəhid 
verməyə hazır idi. Lakin Allah-təala onları qorudu. 

Çoxlu sayda qətlə yetirilənlər, döyüşlər nəticəsində yaranan psixoloji sıxıntı, 
bundan əlavə ardıcıl döyüşlər nəticəsində yaranan iqtisadi problemlər və bütün 
bunlar Kufə əhalisini yorulmalarına, döyüşməyib sülh istəmələrinə, hətta 
“Yaşamaq! Yaşamaq!” deyə çığırmalarma gətirib çıxartdı. 107 

4. Şaiyələrin yayılması və daxili çəkişmələr 

Kufə ordusunu zəiflətmək üçün Müaviyənin etimad etdiyi üslublardan biri 
də şaiyələr yaymaq idi. Belə ki, o, İmam Həsənlə (əleyhissalam) hələ razılaşmadan 
əvvəl onun sülh sazişi bağlamağa razı olması barədə Kufə ordusunda şaiyə 
yaymışdı. Yəqubi yazır: “Müaviyə Həsənin başçılıq etdiyi qoşunun içərisinə 
cəsus yerləşdirmişdi ki, Qeys bin Sədin Müaviyə ilə razılaşıb onun tərəfinə 
keçməsi barədə şaiyə yaysın. Eyni zamanda Qeysin başçılıq etdiyi orduya 
cəsus göndərmişdi ki, Həsənin artıq Müaviyədən sülh istəməsi və onun da razı 
olması barədə şaiyə yaysın. Müaviyə Muğirə bin Şöbəni, Abdullah bin Amir 
bin Kərizi və Əbdürrəhman bin Ümmü Həkəmi Həsənin yanma elçi olaraq 
göndərdi. İmam Mədaində olanda onun yanma gəldilər. Onun yanından 
çıxdıqdan sonra sonra camaata: “Allah Peyğəmbər övladının sayəsində qan 
tökülməsinin qarşısını aldı və onun vasitəsilə fitnənin odunu söndürdü. Artıq 
o, sülhü qəbul etdi” - dedilər”. 108 

Müaviyənin yaydığı bu şaiyələr İmamın (əleyhissalam) ordusunun içərisində 
şək-şübhə, iztirab və qalmaqal yaratdı. Nəticədə İmam Həsənin (əleyhissalam) 
həyatı təhlükəyə məruz qaldı. Tarix kitablarında qeyd olunur: 

“Həsən Mədaində olduğu vaxt carçı orduda belə car çəkdi: “Artıq Qeys 
bin Səd qətlə yetirilib. Dağlışıb gedin”. Döyüşçülər çıxıb getməyə başladılar. 
İmam Həsənin (əleyhissalam) çadırını qarət etdilər. Hətta üzərində oturduğu 
xalçanı belə çəkib apardılar”. 109 

İmamı sülh bağlamağa vadar edən səbəblərin xülasəsi bunlardır. Həmin vaxt 
vəziyyət olduqca pis idi. İmam həmin vəziyyət haqqında danışaraq buyurur: 


105 “Tarixu Yəqubi”, c. 2, səh. 183. 

106 Məsudi, “Murucuz-zəhəb”, c. 2, səh. 404, 405. 

107 İbn Əsir, “əl-Kamil fit-tarix”, c. 3, səh. 406. 

108 “Tarixu Yəqubi”, c. 2, səh. 214, 215. 

109 “Tarixu Təbəri”, c. 4, səh. 122. 



“Allaha and olsun ki, əgər Müaviyə ilə vuruşsaydım, məni boğazımdan tutub 
ona təslim edərdilər”. 110 

Sülh sazişinin səbəblərini bildikdən sonra bu nəticəyə gəlirik ki, İmam 
xilafəti Müaviyəyə könül razılığı ilə təhvil verməmiş, buna məcbur olmuşdu. Əgər 
işlər onun ixtiyarında olsaydı və ordu ona itaət etsəydi sülh bağlamaz, Müaviyə ilə 
sonunadək vuruşardı. İmam Həsən (əleyhis salam) Kufə əhalisinə xitab edərək 
buyurmuşdu: 

“Müaviyə bizi elə bir işə dəvət edir ki, onda nə izzət var, nə də ədalət. 
Əgər ölümü seçsəniz, bu təklifi geri qaytarar və qılıncımızın ucu ilə onu 
Allahın mühakiməsinə verərik. Əgər həyatı seçsəniz, qəbul edib sizin 
razılığınızı əsas götürərik”. 111 


SÜLHÜN NƏTİCƏLƏRİ VƏ FAYDALARI 

Sülh sazişinin ən əhəmiyyətli nəticə və faydaları aşağıdakılardan ibarətdir. 

1. Ümmətin islah olunması və müsəlmanların qanının tökülməsinin 
qarşısının alınması. 

Bu barədə İmam Həsən (əleyhissalam) sülhdən sonra söylədiyi xütbədə 
buyurur: 

“Ey insanlar, Allah bizim birincimizlə sizi hidayət etdi, sonuncumuzla 
qan tökülməsinin qarşısını aldı. Şübhəsiz ki, ən gözəl zəka təqva, ən böyük 
acizlik isə fasiqlikdir. Mən və Müaviyənin aramızda ixtilaf düşdüyü bu 
məsələdə ya o, bu mənsəbə məndən daha çox haqı idi, ya da mən haqqımı 
Allah rizası, Muhəmmədin ümmətini islah etmək və qanınızın tökülməməsi 
üçün tərk etdim”. Sonra (İmam) üzünü Müaviyəyə çevirdi və dedi: 
“Bilmirəm, bəlkə də sizin üçün bir fitnə və müəyyən müddətədək dünya 
ləzzətdir”. Müaviyə dərhal onun (minbərdən) enməsini tələb etdi. 112 

Əgər bu sözləri diqqətlə nəzərdən keçirsək, görərik ki, İmam Həsən 
(əleyhissalam) ümməti onunla Müaviyə arasında baş verən sülhün mahiyyətini 
dərk etməyə, haqla batili bir-birindən seçməyə səsləyir. Ya Müaviyə, ya da İmam 
haqlıdır. Lakin o, daha əhəmiyyətli bir iş üçün öz haqqından keçmişdir. Çünki bu 
sülh qeyd edəcəyimiz kimi ümmətin islah olunması üçün idi. Sonra İmam bildirdi 
ki, bu sülh imaməti anlamayanlar üçün fitnə və imtahandır. İmam haqqın onunla 


110 Təbərsi, “əl-İhticac”, c. 2, səh. 10. 

1 1 1 İbn Əsakir, “İmam Həsənin tərcümeyi halı”, səh. 179; “Tarixu İbn Xəldun”, c.2, səh. 187. 

112 İbn Əsir, “Usdul-ğabə”, c. 2, səh. 14; Süyuti, “əd-Durrul-mənsıır”, c. 4, səh. 342; “Fəthul -bari”, c. 13, səh. 54. 



olmasını, lakin islahat və qan tökülməsinin qarşısını almaq üçün öz haqqından 
keçməsini aşkarca bəyan etdi. Məhz buna görə də Müaviyə onun minbərdən 
enməsini əmr etdi. 

Süleyman bin Surəd İmama (əleyhis salam) xitab edərək dedi: “Əgər 
istəyirsən müharibəni başlayaram. İcazə ver səninlə Kufəyə gəlim”. İmam 
(əleyhissalam) buyurdu: “Siz bizim şiələrimiz və bizi sevənlərsiniz. Müaviyə 
məndən nə güclü, nə də məğrur, nə də ki, iradəli deyil. Lakin mən sizin 
görmədiyinizi görürəm. Bu etdiklərimdən məqsəd qan tökülməsinin qarşısını 
almaqdır. Allah-taalanın qəzavü-qədərinə razı, əmrinə təslim olun. Evinizdə 
oturun və heç nə etməyin ”. 113 

Seyid Murtəza bu kəlama işarə edərək deyib: “İmamın (əleyhissalam) bu 
sözləri qəlblərə şəfa verir və bütün şübhələri aradan aparır ”. 114 

Həmçinin, İmamdan (əleyhissalam) Müaviyənin hiyləgər və azğın olduğunu 
bildiyi halda onunla yumşaq davranmasının və sülh bağlamasının səbəbi barədə 
soruşmuşdular: 

“Ey Peyğəmbərin övladı, niyə Müaviyə ilə yumşaq davranıb onunla sülh 
bağladın? Halbuki haqqın səninlə olduğunu və Müaviyənin azğın və zalım 
olduğunu bilirdin”. İmam buyurdu: “Ey Əbu Səid, mən Allahın yaratdıqları 
üzərində höccəti və imamı deyiləmmi?” Mən: “Şübhəsiz” - deyə cavab 
verdim. İmam dedi: “Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) mənim 
və qardaşım barəsində “Həsən və Hüseyn qiyam etsələr də, etməslər də 
imamdırlar” -deyə buyurmamışdırmı?” Dedim: “Şübhəsiz”. İmam dedi: 
“Deməli mən qiyam etsəm də imamam, qiyam etməsəm də imamam. Ey Əbu 
Səid, mənim Müaviyə ilə sülh bağlamağımın səbəbi Rəsulullahın (səllallahu 
əleyhi və alihi və səlləm) Bəni Zəmrə və Bəni Əşcə və Hüdeybiyyədən 
gedərkən Məkkə əhli ilə sülh bağlamasının səbəbi kimidir. Onlar tənzilə 
(Qurani-kərimin zahiri enişinə) küfr edirdilər, Müaviyə və onun tərəfdarları 
isə təvilə (Qurani-kərimin batini mənasına) küfr edənlərdi. Sizin mənə acıqlı 
olmanız bu işin hikmətini bilməmənizdəndir. Əgər (xilafəti təhvil) 
verməsəydim, yer üzərində qətlə yetirilməmiş bir şiəmiz belə qalmazdı ”. 115 

Həmçinin Səduq öz sənədilə Əbu Səiddən belə nəql edir: “Həsən bin Əli 
(əleyhissalam) Müaviyə bin Əbu Süfyanla sülh bağladıqda insanlar imamın 
yanma gəldi, bəziləri onu beyət etdiyinə görə danladılar. İmam (əleyhissalam) 


113 Seyid Murtəza, “Tənzihul-ənbiya”, səh. 330-331. 

114 Seyid Murtəza, “Tənzihul-ənbiya”, səh. 330-331. 

115 Səduq, “İləluş-şərai”, c. 1, səh.211. 



buyurdu: “Vay olsun sizə! Nə etdiyimi bilmirsiniz. Allaha and olsun ki, 
etdiyim iş günəşin üzərinə doğub batdığı hər şeydən daha xeyirlidir”. 116 

Həmçinin, İmam Sadiq (əleyhissalam) Mumin Taq adı ilə tanınan Əbu Cəfər 
Muhəmməd bin Numan əl-Əhvələ tövsiyə edərkən belə buyurduğu nəql olunur: 

“Bunu bil ki, Həsən bin Əli (əleyhissalam) yaralandıqdan, insanlar ondan üz 
döndərdikdən sonra xilafəti Müaviyəyə təhvil verdi. Şiələr ona dedilər: 
“Salam olsun sənə, ey şiələri zəlil edən!” İmam isə belə dedi: “Mən möminləri 
zəlil edən deyiləm, onları izzətli edənəm. Mən sizin onlara gücünüzün 
yetməyəcəyini gördükdən sonra xilafəti təhvil verdim ki, mən və siz onların 
arasında sağ qalaq. Necəki (Musa ilə olan) alim gəmini deşdi ki, gəmidəkilər 
sağ qalsınlar. Mən də belə elədim ki, siz və mən sağ qalaq”. 117 

Budur, İmam Həsən (əleyhissalam) ona xəyanət edən ümmətlə son dərəcə 
mərhəmət və lütflə davranır. Onlara əyildikdən sonra izzət hiss etdirmək istəyir. 
Onların Müaviyəyə qarşı vuruşmağa kifayət qədər güclərinin yetmədiyini bildirir. 
Onların zəif olduğunu bilirdi. Lakin onlara demək istəyir ki, sülh bağlamağın 
səbəblərindən biri də sizsini z . Bu, sizin qorunmanız üçün idi. Sonra da Qurani- 
kərimdən olduqca gözəl bir məsəl çəkir. Gəminin sərnişinlərinin qorunması və 
gəminin onların əlindən alınmaması üçün gəmini deşmək. 

2. Qurani-kərimlə bərabər tutulan ikinci əmanət - peyğəmbər 
sünnəsinin qorunması. 

İmam Həsən (əleyhissalam) bu sülhün sayəsində İmam Əlinin 
(əleyhissalam) həyatda qalan sevənlərini, əhli-beytini və şiələrini qoruyub saxlaya 
bildi ki, bəlkə bu yolla onlar Əhli-beyt elmlərini və həyat tərzlərini insanlar 
arasında nəşr edə bilsinlər. Çünki bu yolla kiçik əmanəti, Qurani-kərimin yoldaşını 
qorumaq mümkündür. Yazıçı Həsən bin Fərhan əl-Maliki məhz buna işarə edərək 
deyir: “Həsən bin Əlinin qarşısında iki yol vardı. Ya az saylı ixlaslı 
tərəfdarları ilə çoxsaylı orduya qarşı vuruşmalı, ya da Müaviyə ilə sülh 
balamağa razılaşmalı idi. İmam Əlini (əleyhissalam) və əhli-beytini sevənləri 
qoruyub saxlamaq və bu yolla Əhli-beyt elmlərini və həyat tərzlərini insanlar 
arasında yaya bilmələri üçün Həsənin nəzərində ikincinin seçimi daha üstün 
oldu. Birinci yolu seçmək (Müaviyə ilə döyüşmək) İraq əhalisi arasında İmam 
Əlini xeyirlə yad edənlərin məhvi demək idi. Bununla da Allahın kitabından 
sonra ikinci əmanətin fəzilət və izi tamamilə aradan gedəcəkdi”. 118 


116 Səduq, “Kəmalud-din və təmamun-nimə”, səh. 316; Ərbili, “Kəşful-ğummə”, c. 3, 328. 

117 İbn Şöbə Hərrani, “Tuhəful-ııqul”, səh. 308. 

1 18 Həsən bin Fərhan əl-Maliki, “Qiraətun fı kutubil-əqaid”, səh. 70, 71. 



Sülh Əhli-beytlə tərənnüm olunan ikinci əmanətin qorunması, həyatın elmi, 
ictimai, siyasi və bütün sahələrində onların fəzilət və irslərini yaymaq üçün idi. 

3. Sülh sazişi sayəsində Müaviyənin ifşa olunması 

Müaviyə ilə bağlanan sülhün nəticələrindən biri də onun ifşa olunması, 
münafiqliyinin və xəyanətinin bəyan olunması, onun xəlifəliyə haqlı olmasına 
aldanan müsəlmanların qarşısında həqiqətin üzə çıxması idi. İmam Həsən 
(əleyhissalam) Müaviyə ilə elə şərtlər kəsmişdi ki, o bu şərtləri pozmaqla həqiqi 
simasını ortaya çıxaracaqdı. Həqiqətən də o, həmin şərtlərə əməl etmədi. Bu da 
müsəlmanlarda ona qarşı şəkk-şübhə yaratdı. Hətta səhabələrdə və tanınmış 
tabeinlərdə onun barədə şübhələr yarandı. Belə ki, Əbdürrəhman bin Şureyk ən- 
Nəxəi bu barədə danışarkən belə deyir: “Allaha and olsun ki, bu, onun ifşa 
olunmasıdır”. 119 

Müaviyə İmam Həsənin (əleyhissalam) nəzərində 

İmam Həsən (əleyhissalam) Müaviyə ilə özünü müqayisə edərkən onun 
həqiqi qiymətini vermişdi. Bu müqayisə Müaviyənin yalan, nifaq, hiylə və xəyanət 
baxımından şəxsiyyətini insanlara aşkar etdi. İbn Əbilhədid deyir: “Əbulfərəc 
deyir: “Əbu Ubeyd Muhəmməd bin Əhməd Fəzl bin Həsən Bəsridən, o da Yəhya 
bin Muindən, o da Əbu Həfs əl-Ləbandan, o da Əbdürrəhman bin Şureykdən, o da 
İsmail bin Əbu Xaliddən, o da Həbib bin Əbu Sabitdən onun belə dediyini nəql 
edir: “Müaviyə Kufəyə daxil olanda xütbə söylədi. Həsən və Hüseyn minbərin 
yanında oturmuşdular. (Müaviyə) Əlinin adını çəkib onu təhqir elədi. Sonra 
Həsəni təhqir elədi. Hüseyn ayağa qalxıb ona cavab vermək istədikdə Həsən 
onun əlindən tutub əyləşdirdi. Sonra özü ayağa qalxıb dedi: “Ey Əlini 
xatırlayan, mən Əli oğlu Həsənəm. Sən Müaviyəsən, atan isə Şəxərdi. Mənim 
anam Fatimə, sənin anan isə Hinddir. Mənim babam Rəsulullah, sənin baban 
isə Utbə bin Rəbiədir. Mənim nənəm Xədicə, sənin nənən isə Qətilədir. Allah 
bizim zikrimizi inkar edənə, soyumuzu pisləyənə, keçmişdə və gələcəkdə bizə 
şər atana, küfr və nifaqla bizə tərəf gələnə lənət eləsin. Məsciddə olan bir 
dəstə: “Amin” - dedilər”. 

Fəzl deyir: Yəhya bin Muin deyir: “Mən də amin deyirəm”. 

Əbulfərəc Əbu Ubeydin belə dediyini nəq edir: “Fəzl: “Mən də amin 
deyirəm” demişdir”. 

Əli bin Hüseyn tsfəhani deyir: “Amin”. 


119 


Muhəmməd bin Əqil, “ən-Nəsaih əl-Kafıyə”, səh. 194. 



Mən, bu kitabın müəllifi Əbdülhəmid bin Əbilhədid deyirəm: 

“Amin”. 120 

Deməli, İmam Həsən (əleyhis salam) xəstəliyi müəyyən edib düzgün müalicə 
təyin edən həkim kimi hər bir şeyi öz yerində etmişdi. Bu sülh sazişi İmam 
Həsənin (əleyhissalam) könül xoşluğu ilə xilafəti Müaviyəyə təhvil vermədiyinə 
dəlalət edir və insanlar üçün Müaviyənin həqiqi simasının ifşa olunmasında 
əhəmiyyətli rol oynamışdır. 

4. İmam Hüseynin (əleyhissalam) Kərbaladakı qiyamına hazırlıq 

Kamil Süleyman deyir: “Sülhün yaratdığı ilk sıçrayışın olacağı gün 
Kərbəla idi... Bu sıçrayış Həsənin Müaviyə ilə Allahın kitabına əməl etmək 
şərti qoyub sülh bağladığı gündən başladı. Müaviyə Allahın kitabına, “Onları 
atalarına nisbət verin” ayəsinə müxalif çıxaraq uşağın anasına aid olmasına 
hökm verdi. Ziyadı özünə aid etdiyi gün hər ikisi birlikdə ata (Əbu Süfyan) ilə 
ana (Suməyyə) arasındakı zinanı qəbul etdilər! Bu sıçrayış Müaviyənin 
Peyğəmbərin sünnəsinə və “Uşaq şəri nikahla olan yatağa aiddir, zinakar 
daşqalaq olunmalıdır” sözünə müxalif olması ilə başladı... Bu hərəkat 
Müaviyə xilafəti Həsən və ya Hüseynə vəd edəcəyinə razı olub birincini 
zəhərlətdirib, ikincini qətlə yetirməyə çalışdığı zamandan başladı. Bu hərəkat 
Müaviyənin “hər yerdə insanlar əmin-amanlıqda olmalıdırlar” şərtinə razı 
olduqdan sonra insanları sürgün və qətllə qorxu içində yaşatması ilə başladı. 
O gün başladı ki, çox vədlər verib heç birinə əməl etmədi...” 121 

Deməli, qeyd edilənlərdən məlum oldu ki, müsəlmanların qanlarının 
tökülməsinin qarşısının alınması və namuslarının qorunmasını nəzərə alsaq, 
sülhün nəticələri və faydaları onlara qayıdır. Həmçinin, Qurani-kərimdən 
ayrılmayan əhli-beytlə tərənnüm olunan ikinci əmanətin qorunmasında, dinlə heç 
bir bağlılığı olmayan Yezidin xilafətə gəlməsində tərənnüm olunan əməvi 
azğınlığını ifşa edən İmam Hüseynin (əleyhissalam) inqilabının yaranmasına 
zəmin yaratmışdı. 


120 İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 46, 47; “Məqatilut-talibin”, səh. 46; “əl-İrşad”, c. 2, səh. 15; İbn 
Şəhr Aşub, “əl-Mənaqib”, c. 3, səh. 198. 

121 Kamil Süleyman, “Həsən bin Əli”, səh. 120. 



ÜÇÜNCÜ FƏSİL 

İMAM HƏSƏNİN (əleyhissalam) BAĞLADIĞI 
SÜLH BARƏDƏ ŞÜBHƏLƏR 


Birinci şübhə: 

Xilafətin Müaviyəyə təhvil verilməsi imamətin təyin yolu ilə olmadığına 
dəlildir. 

Doktor Nasir bin Abdullah əl-Qəffari yazır: “Həsən və Hüseyn məcbur 
olmadan, könül xoşluğu ilə (Allah onlardan razı olsun) Rəsulullahın 
(səllallahu əleyhi və alihi və səlləm) onlara (xilafət barədə) olan əhdini 
pozmağı necə halal hesab edə bilərlər? Halbuki Həsənin uğrunda öləcək yüz 
min insan var idi ?!”. 122 

Sonra belə deyir: “Allaha and olsun ki, Həsən (Allah ondan razı olsun) 
xilafəti Müaviyəyə təhvil verməkdə və ya verməməkdə ixtiyar sahibi olsaydı, 
bu iki işi (həm xəlifə olması, həm də xilafəti Müaviyəyə verməsi) etməzdi . 
Altı ay xilafəti özündə saxladı. Çünki bu, onun haqqı idi. Sonra zərurət 
olmadan xilafəti təhvil verdi. Bu, onun üçün mubah idi. Şübhəsiz ki, bu, daha 
yaxşı idi. Çünki babası Rəsulullah (səllallahu əleyhi və alihi və səlləm) bu 
barədə minbərdən xütbə edərək buyurmuşdu: “Mənim bu oğlum ağadır. 
Bəlkə də Allah-taala onun vasitəsilə müsəlman olan iki böyük dəstə arasında 
sülh elədi”. Bu hədisi Buxaridən nəql edirik ”. 123 

Şübhənin cavabı: 

Siyasi imamətlə ilahi imaməti bir-birindən fərqləndirməmək. 

Doktor Qəffari iki əsas məsələni bir-birindən fərqləndirməmiş və onları 
qarışdırmışdı. Bəlkə də o, bu mənanı dərk etmək iqtidarında deyil. Ona görə də 
söhbətini imamətin düzgün olmayan məfhumu üzərində qurmuşdu. Nəticədə, 
şübhə yaradaraq İmam Həsənin (əleyhissalam) xəlifəlikdən imtina etdiyini 
söyləyir. Guya İmam xilafəti Müaviyəyə öz razılığı ilə verib. Bu yanaşma şiə 
əqidəsi nöqteyi-nəzərdən düzgün deyil. 


122 Səudiyə ərəbistanı Ummul-Qura universitetinin əqidə elmləri üzrə doktoru. Sələfidir. Şiə məzhəbinə qarşı bir 
neçə kitab yazmışdı. Həmin kitablardan biri də onun doktorluq araşdırması olan “On iki imamçı şiə məzhəbinin 
əsasları - təqdim və tənqid’’ kitabıdır. 

123 “Üsulu məzəbiş-şiə”, c. 2, səh. 864, 865. 



Xilafət siyasi hakimiyyət olması etibarı ilə ilahi imamətdən tamamilə 
fərqlidir. İlahi imamət ümmətin seçimi ilə olmur. Çünki ilahi imamət məsumluq və 
ilmul-kitabdan (kitab elmini bilməkdən) asılıdır. Məsumluq elə gizli işlərdəndir ki, 
bunu yalnız qəlblərdən agah olan birinin bilməsi mümkündür. Belə olan halda, 
hikmət sahibi olan Allah imamın seçilməsini imamətin həqiqətindən xəbərdar 
olmayan ümmətə necə həvalə edə bilər? ! Bu, hikmətə müxalif deyilmi? Allah-taala 
bu vəsfdən münəzzəhdir ! 124 

İlahi imamətdən imtina etmək olmaz. Çünki bu vəzifə imama Allah 
tərəfindən verilir. Bu vəzifənin imamdan alınması və ya imamın bu vəzifəni tərk 
etməsi təsəvvür olunmazdır. İmam evində otursa da, həbsxananın bir küncündə 
olsa da, yenə də imamdır. Hakimiyyət ilahi hökmləri icra və tətbiq etmək üçün 
imamın vəzifələrindən biridir. Əgər obyektiv şərait yaranarsa, imamın hakimiyyəti 
əldə etməsi vacibdir. 

Deməli, zahiri və formal hakimiyyətdən imtina etmək olar. İmam Əli 
(əleyhissalam) bu növ xilafətin (formal hakimiyyətin) başmağının bağına 
dəyməyəcək qədər qiymətsiz olduğunu və onun nəzərində keçinin burun suyundan 
da dəyərsiz olduğunu buyurur. 

Zahiri xilafətin İslamın və müsəlmanların əmin-amanlığı müqabilində heç 
bir qiyməti yoxdur. İmam Əli (əleyhissalam) buyurur: 

“Toxumları cücərdən və onlara can verənə and olsun ki, əgər ətrafıma 
toplaşanlar olmasaydı, yardımçıların olması höccəti tamamlanmasaydı, 
Allah-təala alimlərdən məzlumun məhrumiyyətinə və zalımın toxluğuna razı 
olmayın deyə əhd almasaydı, xilafət ipini onun boynuna atar, sonuncusunu 
birincinin qabı ilə suvarardım. Sizin can atdığınız bu dünyanın mənim üçün 
keçinin burun suyundan daha dəyərsiz olduğunu görərdiniz ”. 125 

Dünya kimin nəzərində keçinin burun suyundan dəyərsizdirsə, onun 
nəzərində xilafət başmağının bağına bərabər deyil. Xüsusilə də ümmət içərisində 
dünyanmı artığı, zinəti, bəzəyi üçün rəqabət aparanlar olduğu halda dünyadan 
imtina etməzmi? ! 

Bu baxımdan da İmam Həsən (əleyhissalam) bu mənsəbdən imtina etməkdə 
atasından fərqli davranmır. Başqasının nəzərində onun xilafətdən imtina etməsinin 
hikməti budur. Lakin bu halda belə, ilahi imaməti qoruyub saxlayır. Çünki bu 
məqamın müsadirə və ya qəsb edilməsi mümkün deyil. Peyğəmbərin (səllallahu 


'~ 4 Əli Bəhbəhani, “Misbahul-hidayə fi isbatil-vilayə”, səh. 142. 
125 “Şərhu nəhcil-bəlağə”, c. 6, səh. 166. 



əleyhi və alihi və səlləm) sözü buna ən gözəl dəlildir: “Bu iki oğlum hər ikisi 
qiyam etsələr də, etməsələr də imamdırlar”. 126 

Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam) qiyam etsələr də, etməsələr 
də, xəlifə olsalar da, olmasalar da, imamdırlar. 

Ordunun sayı barədə Qəffarinin səhvi 

Qəffari İmam Həsənin (əleyhissalam) ordusundakı döyüşçülərin sayı barədə 
danışarkən onun uğrunda öləcək yüz mindən artıq fədainin olduğunu deyir. O, 
imamın (əleyhissalam) yolunda canından keçəcək yüz min canfədaidən danışır. 
Lakin bu düzgün məlumat deyil. Çünki ordunun mütəşəkkil olmaması, 
döyüşçülərin müxtəlif niyyətli olması sülhün bağlanması ilə nəticələndi. 

İmam Həsənin (əleyhissalam) ordusundakı döyüşçülərin sayı 

Döyüşçülərin sayma gəlincə, o, həddindən artıq mübaliğəyə yol verir. Elə 
rəvayətlərə etimad edir ki, onlar müzakirəyə açıqdırlar. Məhz buna görə də 
döyüşçülərin sayı barədə araşdırma aparacayıq. Kufə ordusu ilə Şam ordusunun 
döyüşçülərinin sayı arasında çox böyük fərq vardı. Şam ordusunun döyüşçülərinin 
sayı altmış minə qədər idi. Kufə ordusunun döyüşçülərinin sayı barəsində isə 
müxtəlif məlumatlar qeyd olunmuşdu. Həmin məlumatların bir qismini qeyd 
edirik: 


1. İbn Quteybənin rəvayətinə əsasən yüz min. 

İbn Quteybə deyir: “Qeyd edirlər ki, İraqda Müaviyəyə beyət 
olunduqdan sonra Şama döndüyü zaman Süleyman bin Surəd gəlib çıxdı. O 
Kufədə deyildi. İraq əhalisinin ağalarından və başçılarından idi. O, Həsənin 
yanma gəlib dedi: “Ey möminləri zəlil edən, salam olsun sənə!” Həsən ona 
dedi: “Əleykə salam. Səni Allaha and verirəm, əyləş”. Süleyman əyləşdi və 
dedi: “Sənin Müaviyəyə beyət etməyinə təəccübümüz hələ də bitməyib. 
Halbuki səninlə İraq əhalisindən yüz min döyüşçü vardı. Bəsrə və Hicaz 
şiələrindən başqa onların hamısı və özləri qədər də övladları və qulları 
(bey tul-maldan) bəxşiş alırlar”. 127 

Ordunun döyüşçülərinin sayının yüz min olmasını yalnız İbn Quteybə nəql 
etmişdi. Qəffari İdn Quteybənin nəql etdiyi rəvayətini dəyərləndirir. Lakin Seyid 
Murtəza və başqaları Süleyman bin Surədin imamla olan rəvayətini qeyd edərkən, 
ordunun sayının qırx mindən ibarət olduğunu deyirlər: 


126 “əl-İrşad”, c. 2, səh. 30; “İləluş-şərai”, c. 1, səh. 211; “əl-Fusulul-muxtarə”, səh. 303; “əl-Mənaqib”, c. 3, səh. 
136. 

127 “əl-İmamə vəs-siyasə”, c. 1, səh, 141. 



“Həsən (əleyhissalam) Müaviyəyə beyət etdikdən sonra şiələr döyüşü 
tərk etdikləri üçün təəssüf hissi keçirirdilər. Müaviyəyə beyət olunduqdan iki 
il sonra Süleyman bin Surəd əl-Xuzai İmama dedi: “Sənin Müaviyəyə beyət 
etməyinə təəccübümüz hələ də bitməyib. Halbuki səninlə İraq əhalisindən qırx 
min döyüşçü vardı. Bəsrə və Hicaz şiələrindən başqa onların hamısı və özləri 
qədər də övladları və qulları (beytul-maldan) bəxşiş alırlar”. 128 

Bundan əlavə, Süleyman Kufədə deyildi. Baş verən xəyanətdən xəbərdar 
deyildi. O, vəziyyəti İmam Əlinin (əleyhissalam) Siffində olduğu kimi təsəvvür 
edirdi. Belə ki, həmin zaman on minlərlə Kufə əhalisi İmamın ətrafında cəm 
olmuşdu. Buna əsasən də ordudakı döyüşçülərin sayını bilmək üçün Süleymanın 
sözünə etimad etmək olmaz . 129 

2. Yəqubinin rəvayəti (doxsan min nəfər) 

Bu sayı Ziyad bin Əbih Müaviyənin onu hədələdiyi məktuba cavab olaraq 
demişdi: “Ciyər yeyənin oğlu, nifaq ocağı Əhzab (döyüşündəki müşriklərin) 
qalığı məktub yazıb məni hədələyir. Onunla mənim aramda Peyğəmbərin iki 
övladı çənələrini qılınclarına söykəmiş doxsan min nəfərlik (digər rəvayətdə 
yetmiş min) 130 ordu ilə gözləyir....” 131 

Nəql edən Ziyad bin Əbih olduğu üçün bu rəqəmə etibar etmək olmaz. 

Bu rəqəmə də əsaslanmaq olmaz. Çünki Ziyad həmin hadisələrin baş verdiyi 
vaxt uzaqda idi. Beləki o, Farsda (İran) vali idi . 132 Buna görə də onun xəbəri 
birbaşa müşahidə yolu ilə deyil, təxminə əsaslanır. 

3. İbn Əsakir və İbn Kəsirin rəvayəti (yetmiş və ya səksən min nəfər) 

İbn Əsakir və İbn Kəsir belə nəql edirlər (Mətn birinciyə məxsusdur) : “Bir 
nəfər Mədinədə Həsənin yanma gəldi. Onun əlində bir səhifə vardı. Həmin 
adam dedi: “Bu nədir?” O dedi: “Müaviyədəndir. Bu məktubda vəd verir və 
hədələyir”. Həmin adam dedi: “Sən onunla insafla davranmısan axı”. (İmam) 
dedi: “Bəli. Mən qorxurdum ki, qiyamət günü yetmiş və ya səksən min, az və 
ya daha çox insan damarlarından qan axan halda Allahdan onların qanını 
axıdan şəxsdən qisas almasını istəyərlər”. 133 


128 Şərif Murtəza, “Tənzihul-ənbiyə”, səh. 223. Həmçinin bax: “Mənaqibu Ali Əbu Talib”, c. 3, səh. 197; “Biharul- 
ənvar”, c. 44, səh. 29. Bu mənbələrin hamısında qırx min nəfər qeyd olunur. 

129 Şeyx Razi Ali Yasin, “Sulhul-Həsən”, səh. 119. 

130 “əl-Kamil fıt-tarix”, c. 3, səh. 322. 

131 “Tarixu Yəqubi”, c. 2, səh. 218. 

132 Xeyrəddin Zərkəli, “əl-Əlam”, c.8, səh. 53. 

133 “Tarixu mədinəti Diməşq”, c. 13, səh. 281; “əl-Bidayə vən-nihayə”, c. 8, səh. 46. 



Bu rəvayətə əsasən, İmam Həsən (əleyhissalam) Şam ordusu ilə Kufə 
ordusunun döyüşçülərinin sayının birlikdə yetmiş və ya səksən min arasında 
olduğunu bildirir. Çünki hamısı qanının tökülməsinin qisasını tələb edir. Bilirik ki, 
Şam ordusu altmış min döyüşçüdən ibarət idi. Bu halda ən böyük təxminə əsasən, 
Kufə ordusu iyirmi mindən az deyil. İmamın tərəddüt edərək döyüşçülərin sayını 
deməsi buna dəlildir. Əgər yalnız öz döyüşçülərinin sayını desəydi tərəddüt 
etməzdi. Çünki Şam ordusuna nisbətdə öz ordusunun döyüşçülərinin sayını daha 
yaxşı bilirdi. 

4. Təbəri, İbn Əsir və İbn Əbilhədidin rəvayəti (qırx min) 

Təbəri Zühridən belə nəql edir: “Müaviyə Abdullah bin Abbasdan və 
Həsəndən qurtulduqdan sonra elə bir əhəmiyyətli adama hiylə hazırlamağa 
başladı ki, həmin adamın yanında qırx min nəfər var idi”. 134 

İbn Əsir deyir: “Əmirəlmöminin Əli Şam əhlinin onlara hücum 
edəcəklərini xəbər verdikdə onun ordusundan qırx min nəfər ona uğrunda 
öləcəkləri şərti ilə beyət etmişdilər. Lakin o, hərəkətə başlamaq istəyərkən 
qətlə yetirildi. Allah bir şeyi istəyərsə, heç nə onun qarşısını ala bilməz. O, 
qətlə yetirildikdən sonra insanlar onun oğlu Həsənə beyət etdilər. Ona 
Müaviyənin Şam ordusu ilə üzərlərinə gəlməsi xəbəri çatdı. Əliyə beyət edən 
ordunu hazırlayaraq Kufədən çıxıb Müaviyəni qarşılamağa getdi”. 135 

İbn Əbulhədid Müsəyyib bin Nəciyyənin İmam Həsənə (əleyhissalam) belə 
dediyini nəql edir: “İndiyədək sənə təəccüb edirəm. Qırx min nəfər döyüşçün 
olduğu halda Müaviyəyə beyət etdin?!” 136 

Lakin iki səbəbə görə bu rəqəm də etibarlı məlumat deyil. 

Birinci: Bu rəqəmi qeyd edənlər xəyanət nəticəsində ordunun əksər 
döyüşçülərinin Müaviyənin ordusuna qoşulması hadisəsindən xəbərsizdir. Belə ki, 
Übeydullah bin Abbasla birgə səkkiz min nəfər qaçdı. 1 ’ 7 Kində qəbiləsindən olan 
ordu başçıları ilə birgə 200-ə qədər silahdaşı qaçdı. 1 ’ 8 Çox güman ki, qırx min 
rəqəmi Əmirəlmöminin Əlinin (əleyhissalam) şəhid olmasından öncə onun 
ətrafında cəm olan ordu idi. Necə ki, İbn Əsirin yazdığı buna işarə edir. 

Təbərinin Zühridən nəql etdiyinə gəlincə, Übeydullah bin Abbasın 
qaçmasından sonra Qeys bin Sədin yanında qırx min döyüşçünün qalmasını hesab 


134 “Tarixu Təbəri”, c. 4, səh. 125. 

135 “əl-Kamil fıt-tarix”, c. 3, səh. 404. 

136 İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 15. 

137 “Tarixu Yəqubi”, c. 2, səh. 214. 

138 “Biharul-ənvar”, c. 44, səh. 44. 



etmək rəvayətlərə ziddir. Həmin rəvayətlərə əsasən isə İmam Həsən (əleyhissalam) 
Übeydullah bin Abbasla 12 min nəfər göndərmişdi. Onun qaçmasından sonra 
orduya başçı olan Qeys bin Sədin yanında qırx min deyil, dörd min döyüşçü vardı. 

İkinci: Həmçinin, İmam Həsənin (əleyhissalam) yuxarıda döyüşçülərin sayı 
ilə bağlı dediyi ilə uyğun gəlmir. İmamın dediklərinə əsasən döyüşçülərin sayı 20 
min nəfərdən çox olmamışdı. 


Etibar ediləcək say 

Ordunun döyüşçülərinin sayı barəsində ən dəqiq say ən çoxu iyirmi min 
nəfərdən ibarət olmasıdır. Bunu İmam Həsənin yuxarıda dediyi sözdən də başa 
düşürük. Hər bir halda Qəffarinin ordunun sayının yüz min nəfərdən ibarət olması 
barədə dediyi söz həqiqətdən uzaqdır və düzgün deyil. 139 


Sülh barədə rəvayətin izahı (Bəlkə də Allah onun vasitəsilə...) 

Qəffarinin dəlil gətirdiyi rəvayətə əsasən, İmam Həsənin (əleyhissalam) 
xilafətdən imtina etməsi və ya sülh bağlamasının daha yaxşı olmasına gəlincə, 
həmin rəvayətdə deyilir: “Mənim bu oğlum ağadır. Bəlkə də Allah-taala onun 
vasitəsilə müsəlman olan iki böyük dəstə arasında sülh elədi”. 

Cavab: 

1. Bu rəvayət şiə mənbələrində sübut olunmamışdır. 

Buna əsasən də bir şey isbat etmək üçün ona etibar etmək olmaz. 

2. Bu rəvayət əhəd rəvayətdir. 

Şeyx Həsən bin Fərhan əl-Maliki bu hədislə “Əmman yolunu azmış dəstə 
qətlə yetirəcək” rəvayəti arasında müqayisə apararaq delə deyir: “Çox zaman “Bu 
oğlum ağadır. Allah onun vasitəsilə müsəlman olan iki dəstə arasında sülh 
edəcək...” rəvayətini təkrar-təkrar deyirlər, lakin “Əmman yolunu azmış 
dəstə qətlə yetirəcək” hədisini unudurlar. Baxmayaraq ki, Darəqutninin “əl- 
ilə!” kitabında nəql etdiyi kimi, Həsənin sülhü hədisi əhəddir, sənədi 


139 Ordudakı döyüşçülərin sayı barədə daha geniş məlumatlar əldə etmək istəyənlər Şeyx Razi Ali Yasinin “Sıılhııl- 
Həsən” kitabına səh. 1 1 və sonrakı səhifələrə baxa bilər. 



ixtilaflıdır. Halbuki, Əmmar barəsindəki hədis mütəvatir və səhihliyi qəbul 
olunmuşdur”. 140 

Onun rəyinə əsasən sülh hədisi ahad olduğu üçün ona əsaslanmaq və etimad 
etmək olmaz. 

3. Rəvayət gələcək barədə xəbər verir. Ehtimala dəlalət edir. 

Bu rəvayət yalnız gələcəkdə baş verəcək sülh haqqında əvvəlcədən verilən 
xəbərə dəlalət edir. Başqa sözlə desək, öncədəngörmədir. Burada sülhün üstün və 
daha yaxşı olmasına heç bir dəlalət yoxdur. Burada “ləllə” ön qoşması üstünlüyə 
və ya arzuya dəlalət etmir, əksinə ehtimala və gümana dəlalət edir. 

4. Rəvayətdə sülhün üstün olmasına aid heç bir dəlil yoxdur. 

Rəvayətin sülhün üstün əməl olmasına dəlalət etdiyini qəbul etsək də, bu, 
sülhün özlüyündə və hər bir şəraitdə üstün əməl olmasında dəlalət etmir. İmam 
Həsən (əleyhissalam) heç bir rəqibi olmayan imamdır. Mühacir və ənsarlar məhz 
ona beyət etmişdilər. O, ən doğru əməli bilir. Sülhün üstünlüyü o zaman olur ki, 
nəzərdə tutulan məqsəd həyata keçsin. Əgər sülh tərk olunardısa, həmin təcavüzkar 
zalım güc vasitəsilə hakimiyyətə gələcək və şəri imamın sağ qalan yardımçılarının 
qanlarını tökəcək, imamın həyatını təhlükəyə məruz qoyacaqdı. Bununla da haqq 
itəcək və hədər yerə qan töküləcəkdi. 

Deməli, yalnız yardım edəcək insanlar olmadıqda və döyüşmək haqqın 
aradan getməsinə səbəb olacağı halda rəvayətin sülhün üstün olmasına dəlalət 
etdiyini deyə bilərik. 

5. Rəvayətdə iki müsəlman dəstə deyilməsinin Müaviyənin dəstəsinə heç 
bir faydası yoxdur. Bu, onu təcavüzkar dəstədən çıxarıb haqqlı dəstəyə 
çevirmir. 

Bəli, zahirdə həmin dəstə müsəlman dəstədir. Lakin Əmman qətlə 
yetirdikdən, zəmanəsinin imamı Əmirəlmöminin Əli (əleyhissalam) və İmam 
Həsənə (əleyhissalam) qarşı çıxdıqdan sonra etdikləri günahlardan tövbə 
etməyərək öz azğınlıqlarını davam etdirdikləri üçün azğınlıq bu dəstənin ayrılmaz 
xüsusiyyəti olmuşdur. Böyük ehtimala əsasən, vəziyyət sakitləşdikdən sonra bu 
dəstə öz hərəkətlərinə, azğınlıqlarına haqq qazandırmaq üçün bu hədisi 
qondarmışlar. 

Yuxarıda qeyd edilən şübhə zəifdir. Bu hədisdə İmam Həsənin 
(əleyhissalam) Müaviyənin xeyirinə xəlifəlikdən imtina etməsinə heç nə dəlalət 


140 


'Qiraətun fi kutubi əqaid”, səh. 74. 



etmir. İmam ona heç bir qanunilik verməmişdir. Əksinə, sülh sazişi Müaviyənin 
İslam dininə bəslədiyi kin-küdurəti üzə çıxardı. İmam bu insanın həqiqi sifətini üzə 
çıxardı və onun İslamı təmsil etmədiyini bəyan etdi. İmam Həsən (əleyhissalam) 
ona xitab edərək belə demişdi: “Bu gün, ey Müaviyə, kimsə təəccüb edəcəksə, 
sənin nə dində bəlli fəzilətin, nə də İslamda tərifəlayiq izin olmadan layiq 
olmadığın məqama can atmağına təəccüblənməlidir. Sən (İslama qarşı 
vuruşan) dəstədən olan birinin, Peyğəmbərə (səllallahu əleyhi və alihi və 
səlləm) ən qatı düşmən olan qureyşlinin övladısan. Lakin Allah səni xar 
edəcək. Axirət yurdunun kimə məxsus olacağını biləcəksən. Allaha and olsun, 
ən yaxın vaxtda Rəbbinlə qarşılaşacaqsan. Sonra elədiklərinə görə sənə cəza 
verəcək. Allah bəndələrinə heç vaxt zülm etməz”. 141 


İkinci şübhə: 

İmam Həsən çox evlənib çox boşanandır. 

Dillərdə gəzən şübhələrdən bir də İmam Həsənin hərb və cihaddan çox rifah 
və əyləncəyə meyilli olması şübhəsidir. Güya buna görə də İslamın mənfəətlərini 
düşünmədən sülh bağlamışdı. Bu şübhəni deyənlər hər iki məzhəbin kitablarında 
qeyd olunan bəzi rəvayətlərə etimad edirlər. Halbuki həmin rəvayətlər araşdırılmalı 
və tədqiq edilməlidir. 

Tarix və hədis kitablarında qeyd olunan rəvayətlər: 

Tarixçilər və mühəddislər İmam Həsənin (əleyhissalam) zövcələri barədə 
olduqca çox danışaraq mübaliğəyə yol vermişlər. Belə ki, onların dediklərinə 
əsasən imamın zövcələrinin sayı 50, 60, bəzilərinə görə isə 70 qadın olmuşdur. 

1. Mədaininin nəql etdiyi rəvayət 

Mədaini 142 deyir: “Həsən bin Əlinin zövcələrinin sayı araşdırılmış və 
yetmiş qadın olduğu məlum olmuşdur”. 143 

Həmçinin belə rəvayət edir: “O, bir kişinin qızını istədi və həmin kişi 
qızını onunla evləndirdi. Sonra dedi: “Mən bilirəm ki, sən zəif iradəli, çox 


141 İbn Əbilhədid, “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 34. 

142 Mədaininin tərcümeyi-halında İbn Həsər deyir: “Muhəmməd Əbul Həsən Mədaini əl-Əxbari. Əbdürrəhman bin 
Sumrənin nökəri olub, ibn Udəy onu barəsində deyib: “Əli bin Muhəmməd bin Abdullah bin Əbu Seyf əl-Mədaini. 
Hədisdə güclü deyil. “ əl-Əxbar ” kitabının müəllifidir. Onun sənədli rəvayətləri çox azdır”. (Lisanul-mizan, c. 4, 
səh. 253.) Bu adamın nəql etdiyi hədislər güclü deyil. Həmçinin o, Əli ailəsinə düşmənçilik bəsləməkdə məşhur olan 
Əbdürrəhman bin Sumrə əl-Əməvinin nökəri olub. 

143 “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 22. 



qadın boşayan və qaraqabaqsan. Lakin sən nəsəb baxımından insanların ən 
xeyirlisi, baba və ata baxımından ən yüksəkdə olanısan”. 144 

İbn Əbilhədid bu sözə haşiyə çıxaraq deyir: “Onun zəif iradəli və çox 
qadın boşayan sözünə gəlincə, doğru deyir. Amma qaraqabaq deməsi doğru 
deyil. Çünki çox qaraqabaq olmaq bəyənilmir”. 145 

Burada İbn Əbilhədid İmam Həsənin çox talaq verən olması barədə 
Mədaininin dediyini təsdiqləyir, lakin onun qaraqabaq olmasına etiraz edir. 

2. İbn Kəsirin rəvayəti 

İbn Kəsir deyir: “Deyirlər ki, o, çox evlənən biri olub. Heç vaxt yanında 
dörddən az qadını olmayıb. Tez-tez qadın boşayan və mehriyə verən idi. 
Deyilənə görə, onun 70 qadını olub. Həmçinin, onun bir gündə iki qadın 
boşadığını deyirlər...” 146 

Bəlkə də İbn Kəsir bu sayı deyərkən heç bir araşdırma aparmadan 
Mədainiyə etimad etmişdir. 

3. Əbu Talib Məkkinin 147 rəvayəti 

Bu say 200, 250 hətta 300-ə qədər yüksəlmişdi. Belə ki, Əbu Talib Məkki 
“Qutul-qulub” kitabında yazır: “Həsən bin Əli (Allah ondan razı olsun) 250 
qadınla evlənmişdi. Deyilənə görə, 300 olub. Əli (əleyhissalam) onun bu 
hərəkətindən narahat olardı, onları boşadıqda həya edərdi və belə deyərdi: 
“Həsən çox qadın boşayandır. Ona qız verməyin...” 148 

4. Kuleyninin və Bərqinin nəql etdiyi rəvayət 

Şeyx Kuleyni 149 “əl-Kafi” kitabında 150 , həmçinin əl-Bərqi “əl-Məhasin” 151 
kitabında bu rəvayətlərin bəzilərini qeyd etmişlər. 


144 “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 21. 

145 “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 21 

146 İbn Kəsir Diməşqi, “əl-Bidayə vən-nihayə”, c. 8, səh. 42. 

147 Xətib Bağdadi onun tərcümeyi-halında belə deyir: “Muhəmməd bin Ətiyyə Əbu Talib. Məkki nisbəti ilə 
tanınmışdı. Sufi yönümlü “Qutul-qulub ” adlı bir kitab təlif etmişdi. Həmin kitabda qəbuledilməz və ürəkbulandıran 
xüsusiyyətlər qey’d etmişdir... Bağdada gəlmiş və insanlar moizə üçün onun başına toplaşmışlar. Sözləri qarışıq 
olmuşdur. Onun belə dediyi nəql olunur: “Məxlaqlara xaliq qədər zərər verən biri yoxdur”, insanlar onu bidət əhli 
sayıb tərk etmişlər. ” (Tarixu Bağdad, c. 3, səh. 303.) 

Səlahuddin əs-Səfədi nəql edir: “ ibn Covzi “əl-Mirat” kitabında deyir: “ Qutul-qulub kitabında kökü olmayan 
hədislər nəql edilmişdir”. (əl-Vafi bil-vəfiyyat, c. 4, səh. 87.) 

Belə məlum olur ki, bu adam hədis alimlərinin nəzərində etimad olunan deyil. Çünki qarışıq sözlər demiş və bidət 
etmişdir. O, mənbəsi olmayan hədislər nəql etmişdir. 

148 Əbu Talib əl-Məkki, “Qutul-qulub”, c. 2, səh. 408. 

149 Kuleyninin, Bərqinin və başqalarının nəql etdiyi rəvayətlərə gəlincə, onların məzmununu araşdıracağıq. Belə 
rəvayətlər Qurani-kərim, səhihliyi qəti surətdə sübut olunmuş hədis və ağıl kimi hədis və rəvayətlərin səhihliyini 
göstərən meyarlardan xali olduğu üçün onları qəbul edə bilmərik. 



Şübhənin cavabı: 

Rəvayətlərin qəbul olunmasının meyar və qaydaları 

Bu rəvayətlərinin sənədləri və say çoxluğuna baxmayaraq, onların qəbul 
olunması üçün məzmunlarını tədqiq etmək vacibdir. Həmçinin, bu rəvayətlərin 
doğru və ya yalan olmasında əhəmiyyətli rol oynayan meyarlar vardır ki, sünni və 
şiə məzhəbləri həmin meyarlar barədə eyni rəydədirlər. Rəvayətin sənədinin səhih 
olması onun məzmununun doğru olması zərurətini yaratmır. Həmin meyarların ən 
əhəmiyyətli olanları aşağıdakılardır: 

1. Qurani-kərimə zidd olmamalıdır. 

2. Səhihliyi sübuta yetmiş peyğəmbər sünnəsinə müxalif olmamalıdır. 

3. Əqli qanunlara zidd olmamalıdır. 

4. Tarixi cəhətdən sübut olmuş həqiqətlərə zidd olmamalıdır. 

5. Reallığa zidd olmamalıdır. 

6. Məzhəbin zəruri prinsiplərinə zidd olmamalıdır. 

Hər iki məzhəbin alimlərinin sözlərindən sitat gətirərkən qeyd edəcəyimiz 
digər meyarlar da vardır. 

Deməli, bəzi rəvayətlərin sənədinin səhih olmasını fərz etsək də, onların 
yuxarıda qeyd etdiyimiz meyarlara zidd olması ilə qarşılaşa bilərik. 

1. Şeyx Mufid 

Şeyx Mufid deyir: “Qurana müxalif olan hədislə qarşılaşarıqsa və heç 
bir halda kitaba müvafiq olması mümkün deyilsə, həmin hədisi atmalıyıq. 
Çünki Quran buna hökm edir və İmamlar (əleyhissalam) bu barədə icma 
ediblər. Həmçinin, ağıl qanunlarına müxalif olarsa, ağlın hökmünə əsasən onu 
atmalıyıq”. 152 

Deməli, Qurana müxalif olan, onun məfhumları ilə uyğun olmayan hər bir 
hədisi atmaq vacibdir. Həmçinin, rəvayətlər ağıl baxımından dəyərləndirilməlidir. 
Ağıla müxalif olan hər bir hədisi atmaq vacibdir. 

2. Şeyx Tusi 


150 “əl-Kafı”, c. 6, səh. 56. Həmçinin, əhli-siinnə alimlərindən İbn Əbu Şeybə də bu rəvayəti nəql etmişdir c. 4, səh. 
172; “Tarixu mədinə ti Diməşq”, c. 13, səh. 249. 

151 Bərqi, “əl-Məhasin' c.2, səh. 601. 

152 Şeyx Mufid, “Təshihu itiqadatil-imamiyyə”, səh. 149. 




Şeyx Tusi deyir: “Əgər bu hədis öz məzmununda Quran, sünnə və ya 
icmaya müxalif olarsa, onu atmaq və dəlilin göstərişinə əsasən əməl etmək 
vacibdir”. 153 

Şeyx Tusinin nəzərində hədisin məzmununun qəbul olunmasmmm qaydası 
onun Quran, sünnə və icmaya müvafiq olmasıdır. 

3. Əllamə Tustəri 

Alimlərimizin qeyd etdiyi digər meyarlar da var. Əllamə Tustəri həmin 
meyarlardan bəzilərini qeyd etmişdir. Bu meyarlar onun “əl-Əxbar əd-Dəxilə” 
kitabında pərakəndə şəkildə qeyd olunmuşdur. Onların bəzilərini aşağıda qeyd 
edirik: 

1. Hədisin Quranla müqayisə olunması. 154 

2. Səhihliyi sübut olunmuş hədislə müqayisə olunması. 155 

3. Hədisin ağıl və məntiqə uyğun olması. 156 

4. Hədisin reallığa uyğun olması. 157 

5. Hədisin İmamların ədəb və şəninə uyğun olması. 158 

6. Məzhəbin zəruri prinsiplərinə müxalif olmaması. 159 

4. Əllamə Muhəmməd Hüseyn Təbatəbai 

Seyid Təbatəbai bəzi kitablarında dəfələrlə bir meyarı qeyd edir. Həmin 
meyar hədisləri Qurani-kərimlə müqayisə etməkdir. O, belə deyir: 

“Hədisin Quran tərəfindən təstiqləməsinə ehtiyacı var. Buna əsasən də 
Peyğəmbərin (səlləllahu aleyhi və alihi vəsəlləm) və əhli-beytinin buyurduğu 
kimi, hədisi Qurana təqdim etmək lazımdır. Əgər hər hansı bir ayənin nazil 
olma səbəbi barədə deyilən hədis mütəvatir və ya səhihliyi sübut olmazsa, 
həmin hədisi Quranla tutuşdurmaq lazımdır. Məzmunu ayənin məzmununa 
müvafiq olan hədisə etimad etmək və ona əməl etmək olar. Bu metoda əsasən, 
nazil olma səbəbi barədə olan bir çox hədislər etibardan düşür”. 160 


153 Şeyx Tusi, “İddətul-usul”, c. 1, səh. 145. 

154 Əllamə Tustəri, “əl-Əxbar əd-Dəxilə”, c. 3, səh. 313-314, 316. 

155 Həmin mənbə, səh. 116, 147-148. 

156 Həmin mənbə, səh. 148, 236. 

137 Həmin mənbə, c. 1, səh. 250, c. 4, səh. 307. 

158 Həmin mənbə, c. 1, səh. 99 və c. 2, səh. 305. 

159 Həmin mənbə, c. 1, səh. 108. 

160 Muhəmməd Hüseyn Təbətəbai, “əl-Quran fıl-İslam”, səh. 125, 126. 



Həmçinin deyir: “Bu metod, yəni hədisi Quranla müqayisə etmək 
günümüzədək ümmətin içərisində sözdə əməl edilməsinə baxmayaraq əməli 
baxımdan tərk edilməkdədir. Peyğəmbər buyurdu: “Ey Rəbbim, qövmüm bu 
Quranı tərk etdi”. Əhəd hədislərə də əməl etmişlər. Məhz bu güzəşt, İslam 
millətləri arasında İslam dinini qəbul etmələrindən sonra da xurafatların 
qalmasına səbəb olmuşdur. Dərd özü ilə dərd gətirər”. 161 

Seyid Təbətəbai bu sözləri ilə bu sahədəki güzəştdən şikayət edir. Onu 
xəstəlik adlandırır. Bunun əsas səbəbini Qurani-kərimi tərk etməkdə və Quranın 
mənalarının həqiqi məfhumundan uzaq düşməkdə görür. Halbuki, Qurandan başqa 
hər bir şey Quranla tutuşdurulmalıdır. 

Həmçinin, əhli-sünnə alimləri də hədisin məzmunu dəyərləndirərkən bu 
metodu qeyd edirlər. 

5. Xətib Bağdadi 

Xətib Bağdadi deyir: “Vahid hədis ağlın, Quranın möhkəm ayəsinin, 
(səhihliyi) məlum olan sünnənin, sünnə məqamında olan əməlin və hər bir qəti 
dəlilin hökmünə zidd olarsa, qəbul olunmaz”. 162 

Göründüyü kimi, Xətib Bağdadi hədisi ağıl, Quranın hökmü, sünnə və qəti 
dəlillə müqayisə edir. Əgər hədis bu meyarlara müxalif olarsa, sənədinin 
düzgünlüyünə baxmayaraq etibardan düşər. 

6. İbn Səlah 

İbn Səlah deyir: “Səhih hədisin şərti təkcə onun sənəd baxımından 
düzgün olması deyil. Çünki elə səhih hədis var ki, bir nəfər ədalətli şəxs onu 
nəql etib. Həmçinin, səhih hədis ümmətin qəbul edilməsi üçün icma etdiyi 
hədis də deyil. Əgər “bu hədis səhih deyil” deyərlərsə, bu o demək deyil ki, 
həmin hədis yalan hədisdi. Ola bilsin ki, özlüyündə səhih hədis olsun. Belə 
deyilməsində məqsəd yalnız onun sənədinin qeyd olunan şərtə müvafiq 
olmamasıdır”. 163 

7. Cəssas 

Cəssas deyir: “Əhəd hədislərin qəbul olunmamasının şərtlərindən biri də 
onun ağlın hökmlərinə zidd olmasıdır. Çünki ağıl Allahın höccətidir. Onun 


161 Muhəmməd Hüseyn Təbətəbai, “əl-Mizan fı təfsiril-Quran”, c. 5. Səh. 274. 

162 Xətib Bağdadi, “əl-Kifayə fi elmid-dirayə”, səh. 472. 

163 İbn Salah, “Müqəddimətu İbn Salah”, səh. 17. 



dələlət və vacib etdiyinə qarşı çıxmaq yolverilməzdir. Ağılın hökmünə zidd 
olan hər bir hədis batildir və qəbuledilməzdir”. 164 

8. İbn Qəyyim əl-Covziyyə 

İbn Qəyyim əl-Covziyyə bu məsələni bir az müfəssəl şəkildə izah etmişdir. 

0, “əl-Mənarul-munif fi səhihi vəz-zəif’ kitabında hədisin məzmununu 
geniş şəkildə tənqid etmişdir. Onun bu mövzuda sadaladığı meyarlardan bəziləri 
bunlardır: “Hədisin Quranın aşkar hökmünə müxalif olması, Rəsulullahın 
(səlləllahu aleyhi və alihi və səlləm) qəbul etməyəcəyi cəfəngiyyatları ehtiva 
etməsi, səhihliyi sübut olunmuş sünnənin aşkar hökmlərinə zidd olması, 
hədisin özlüyündə batil olması, hədisin məzmununda onun batil olmasına 
dəlalət edən əlamətlərin olması və s.”. 165 

Deməli, hədisin sənədinin səhih olması heç də onun məzmununun səhih 
olması anlamında deyil. Burada meyar həmişə hədis nəql edənlər deyil. Ravilər 
ədalət şərtinə sahib olsalar da, onlar məsum deyildirlər. Hədis tənqidçisi olan 
alimlər onları etibarlı, inanılmış kimi xüsusiyyətlərlə vəsf etsələr də, onların xəta, 
səhv və anlaşılmazlığa yol vermələri mümkündür. 

İmam Həsənin (əleyhissalam) evlənib talaq verməsi barədə nəql olunan 
hədislərin qeyd edilən meyarlar əsasında dəyərləndirilməsi. 

Bizim yuxarıda qeyd etdiyimiz meyarlar əsasında rəvayətləri 
dəyərləndirməyə haqqımız var. 

1. İmamın məsum olması bu saya uyğun deyil. 

Rəvayətlərdə İmamın evləndiyi və boşadığı qadınların çox sayda qeyd 
edilməsi İmamın Qurani-kərimdə buyurulan məsumluğu ilə ziddiyyət yaradır. 
Çünki İmam Həsən məsumluğa dəlalət edən “təthir ayəsinin” şamil olduğu əhli- 
beytdəndir. Allah-təala buyurur: “Allah (xüsusi yaradılış iradəsi ilə) siz 
(Peyğəmbərin) Əhli-beytindən (əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi 
təmizləmək və sizi paklığın bütün cəhətlərindən - pak etmək istəyir”. (Əhzab 
surəsi, ayə 33). 

Hədislər məhz onların Allah tərəfindən pak edilmələrini və hər cür 
pisliklərin onlardan uzaqlaşdırılmasmı bildirir. Müslim öz “Səhih”ində yazır: 

Səfiyyə binti Şeybə Aişənin belə dediyini nəql edir: “Bir gün Peyğəmbər 
(səlləllahu aleyhi və alihi və səlləm) əynində qara dəridən hazırlanmış 

164 Cəssas, “əl-Fusul fil-usul”, cəh. 121, 122. 

165 İbn Qəyyim Covziyyə, “əl-Mənarul-munif fı səhihi vəz-zəif’, c. 1, səh. 50. 



(Yəmən) əbasında (evindən) çıxdı. Həsən bin Əli (onun yanına) gəldi. 
(Peyğəmbər) onu öz əbasının altına aldı. Sonra Hüseyn gəlib onun yanma 
daxil oldu. Daha sonra Fatimə gəldi. (Peyğəmbər) onu da öz əbasının altına 
aldı. Bundan sonra Əli gəldi. Peyğəmbər onu da əbasının altına alıb belə 
buyurdu: “Siz, ey əhli-beyt! Allah yalnız sizdən çirkinliyi yox etmək və sizi 
pak etmək istər !” 166 

Təbii ki, məsum olan şəxs belə bir iş tutmaz. Belə ki, 50 və ya 300 qadını 
boşamaq İmamın nəzərində günah hesab olunur. 

Biz bu rəvayətlərin məzmununa etibar edə bilmərik. Bu rəvayətlər İmamı 
hörmətdən salır. Bəlkə də adi insan belə bir iş tutarsa, cəmiyyətin qınaq obyektinə 
çevrilər. Bəs məsum şəxs belə edərsə necə olar?! 

Bəlkə də, kimlərsə bu ayəyə əsasən əhli-beytin məsumluğunun isbatına irad 
tuta bilər. Onlara cavab olaraq deyirk: 

Bu ayədə əhli-beytin məsumluğuna dəlil yalnız onlardan pisliklərin, yəni 
günahların uzaqlaşdırılmasma dəlalət edən “innəmə” həsr ədadıtır. Bu ədat qəti 
həsr ədatıdır. Allahın iradə etdiyi bir şeyin Onun iradəsindən kənar qalmasmmm 
qeyri-mümkünlüyü Allaha iman gətirən hər bir kəs üçün aşkar bir məsələdir. 
Allahın kitabında oxuyuruq: “Bir şeyin olmasını istədiyi zaman Onun (Allahın) 
əmri və məqamı: “Ol!” - deməkdir. O da dərhal olar”. (Yasin surəsi, ayə 82). 
Allahın iradəsinin hər bir mövcudun tam səbəbi olmasını dərk edən şəxs üçün də 
fəlsəfi baxımdan bu məsələ aydındır. Çünki nəticənin səbəbdən ayrı olmasının 
qeyri-mümkünlüyü bədihi (açıq-aşkar) məsələlərdəndir. Məsumluq dedikdə, 
məsumluğa sahib olan insandan günah əməl baş verməsinin qeyri-mümkün olması 
mənası başa düşülür. (Yəni, Allah-təalanm onlardan hər növ pisliklərin uzaq 
olmasını istəməsi onlardan günah əməl baş verməsinin qeyri-mümkün olduğunu 
bildirir)”. 167 

Bu rəvayət Qurani-kərim və məsumların kimiliyini bəyan edən səhihliyi qəti 
sübut olunmuş sünnə ilə ziddiyyət yaradır. Çünki hər iki məzhəbin mənbələrində 
onların fəzilətləri, əzəmətləri və üstünlükləri barədə olduqca çoxlu hədis və 
rəvayətlər nəql olunmuşdur. Misal olaraq, “Onların hər ikisi cənnət cavanlarının 
ağasıdır”, “Onlar hər ikisi qiyam etsələr də, etməsələr də, imamdırlar” , “Onlar 
insanlar içərisində əxlaq və zahiri yaradılışda Peyğəmbərə ən çox bənzəyənlərdi ” 
və s. Əvvəlki bəhslərdə İmam Həsənin (əleyhissalam) fəzilətləri barədə söhbət 
açmışdıq. 


166 “Səhih Müslim”, c. 7, səh. 130. 

167 Muhəmməd Təqi əl-Həkim, “əl-Usulul-ammə lilfiqhil-muqarin”, səh. 149. 



2. İmam Həsənin (əleyhissalam) düşməni Müaviyə onunla 
mübahisələrində bu məsələ barədə söhbət açmamışdır 

Diqqət etməli olduğumuz vacib məsələlərdən biri də budur ki, İmam Əlinin 
(əleyhissalam) qatı düşməni olan Müaviyə şübhə və fitnə yaratmaqla, suyu 
bulandırıb balıq tutmaqla məşğul olduğu halda İmam Həsənə (əleyhissalam) 
evlilik və boşanmanın çoxluğu barədə tənə vurmamışdır. Bu, ona dəlalət edir ki, 
qeyd olunan iddia iftira və batildir. Bəlkə də İmam Həsənin (əleyhissalam) 
vəfatından sonra Abbasi xəlifələri dövründə uydurulmuşdur. 

3. Tarix və tərcümeyi-hal kitablarında bu qədər çox sayda evlilik və 
boşanmadan bəhs edilməmişdir. 

Əgər tarix, tərcümeyi-hal və ənsab kitablarını araşdırsaq zövcələrin sayını 
göstərən və adlarını qeyd edən bu kitablarda şişirdilmiş əlli və yüzlərlə olan bu say 
öz əksini tapmır. Bir çox tarixçilər İmam Həsənin (əleyhissalam) adları aşağıda 
çəkilən qadınlarla evləndiyini qeyd etmişlər: 

1. Xaulə binti Mənzur bin Zəban Fəzariyə. Onun anasını adı Məlikə binti 
Xaricə bin Sinan idi. 

2. Ümmü İshaq binti Təlhə bin Übeydullah. O, bir uşaq dünyaya gətirdi. 
İmam onun adını Təlhə qoymuşdu. 

3. Ümmü Bişr binti Əbu Məsud Ənsari. O, Zeyd bin Həsəni dünyaya 
gətirmişdi. 

4. Cədə binti Əşəs bin Qeys. Bu qadın İmamı zəhərləmişdi. 

5. Hind binti Suheyl bin Əmr. 

6. Həfsə binti Əbdürrəhman bin Əbu Bəkr. 

7. Kəlb qəbiləsindən olan bir qadın. 

8. Əmr bin Əlqəmə bin Əhtəm Minqəri tayfasından bir qadın. 

9. Səqif qəbiləsindən bir qadınla evlənmişdi. Həmin qadın ona Ömər adlı bir 
uşaq dünyaya gətirmişdi. 

10. Əlqəmə bin Zürarə tayfasından bir qadın. 

11. Bəni Şeyban tayfasından bir qadın. 



12. Ali Həmam bin Мштә tayfasından bir qadın. 168 

Bu say 12-dən artıq deyil. O zamanın ürfünə görə bu sayda zövcələrin 
olması heç də eyib tutulacaq nöqsanlı əməl deyildi. Əgər ravilərin və tarixçilərin 
qeyd etdikləri 200 və ya 300 zövcənin olmasını fərz etsək, İmamın övladlarının 
sayı daha çox olardı. 

Bundan əlavə, ürf çox boşanmanı nöqsanlı hesab edir. Çünki bu, insanlar 
arasında kin-küdurət və mübahisələr yaradır. Halbuki tarixdə belə bir halın olması 
öz əksini tapmamışdı. Belə hadisə olmadığı üçün tarix onun barədə söhbət 
açmamışdı. 

4. İmam Həsənin (əleyhissalam) övladlarının sayı onun zövcələrinin sayı 
barədə deyilənlərlə uyğun deyil. 

Həmçinin, İmam Həsənin (əleyhissalam) övladlarının sayı barədə 
araşdırdıqda onların sayının hətta ən az deyilən 50 zövcənin sayı ilə uyğun 
olmadığını görürük. İbn Ənbə deyir: “Şeyx əş-Şərəf əl-Ubeydlinin rəvayətinə 
əsasən, Əbu Muhəmməd Həsənin 16 övladı olmuşdu. Onların beşi qız, on biri isə 
oğlan uşağı olmuşdu. Oğlanlar bunlar idi: Zeyd, Həsəni Musənna, Hüseyn, Təlhə, 
İsmail, Übeydullah, Həmzə, Yəqub, Əbdürrəhman, Əbu Bəkr, Ömər”. 169 

Əbu Nəsr Buxari: “Ağamız Əbu Muhəmməd Həsən bin Əli bin Əbu 
Talib (əleyhissalam) özündən sonra 13 oğlan və 6 qız qoyub getmişdi. 
Oğlanlardan yalnız ikisinin, qızlardan isə birinin soyu davam etmişdi”. 170 

Deməli, aydın olur ki, 19 oğlan və qız uşaqlarının olması nəinki 100 heç 50 
zövcənin olması ilə də uyğun deyil. 

19 övladın olması təbii və daha düzgündür. Əgər bu sayı indiki ürfümüzlə 
müqayisə etsək, görürük ki, iki zövcəsi olan insanın bu sayda övladı ola bilər. 

5. Şəriət evlilik əlaqəsinin davam etməsini təkid, talaq verməyi isə 
qadağan edir. 

Talaq hökmünün şəriət baxımından icazəli olmasının fəlsəfəsi evlilik 
həyatının davam etməsinin mümkün olmadığı hal ilə izah olunur. Yəni, elə şərait 
yaranır ki, ər talağa müraciət etməli olur. Lakin bununla yanaşı, şəriət evlilik 
əlaqəsinin davam etdirilməsini təkid edir və heç bir səbəb olmadan talaq verməyi 
qadağan edir. Hətta bu əməlin ailə və cəmiyyətin dağılmasına səbəb olduğu üçün 


168 “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 21. 

169 İbn Ənbə, “Umdətut-talib”, səh. 68. 

170 Əbu Nəsr Buxari, “Sirru silsilə ələviyyə”, səh.4. 



qadağan olunması barədə dəhşət doğuracaq məzmunda rəvayətlər nəql 
olunmuşdur. 


Bu barədə olan Peyğəmbərdən (səlləllahu aleyhi və alihi və səlləm) nəql 
olunan hədislərdə buyurulur: “İslamda ayrılıqla dağılan bir ailə kimi Allahın 
nifrət etdiyi bir şey yoxdur”. 171 

İmam Sadiq (əleyhissalam) buyurub: “Allahın halal etdikləri içərisində 
talaq qədər nifrət etdiyi bir şey yoxdur”. 172 

Peyğəmbərin (səlləllahu aleyhi və alihi və səlləm) belə buyurduğu nəql 
olunur: “Evlənin, amma talaq verməyin! Talaq verildikdə ərş silkələnir”. 173 

Burada belə bir sual yaranır; Məgər İmam Həsən (əleyhissalam) evlənmək 
üçün qadın seçərkən dəqiq araşdırma aparmayıb ki, bu qədər çox sayda mənfi halla 
rastlaşmasın ? 174 Halbuki o, Peyğəmbər (səlləllahu aleyhi və alihi və səlləm) 
nəslindəndir və məsum imamdır. 

Əlbəttə, ağıl belə bir dedi-qodunu qəbul edə bilməz. Çünki İmam cənnət 
cavanlarının ağasıdır. O, İslam şəriətinin qadağalarını daha yaxşı bilir. İmam yüz 
dəfə və ya daha çox Allahın ərşini silkələyəcək bir əməl etməz. Bundan əlavə, bu 
əməl imamların əxlaq və ədəbləri ilə uyğun gəlmir. Hətta belə bir işin olması 
reallığa uyğun deyil. 

6. İmam Həsənin (əleyhissalam) yaşadığı reallıqlar bu sayda evliliyin 
mümkün olmadığını təsdiqləyir. 

İmam Həsənin (əleyhissalam) yaşadığı həssas və məşəqqətli dövr bu qədər 
çoxlu qadınla evlənməsinin mümkün olmadığını göstərir. Atasının imamlıq 
dövründə Siffin, Nəhrivan, Cəməl kimi döyüşlərin olması, özünün imamlıq 
dövründə isə Müaviyə ilə olan çəkişmələr, ümmətin onu anlamaması, ona qarşı 
vəfasızlıq etməsi və sonda zövcəsinin əli ilə zəhərlənərək şəhid olması o həzrətin 
nə qədər keşməkeşli həyat tərzi keçirməsini göstərir. Bütün bunlarla yanaşı, İmam 
Həsənin (əleyhissalam) fikri yalnız evlənmək və talaq verməkdə ola bilərdimi? 
Öhdəsində dinin, ümmətin gələcəyini Müaviyə kimi hiyləgərlərin təhlükəsindən 
qorunmaq məsuliyyəti olduğu halda o həzrətin belə işlərlə məşğul olmasını ağıl və 
məntiq qəbul etmir. 


Hürr Amuli, “Vəsail əş-Şiə”, c. 2, səh. 16. 

172 “əl-Kafi”, c. 6, səh. 54; “Sünəni Əbu Davud”, c. 1, səh. 484. 

173 Hürr Amuli, “Vəsail əş-Şiə”, c. 22, səh. 9; Siyuti, “əl-Came əs-Səğir”, c. 1, səh. 505; “Təfsiru Qurtubi”, c. 18, 
səh. 149. 

174 Yəni tutaq ki, bu deyilən sayda evlilikləri və boşanmaları qəbul etdik. İmam Həsən (əleyhissəlam) o qədər 
diqqətsiz və məsuliyyətsizdir ki, evliliyə adi bir iş kimi yanaşır və həyat yoldaşı seçərkən ciddiyyət nümayiş 
etdirmir? Haşa! Belə bir inancdan Allaha sığmırıq! (red.) 



Deməli, qeyd etdiklərimizdən bu iddianın qondarma olduğu məlum olur. Bu 
iddia səhih sənədlərlə nəql olunsa da, heç vaxt düzgün ola bilməz. Çünki bu 
rəvayətlər onu etibardan salacaq Quran, sünnə və ağıl kimi bəzi meyarlara ziddir. 
Bir sözlə, bu rəvayətlər hər hansı bir şeyi isbat etmək üçün yararlı deyil. Rəvayətin 
məzmununun dəlalət etdiyi hadisə tamamilə uydurmadır. 

Xülasə 

Bu rəvayətlərin hamısı nöqsanlıdır. Çünki həmin rəvayətlər Quran, sünnə, 
tarix, ağıl və reallığın ehtiva etdiyi aksiomlara ziddir. Bu rəvayətləri təsdiqləyib 
qəbul edə bilmərik. 

Deməli, bu şübhə İmam Həsənə (əleyhissalam) atılan bir iftiradan başqa bir 
şey deyil. İmam bu şübhədən uzaq və münəzzəhdir. Əvvəlki mövzularda İmam 
Həsənin (əleyhissalam) necə keşməkeşli bir dövr yaşadığını, ümmətin və 
ordusunun ona qarşı etdiklərini və İmamın hadisələrə necə hikmət, ağıl və 
məntiqlə yanaşaraq İslamı və şiələri qoruduğunu qeyd etmişdik. 


Üçüncü şübhə: 

İmam Həsən və İmam Hüseynin döyüş və sülh məsələlərində ixtilaf 

etmələri 

Ortaya atılan şübhələrdən biri də İmam Həsənin (əleyhissalam) sülh 
bağlamağı seçməsidir. Nə üçün imam rahatlıq və rifahı cihad və şahidlikdən üstün 
tutdu? Halbuki İmam Hüseyn (əleyhissalam) islah və cihad etməyi üstün tutdu və 
bununla da hər ikisinin həyat tərzi bir-birindən fərqləndi. 

Şübhənin cavabı: Bu şübhənin cavabı üçün bəzi həqiqətlərin bilinməsi 
lazımdır. 

Birinci həqiqət: İslam şəriətində hərb və sülhün əsasları. 

İslam fiqhi sülhün və ya hərbin hər hansı birinin digərindən üstün olduğunu 
təsdiqləmir. Əksinə zərurətin tələbinə, islam və müsəlmanların mənfəətinə uyğun 
olaraq sülh və ya hərb dəsdəklənir. Zərurətin tələbinə uyğun olaraq düzgün qərar 
verilməli və biri digərindən üstün tutulmalıdır. Burada meyar şəraitin tələbinə 
uyğun olaraq istər sülh, istərsə də hərb olsun İslamın ən üstün mənfəətini təmin 
etməkdir. 


Fəqihlərin rəyləri 



Bu məsələ barədə fəqihlərin rəylərini araşdırdıqda görürük ki, onlar bu 
məsələdə müsəlmanların ümumi mənfəətini nəzərə almağı əsas məqsəd hesab 
edirlər. 

1. Əllamə Hilli 

Əllamə Hilli sülh və atəşkəs bağlamaq barədə deyir: “Sülh heç bir əvəz 

olmadan müəyyən müddət üçün döyüşü saxlamaqdır. Müsəlmanların ümumi 
mənfəətinin təmin olunması ilə bu iş icazəlidir. Müsəlmanların sayının az 
olması, qarşı tərəfin İslamı qəbul etməsi və ya güc əldə etmək məqsədi kimi 
ehtiyacları olduğu halda isə vacibdir”. 175 

2. Şəhid Sani 

Şəhid Sani deyir: “Müsəlmanların sayı az olduqda və ya qarşı tərəfin 
İslamı qəbul edəcəklərinə ümid etdikdə və yaxud da sonradan güc əldə etmək 
məqsədilə müsəlmanların mənfəətinin təmin olunması şərti ilə bu iş icazəlidir. 
Həmçinin, bunun icazəli olması ilə yanaşı əgər müsəlmanların sülhə 
ehtiyacları olarsa, sülh bağlamaq vacibdir. Ehtiyac həddinə çatmasa da 
sadəcə mənfəət üçün bu iş mubah ola bilər. Əgər mənfəət aradan gedərsə, 
(sülh bağlamağın) düzgünlüyü də aradan gedər”. 176 

3. Əllamə Təbərsi 

Əllamə Təbərsi deyir: “İmam özü və ya müsəlmanların həyatı üçün 
qorxarsa, kafirlər və azğınlarla sülh bağlamaq icazəlidir. Necə ki, Rəsulullah 
(səlləllahu aleyhi və alihi və səlləm) Hüdeybiyyədə, Əmirəlmöminin 
(əleyhissalam) Siffində və İmam Həsən (əleyhissalam) özü və şiələrinin həyatı 
üçün qorxduqda Müaviyə ilə sülh bağlamışdı”. 177 

4. Əllamə Murtəza Mütəhhəri 

Mütəhhəri deyir: “ Əgər bizdən “İslam sülh dinidir, yoxsa hərb dini?” - 
deyə soruşsalar nə cavab verməliyik? Əgər Qurana müraciət etsək hərb 
qanunlarının olması ilə yanaşı sülh qanunlarının da olmasını görürük. Kafir 
və müşriklərlə müharibə etməyə çağıran çoxlu ayələr vardır. Allah-təala 
buyurur: “(Ey möminlər !) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, 
lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” (Bəqərə surəsi, 
ayə 190). Başqa bir ayədə isə belə buyurulur: “Sülh daha xeyirlidir ” (Nisa 
surəsi, ayə 128). 


175 Əllamə Hilli, “Qəvaidul-əhkam”, c. 1, səh. 516. 

176 Şəhid Sani, “Şərhul-lumə əd-diməşqiyyə”, c. 2, səh. 35. 

177 Təbərsi, “Təfsiru məcməil-bəyan”, c. 2, səh. 35. 



Bəs İslam bunlardan hansının dinidir? İslama görə, nə sülh, nə də ki 
hərb əsas hesab olunur. Bunların hər ikisi şərait və məqsədə bağlıdır. 
Müsəlmanlar istər Peyğəmbərin (səlləllahu aleyhi və alihi və səlləm) 
zamanında, istər İmam Əlinin (əleyhissalam), istər İmam Həsənin 
(əleyhissalam), istərsə də İmam Hüseynin (əleyhissalam) və ya digər 
imamların zamanında olsunlar, ümumiyyətlə dövrdən asılı olmayaraq hər bir 
halda öz hədəflərini yerinə yetirməlidirlər. Hədəf isə İslam və müsəlmanların 
hüquqları olmalıdır. Şəraiti və vəziyyəti nəzərə almaları vacibdir. Əgər bu 
hədəfi həyata keçirmək üçün döyüş ən yaxşı yoldursa, onlar bunu da 
etməlidirlər. Əgər bu hədəfi həyata keçirmək üçün sülh bağlamaq ən yaxşı 
yoldursa, onlar məhz bu yolu seçməlidirlər”. 178 

5. Əllamə əl-Eyni 

Əllamə əl-Eyni deyir: “Səhabələrimiz belə deyir: “Əgər sülh bağlamaq 
müsəlman üçün xeyirli olarsa, kafirlərdən mal almaq və ya onlara mal 
vermək müqabilində sülh bağlamaq icazəlidir”. 179 

Deməli, sülh və hərb insanların hüquqlarının və mənfəətlərinin qorunması 
üçün icazəlidir. Bu mənfəət ikisindən birini təyin edir. Bu zərurətin tələbinə əsasən 
İmam və ya hakim ən uyğunun seçə bilər. 

İkinci həqiqət: Rolların müxtəlifliyi, hədəfin vahid olması. 

Seyid Şəhid Sədr məhz bu ifadəni işlədərək deyir: “Mənim əqidəmə görə, 
imamların hamısının müştərək bir vəzifə icra etmələri sadəcə bir fərziyyə 
deyil ki, onun isbatı üçün tarixi arqument və faktlar axtaraq. İmamların 
müştərək vəzifə icra etmələri əqidənin vacib tərkib hissəsi və imamət fikrinin 
əsasıdır. Çünki imamət bütün məsuliyyəti və şərtləri ilə oların hər birinə 
nisbətdə eynidir. Buna əsasən də şərait və vəziyyətə görə icra etdikləri vəzifə 
nə qədər fərqli olsa da, imamların vəzifə məsuliyyətlərində eyni dərəcədə öz 
əksini tapmalıdır. İmamlar birlikdə bütöv bir varlığın bir-birilə bağlı 
hissələrini formalaşdırırlar. Hər bir hissə öz rolunu yerinə yetirir ki, növbəti 
hissə öz rolunu yerinə yetirə bilsin və bununla bütövlük tamamlansın”. 180 

Şiə əqidəsinə əsasən, imamların vəzifələri üslub və metodda bir-birini 
tamamlayan bütöv varlığın hissələri kimidir. Baxmayaraq ki, əhli-beyt 
imamlarından hər birinin yaşadığı vəziyyət və şəraitə görə vəzifələr bir-birindən 


178 Mütəhhəri, “Siyrətul-əimmətil-əthar”, səh. 68. 

179 əl-Eyni, “Umdətul-qari”, c. 14, səh. 18. 

180 Muhəmməd Baqir Sədr, “Əhlul-beyt tənəvvəul-ədvar və vəhdətul-hədəf ’, səh. 142. 



fərqli olmuşdur. Lakin dəyişməyən yegənə şey hədəf idi. Hədəf isə İslamın 
qorunmasdır. 

Seyid Muhəmməd Baqir Sədrin əsasını qoyduğu bu nəzəriyyəyə əsasən, baş 
verənləri bir-birindən ayırmaq mənasızdır. Yəni, nə üçün İmam Həsən 
(əleyhissalam) Müaviyə ilə sülh bağladı və İmam Hüseyn (əleyhissalam) Yezidə 
qarşı vuruşaraq şəhid oldu? - deyə təəccüblənməyin mənası yoxdu. Bu iki mövqe 
arasında heç bir ziddiyyət yoxdur. Hər iki mövqe düzgündür və hər iki İmamın 
yaşadığı şərait və vəziyyətə tamamilə münasibdir. Hədəf isə İslam dinini təhrifdən 
və zəlalətdən qorumaq olmuşdur. 

İmam Hüseyn (əleyhissalam) İmam Həsəndən (əleyhissalam) yaş etibarilə 
böyük olmaqla ondan əvvəl imamlıq etsəydi, o da Müaviyə ilə sülh bağlayardı. 
Həmçinin, İmam Həsən (əleyhissalam) də Yezidlə vuruşar və bu müqəddəs hədəf 
uğrunda canından keçərdi. 

Ümmət İmam Həsənin (əleyhissalam) zamanında şəkk xəstəliyinə 
tutlmuşdu. 

Seyid Şəhid Baqir Sədrin dediyi kimi, ümmət İmam Həsənin (əleyhissalam) 
dövründə sınaq və şəkk xəstəliyi mərhələsini yaşayırdı. Həmçinin, atası 
Əmirəlmöminin Əlinin (əleyhissalam) zamanında ümmət bu halı yaşamışdı. 

“Bu şəkk Əmirəlmöminin Əlinin (əleyhissalam) zamanında yaranmışdı. 
Halbuki, onun yaranmasının hər hansı obyektiv səbəbləri yox idi. Buna 
baxmayaraq, şəkk kök salmağa başladı və əzəmətli İmam (əleyhissalam) bu 
halın əziyyətini çəkməli oldu. İmam şəhadətə yetişərək dünyadan köçdü, lakin 
ümmət yenə də şəkk içində idi... Bundan sonra ümmət yenə şəkkə təslim olub 
İmam Həsənin (əleyhissalam) qarşısında ölü kütləyə çevrildi. Bütün bu 
hallarda ümmətin şəkk içində olmasının heç bir obyektiv səbəbi yox idi. Əgər 
bu şəkkin obyektiv səbəbi olsaydı, görəsən ümmət necə mövqe 
sərgiləyərdi ?!” 181 

İmam Həsən (əleyhissalam) ümmətdəki bu şəkk xəstəliyini necə həll edə 
bilərdi?! İmam yeganə və düzgün olan həll yolunun Müaviyə ilə sülh bağlamaqda 
gördü. Bu həll yolunu seçməyin müəyyən səbəbləri vardı. Çünki Müaviyə ümməti 
aldadıb özünü şəri xəlifə elan etmək istəyirdi. Aşağıda bu səbəbləri izah edəcəyik. 
İmam Hüseynə (əleyhissalam) gəlincə, Seyid Baqir Sədrin dediyi kimi, həmin 
vaxt ümmətin iradəsi zəifləmiş və məhv olmuşdu. Artıq ümmətin batilə qarşı 
“yox” deməyə iqtidarı qalmamışdı. Onun əli də, dili də şəhvani hisslərin köləsinə 


181 


Muhəmməd Baqir Sədr, “Əhlul-beyt tənəvvəul-ədvar və vəhdətul-hədəf’, səh. 11-12. 



çevrilmiş, fəsadın hökm sürdüyü vəziyyəti dəyişmək istəyində deyildi. Qəlbləri 
İmamla, qılıncları isə ona qarşı idi . 182 O, bu sözləri ilə Fərəzdəqin İmama dediyi 
sözlərə işarə edirdi: “Kufədən çıxıb gedərkən yolda Hüseynlə (əleyhissalam) 
qarşılaşdım. O, mənə: “Ey Əbu Firas, arxanda nə qoyub gəldin?” - deyə 
soruşdu. Mən dedim: “Doğrusunu deyimmi?” (İmam) dedi: “Doğrunu 
istəyirəm”. Mən dedim: “Qəlblər səninlə, qılınclar isə Bəni Üməyyə ilədir. 
Qələbə isə Allahdandır”. (İmam) buyurdu: “Həqiqətən də sən mənə doğrunu 
söylədin. İnsanlar var-dövlətin qullarıdır. Din isə ağızlarında çiynədikləri bir 
şeydir. Yaşayışlarını təmin etdikcə o tərəf, bu tərəfə dolandırarlar. Bəla ilə 
üzləşdikdə, dindarların sayı azalar ”. 183 

İmam Hüseynin (əleyhissalam) inqilabı və şəhadəti ümməti qəflət 
yuxusundan oyadıb Rəsulullahın (səlləllahu aleyhi və alihi və səlləm) gətirdiyi 
doğru dini yenidən dirçəltmək üçün ruhlandırdı. 

Bu iki əməlin - sülh və hərbin (İmam Həsənin sülhü və İmam Hüseynin 
savaşı) arasında heç bir ziddiyyət və ayrılıq yoxdu. 

Üçüncü həqiqət: Əməvi sülaləsi dini mülk və səltənət hesab edirdi. 

Əbu Süfyanın “Bu bir səltənətdir. Nə cənnətin, nə də cəhənnəmin nə 
olduğunu bilirəm” sözləri. 

Həsən B əsrinin rəvayət etdiyi və İbn Əbdülbirrin yazdığı kimi, Əbu Süfyan 
məşhur sözlərini deyərkən bu həqiqəti təmsil edirdi. Həsən Bəsridən belə nəql 
olunur: “Xilafət Osmana yetişdikdə Əbu Süfyan onun yanma gəlib dedi: 
“Teym və Udəy tayfasından sonra (xilafət) sənə gəlib çatdı. Bir kürə kimi bir- 
birinizə ötürün. (Xilafətin) əsas sütunlarını Bəni Üməyyədən seç. Bu bir 
səltənət məsələsidir. Mən nə cənnət, nə də cəhənnəmin nə olduğunu 
bilirəm ”. 184 

Həmçinin, Əbu Süfyan Fəth ilində Abbasa belə demişdi: “Qardaşın 
oğlunun səltənəti çox böyük oldu”. Abbas ona dedi: “Vay olsun sənə! Bu, 
səltənət deyil, peyğəmbərlikdir ”. 185 

Deməli, Əbu Süfyanın nəzərində həzrət Muhəmməd (səlləllahu aleyhi və 
alihi və səlləm) hakimiyyət məqsədi güdürdü. Onun nəzərində nə Cənnət var, nə 
də Cəhənnəm. 


182 Muhəmməd Baqir Sədr, “Əhlul-beyt tənəvvəul-ədvar və vəhdətul-hədəf səh. 200. 

183 “Kəşful-ğummə”, c. 2, səh. 241. 

184 “əl-İstiyab”, c. 4, səh. 1679; İbn Əqil, “ən-Nəsaih əl-Kafiyə”, səh. 110. 

185 “əl-Musəmul-səğir”, c. 2, səh. 75; “Tarixul-islam”, c. 2, səh. 541; “Şərhu nəhcil-bəlağə”, c. 15, səh. 175. 



Müaviyənin sözü. 


Bu məsələ onun oğlu Müaviyədə daha aşkar surətdə özünü biruzə vermişdi. 
O da atasından irs aldığı yolla hərəkət edirdi. Aşağıda qeyd edəcəyimiz Müaviyə 
ilə Muğirə bin Şöbənin arasında baş verən dialoqun mətni bu məsələni bütün 
çılpaqlığı ilə ehtiva edir. 

Zubeyr bin Bəkkar 186 Mutrif bin Muğirə bin Şöbənin belə dediyini nəql 
edir: “Atam Müğirəni Müaviyənin hüzuruna apardım. Atam adətən onun 
yanma gedər və onunla söhbət edərdi. Qayıdandan sonra mənə Müaviyənin 
ağıl və məntiqindən danışar və onun bu qüdrətindən təəccüb edərdi. Həmin 
gecə gəldi və şam yeməyini də yemədi. Onun qəm-qüssəyə batdığını gördüm. 
Bir az gözlədim. Elə güman etdim ki, evdə və ya işimizlə bağlı nəsə baş verib. 
Sonra ona dedim: “Ata, gecədən bəri səni qəm-qüssə içində görürəm. Nə 
olub?” Atam dedi: “Oğlum, mən ən xəbis adamın yanından gəlirəm”. Mən: 
“Kimdir o?” - deyə soruşdum. Atam dedi: “Onunla tək idim. Dedim ki, ey 
möminlərin əmiri, artıq yaşlanmısan. Bəlkə bir az ədalətli davranasan, 
insanlara qarşı xeyirxah olasan. Bəni Haşimdən olan qardaşlarına mərhəmət 
göstərəsən. Allaha and olsun ki, bu gün onlardan qorxmaq üçün bir səbəb 
yoxdu”. O isə mənə belə dedi: “Əsla yox! Əsla yox! Teym tayfası hakim oldu, 
ədalətlə davrandı. Etdiyini etdi. Allaha and olsun ki, ölən kimi xatirəsi də 
öldü. Yalnız kimsə xatırlayanda Əbu Bəkr deyir. Sonra Udəy hakim oldu. Səy 
etdi, qollarını çırmaladı və on il hakim oldu. Allaha and olsun ki, həlak olan 
kimi xatirəsi də həlak oldu. Yalnız kimsə xatırlayanda Ömər deyir. Sonra 
qardaşımız Osman hakim oldu. Elə adam hakim oldu ki, əsil-nəcabətdə ona 
tay biri yox idi. O da edə bildiklərini etdi. Allaha and olsun ki, o da həlak olan 
kimi onun da xatirəsi və etdikləri məhv oldu. Bəni Haşimin isə adı gündə beş 
dəfə (minarələrdən) qışqırıqla deyilir: “Əşhədu ənnə Muhəmmədən 
rəsulullah!” Anan vayına otursun, bunun müqabilində hansı əməl yadda 
qalar! Yox! Allaha and olsun ki, bir-bir onları dəfn edəcəyəm !” 187 

Əgər Müaviyənin imkanı olsaydı, Bəni Haşimdən alov üfürəcək bir sağ 
adam qalmayacaqdı. Əmirəlmöminin Əli (əleyhissalam) məhz buna işarə edərək 
buyurub: “Allaha and olsun, Müaviyə Allah nurunu söndürmək üçün istəyir ki, 


186 İbn Əbilhədid onun barəsində belə deyir: "O, Müaviyənin əleyhinə olanlardan deyildi. Həmçinin şiə də hesab 
olunmurdu. Məlumdur ki, o, imam Əlidən (ə) ayrı düşmüş və onun yanırıda olmamışdı. ” 

187 Zubeyr bin Bəkkar, “əl-Muvəffəriyyat”, səh. 462; “Şərhu nəhcil-bəlağə”, c. 5, səh. 130; “ən-Nəsaih əl-Kafiyə”, 
səh. 142; “Kəşful-ğummə”, c. 2, səh. 46; “Biharul-ənvar”, c. 33, səh. 169. 



Bəni Haşimdən alov üfürəcək 188 bir adam qalmasın. Ta onların meyitlərini təhqir 
eləsin. Allah müşriklər istəməsələr belə Öz nurunu tamamlayacaq ”. 189 

Müaviyənin bütün etdikləri ilə yanaşı ümmət şəkk içində yaşayırdı. Çünki 
“Müaviyə öz siyasi və idarəçilik həyatına Peyğəmbərin (səlləllahu aleyhi və alihi 
və səlləm) vəfatından qısa müddət sonra başlamışdı. O, Şama vali olaraq getmişdi. 
Ümmət içərisində hamının hörmət bəslədiyi Ömər bin Xəttabm tərəfindən orada 
hörmət və izzət gördü. Hətta Ömər bin Xəttab valilərini ədəbləndirmək istədikdə 
Müaviyə bin Əbu Süfyanı bu prosesdən kənar tutmuşdu. Təyin etdiyi valilərin 
mallarım bölmək istəyərkən Müaviyəni bundan istisna etdi. Müaviyə Ömər bin 
Xəttabm nəzərində etibarlı vali və islam baxımından hörmətli biri idi. Ondan sonra 
hakimiyyətə gələn Osman Müaviyənin hakimiyyət ərazisini bir az da artırdı. 
Şamdan əlavə bir neçə əyalətin də hökmüranlığmı onun ixtiyarına verdi. Əbu 
Süfyanın oğlunda heç bir dəyişiklik olmadı. Müaviyə tamamilə aşkar olunmuş bir 
adam deyildi. O, ictimai və islamın hörmətini qoruyan bir insan kimi özünü 
tanıtdırmışdı .” 190 Müaviyə əməlisaleh və İslam müdafiəçisi kimi özünü tanıtdırdığı 
üçün İmam Həsən (əleyhissalam) onun şəxsiyyətinin üzərindəki örtüyü açmalı 
idi. Yezidə gəlincə isə, o, fisq və günahla tanınan bir idi. Onun haqdan uzaq olması 
barədə heç kimin qəlbində zərrəcə şübhə yox idi. 

İmam Həsən (əleyhissalam) ümmətin şəkk halında olduğunu bilirdi. 
Həmçinin, hadisələrin gedişatmdan, ordusunda baş qaldıran dönüklük və 
Müaviyənin insanları satın almasından bilirdi ki, döyüşə girərəcəyi təqdirdə əsir 
düşəcək və bütün şiələri qətlə yetiriləcək. Bununla da Müaviyə ictimai rəyi istədiyi 
kimi formalaşdıracaq, həqiqətləri və tarixi təhrif edəcəkdi. Öz istədiyi şərtləri irəli 
sürəcəkdi. Bununla da İslamın məhvi üçün ilk təməl daşını qoymuş olacaq, 
Peyğəmbərin (səlləllahu aleyhi və alihi və səlləm) gətirdiyi İslamdan tamamilə 
fərqli, əməvi meyarlarına uyğun bir islam dini formalaşdıracaqdı. Ya da İmam 
özünü və şiələri qorumalı, Müaviyənin iç üzünü insanlara açacaq şərtlər irəli 
sürməli və bununla da ona planlaşdırdığı əməllərini yerinə yetirməyə fürsət 
verməməli idi. 

Həqiqətən də sülh Əməvi planını pozan və İmam Həsənin planının 
müvəffəqiyyətlə baş tutması üçün ilk toxum idi. Sülhün uğurlu olmasına ən gözəl 
dəlil Müaviyənin İmam Həsənin (əleyhissalam) şərtlərini qəbul etdikdən bir neçə 
gün sonra söylədiyi sözdür: “Allaha and olun ki, mən sizinlə namaz qılmanız, 
zəkat verməniz, həccə getməniz üçün vuruşmadım. Siz onsuz da bunları 


188 Böyük və kiçik insana işarədir. Çiinki böyük yaxud kiçik olan hər bir kəs alovu üfürə bilir. Bəni Haşimdən olan 
hər kəsi öldürmək istədiyinə işarədir. 

189 İbn Quteybə, “Ğəribul-hədis”, c. 1, səh. 367. 

190 Muhəmməd Baqir Sədr, “Əhlul-beyt tənəvvəul-ədvar və vəhdətul-hədəf səh. 1 10. 



edirsiniz. Mən sizə hakim olmaq və sizi ixtiyarıma keçirmək üçün sizinlə 
vuruşdum. Siz istəməsəniz də Allah bunu mənə bəxş elədi ”. 191 

Başqa bir rəvayətdə belə dediyi qeyd olunur: 

“Elə bilirsiniz ki, sizinlə namaz, zəkat, həcc üçün vuruşdum. Bilirəm ki, 
siz namaz qılır, zəkat verir və həccə gedirsiniz. Mən sizə hakim olmaq və sizi 
ixtiyarıma keçirmək üçün sizinlə vuruşdum. Siz istəməsəniz də Allah bunu 
mənə bəxş elədi. Bu fitnədə gedən hər bir mal, tökülən hər bir qan hədərə 
getmişdir. Kəsdiyim hər bir şərt iki ayağımın altındadır ”. 192 

Bu sözlərlə Müaviyə öz iç üzünü göstərmiş oldu. Onun məqsədi namaz, oruc 
və ya həcc deyil, hakimiyyət və səltənətdir. Ondan əvvəl atası məhz bu sözləri 
demişdi: “Əbu Süfyanın inandığına and olsun ki, nə əzab var, nə hesab, nə 
Cənnət var, nə də Cəhənnəm, nə dirilmək var, nə də qiyamət ”. 193 

Həmçinin oğlu Yezidin xəlifə olması üçün zor gücünə insanlardan beyət 
alarkən belə demişdi: “Mən sizə bir şey demək istəyirəm. Xəbərdarlıq edən şəxs 
üzürlüdür. Əvvəllər mən sizin aranızda danışarkən bir nəfər yerindən qalxıb 
insanların gözü qarşısında məni təkzib edərdi. Mən də buna dözüb onu 
bağışlayardım. İndi sizə bir söz deyəcəm. Allaha and olsun, kim mənim bu 
sözümü kəssə, ona bir cavab verilməmiş qılınc başına endiriləcək. Sözümü 
kəsən hər kəs özünü ölümə atmışdır”. Sonra keşikçini çağırıb dedi: “Bu 
adamların hər birinin başı üzərində iki adam saxla. Hər birinin əlində qılınc 
olsun. Əgər kim mənim sözümü kəsib məni təsdiq və ya təkzib eləsə, qılıncla 
onun boynun vursunlar .” 194 

Müaviyə Yezidin xəlifəliyə layiq olmadığını çox yaxşı bilirdi. Çünki Yezid 
şərab içən, meymun oynadan və haqsız yerə insan qətlə yetirən biri idi. Abbasi 
xəlifəsi Mutəzid Billah Müaviyənin oğlu Yezidi necə xəlifə seçməsini şərh edərək 
deyir: “O, oğlunu Allahın dinindən üstün tutmuş, insanları qorxu, hədə, zülm və 
məcbur etməklə təkəbbürlü, şərabxor, xoruz döyüşdürən, şir və meymun saxlayan 
Yezidə beyət etməyə çağırmışdı. O, oğlunun səfeh olmasını, xəbisliyini, günaha 
aludə olduğunu, fasiq və kafir olduğunu bilir, onun sərxoş olduğunu görürdü. 
İmkanı çatan kimi oğlunu (xəlifə) olmağa hazırladı. O, (Yezid) Allaha və 
Peyğəmərə qarşı çıxdı. Müsəlmanlardan müşriklərin qisasını aldı. Hürrə əhlinə 
qarşı elə cinayət işlədi ki, İslamda ondan faciəli bir hadisə olmamışdı. Əməlisaleh 
insanlara qarşı günah elədi. Bununla da içindəki kin-küdurət alovunu söndürüb 


191 İbn Əbu Şeybə, “əl-Musənnəf’, c. 7, səh. 251; Qazi Numan Məğribi, “Şərhul-əxbar”, c. 2, səh. 533. 

192 “Şərhu nəhcil-bəlağə”, c. 16, səh. 15. 

193 “Şərhu nəhcil-bəlağə”, c. 9, səh. 53. 

194 “əl-Kamil-fıt-tarix”, c. 3, səh. 510. 



təsəlli tapdı. Belə güman etdi ki, bununla Allah dostlarından intiqam aldı və Allah 
düşmənlərinin arzuladığına çatdı. Küfrünü aşkar, şirkini izhar edərək dedi: 


Kaş Bədrdə olan ağsaqqallarım görəydi 

Qılıncların zərbəsindən Xəzrəcin ağrı-acısını 

Sizin ağalarınızdan ən əzəmətlilərini öldürdük 

Bədrə bərabər qətl törətdik, ölənlərin sayı bərabər oldu 

Sevinərdilər, bir-birlərini təbrik edərdilər 

Sonra da deyərdilər: Ey Yezid, yətər artıq. 

Bəni Həşim hakimiyyət oyunu oynayırdı 

Yoxsa nə qeybdən xəbər gəlib, nə də vəhy nazil olub . 195 

Əgər fərz etsək ki, İmam Həsən (əleyhissalam) şəhidlik yolunu seçsəydi, 
nəzərdə tutduğu məqsədə - Müaviyənin hiyləsindən İslamı qorumaq məqsədinə 
çata biləcəkdimi? Yoxsa nəticə Müaviyənin xeyrinə olacaqdı və ümmət bu günə 
kimi şəkk-şübhə içində qalacaqdı? 

Təəssüflər olsun ki, hətta bu gün də ümmət arasında təfriqə yaradan 
Müaviyəni müdafiə edən insanlar var. Əqqad çox böyük cürətlə belə deyir: 

Əgər tarix ona düzgün qiymət versəydi, onu insanlar arasında təfriqə 
salan şəxs kimi səciyyələndirərdi. Lakin əsas tarixi oxuyan şəxsin hadisələrə 
və insanlara verdiyi dəyərdi. Tarixçilərdən elələri də vardır ki, Müaviyənin 
hakimiyyətə gəldiyi ili camaat ili adlandırırlar. Çünki o, ümməti parça-parça 
etmişdi. Ümmət elə hala gəldi ki, heç vaxt vəhdət yarada bilmədi ”. 196 

Əgər İmam Həsən (əleyhissalam) bağladığı sülhlə Müaviyənin tarixini və 
törətdikləri əməlləri aşkar etməsəydi necə olardı? 

Bütün bunlardan sonra İmam rifah və rahatlığı seçdiyi üçün şəhid olmadı, 
ölümü seçmədi demək doğrudurmu? 


195 “Tarixu Təbəri”, c. 8, səh. 187. 

196 Əqqad, “Müaviyə”, səh. 42. 



SON 


Qeyd etdiklərimizə əsasən deyə bilərik ki; İmam Həsən (əleyhissalam) sülh 
bağlayarkən İslamın mənfəətini düşünürdü. Onun şəri vəzifəsi şərait və vəziyyətə 
görə bu həll yolunu seçməyi tələb edirdi. İmam Həsəni (əleyhissalam) qardaşı 
İmam Hüseynə (əleyhissalam) nisbətdə şücaətsizlikdə ittiham etmək ağılsızlıqdır. 
Hər bir imamın özünə məxsus mərhələsi vardı və hər bir imam öz mərhələsinə 
uyğun olaraq əməl etmişdi. Bundan əlavə istənilən hadisə barədə hökm vermədən 
əvvəl onu hər tərəfli araşdırmaq və öyrənmək lazımdır. 

Bir tərəfdə lider və ümmət, digər tərəfdə isə qəddar düşmən. İmamın 
rəhbərlik etdiyi ümmət onun planlaşdırdığı təbii yolla hərəkət edəcək, yoxsa 
ümmət qeyd etdiyimiz kimi şəkk xəstəliyinə mübtəla olub ona itaət etməyəcək? 
Buna görə də lider bu xəstənin düçar olduğu xəstəliyi sağaltmalı və onu təbii halına 
qaytarmalıdır. Məhz bu səbəbdən sülh müqaviləsi bağlandı ki, ümmətin içindəki 
yatmış ruhlar oyansın və öz mötədil vəziyyətinə qayıtsın. İslam dini az qalsın ki, 
Müaviyənin əməlləri ilə aradan gedəcəkdi. Lakin sülh müqaviləsi bütün hiylələri 
ifşa etdi və ümmət üçün hazırlanmış mənfur planların üstünü açdı. Sülh müqaviləsi 
İmamın hikməti və məntiqinin zəruri nəticəsi idi. Bunun sayəsində Müaviyə 
əlindəki bütün planları itirdi. O Müaviyə ki, İbn Abbas onun haqqında belə deyir: 
“Bu kişini (İmam Əlini) nə vaxtadək təhqir edəcəksən?” Müaviyə dedi: “O 
vaxtadək edəcəm ki, kiçiklər bu tərbiyə ilə böyüsün və böyüklər də bununla 
qocalsın ”. 197 O, bu sözləri ilə İmam Əlini (əleyhissalam) söyməyi, onun tarixini 
dəfn etməyi nəzərdə tuturdu. Bununla da bütün İslamı dəfn etmək istəyirdi. “Lakin 
bu, həyata keçməyən bir arzu oldu, ey Şamın tağutu! Sənin hiylə məkrinə 
baxmayaraq bütün əsrlərdə və hər yerdə kiçik də, böyük də Əlinin (əleyhissalam) 
həyatını, tarixini unutmayaraq uca tutdu. Sən istəməsən belə, Allah Öz nurunu 
tamamlamaq istədi ...” 198 

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Muhəmməd və onun pak Əhli- 
beytinə Allahın salam və salavatı olsun! 


197 Cahiz, “Usmaniyyə”, səh. 285. 

198 Kamil Süleyman, “Həsən bin Əli”, səh. 180. 



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

1 . Qurani-kərim. 

2. Nəhcul-bəlağə. 

3. Əhməd bin Əli Təbərsi, “əl-İhticac”, Seyid Muhəmməd Baqir Sədrin 
haşiyəsi ilə. (Nəcəf, Darun-numan mətbəəsi 1386 h.q.) 

4. Muhəmməd Təqi Tustəri, “əl-Əxbar əd-dəxilə” (Tehran, Səduq 
mətbəəsi.) 

5. Şeyx Mufid, “əl-İrşad”. (Beyrut, Mufid mətbəəsi.) 

6. Yusif bin Əbdulbirr, “əl-İstiab”. (Beyrut, Darul-cil mətbəəsi.) 

7. Əhməd bin Həcər Əsqəlani, “əl-İsabə”. (Beyrut, Darul-kutubil-ilmiyyə 
mətbəəsi.) 

8. Muhəmməd Təqi əl-Həkim, “Usulul-ammə lil-fiqhil-muqarin”. (Alul- 
beyt müəssisəsi.) 

9. Nasir bin Abdullah Qəffari, “Usulu məzhəbiş-şiə”. (Daru-rza mətbəəsi.) 

10. Mahmud Əbu Rəyya, “Əzva alə əs-sünnə ən-nəbəviyyə”, (Bətha çapı) 

11. Xeyrəddin Zərkəli, “əl-Əlam” (Beyrut, Darul elm lilmalayin mətbəəsi 
1980.) 

12. Muhsin Əmin, “Əyanuş-şiə”, (Beyrut, Darut-təaruf mətbəəsi.) 

13. Fuad Əhməd, “İmam Həsən əl-qaid vət-tarix”, (Beyrut, Darul-bəyanul- 
ərəbi mətbəəsi.) 

14. Abdullah bin Muslim bin Quteybə Dinəvəri, “əl-İmamə vəs-siyasə”, 
(Misir çapı) 

15. Muhəmməd Baqir Sədr, “Əhlul-beyt tənəvu ədvarin və vəhdətu hədəf’, 
(Beyrut, Darut-təaruf mətbəəsi.) 

16. Muhəmməd Baqir əl-Məclisi, “Biharul-ənvar”. (Beyrut. Muəssəsətul- 
vəfa.) 

17. İsmail bin Kəsir, “əl-Bidayə vən-nihayə”, (Beyrut. Dar ihyaut-turasil- 
ərəbi mətbəəsi.) 

18. Muhəmməd bin Murtəza əz-Zubeydi, “Tacul-ərus”. (Beyrut. Darul-fikr 
mətbəəsi.) 

19. Əbdürrəhman bin Xəldun, “Tarixu İbn Xəldun”. (Beyrut. əl-Ələmi 
müəssisəsi.) 

20. Şəmsuddin Muhəmməd əz-Zəhəbi, “Tarixul- İslam”. (Beyrut. Darul- 
kutubil-ərəbi, 1408 h.q.) 

21. Cəlaluddin əs-Süyuti, “Tarixul-xuləfa”. (Misir. 1371 h.q.) 

22. Muhəmməd bin İsmail əl-Buxari, “Tarixus-səğir”. (Beyrut. Darul-mərifə 
mətbəəsi.) 



23. Muhəmməd bin Cərir ət-Təbəri, “Tarixut-Təbəri”. (Beyrut. əl-Ələmi 
müəssisəsi.) 

24. Əhməd bin Yəqub əl-Yəqubi, “Tarixul-Yəqubi”. (Beyrut. Darus-səfa 
mətbəəsi.) 

25. Əbu Bəkr bin Xətib əl-Bağdadi, “Tarixu Bağdad”. (Beyrut. Darul- 
kutubil-ilmiyyə mətbəəsi.) 

26. Həsən bin Əli bin Şubə əl-Hərrani, “Tuhəful-uqul”. (Qum. ən-Nəşr əl- 
İslami müəssisəsi.) 

27. Şəmsuddin Muhəmməd əz-Zəhəbi, “Təzkirətul-huffaz”. (Beyrut. Dar 
ihyaut-turasil-ərəbi mətbəəsi.) 

28. Əli bin Əsakir, “İmam Həsənin tərcümeyi-halı”; Şeyx Muhəmməd Baqir 
Mahmudinin təhqiqi ilə. (Beyrut. 1400 h.q.) 

29. Muhəmməd bin Əhməd əl-Qurtubi, “Təfsir Qurtubi”. (Beyrut. Dar 
ihyaut-turasil-ərəbi mətbəəsi.) 

30. Muhəmməd bin Hüseyn ət-Təbatəbai, “Təfsirul-mizan”. 

31. Fəzl bin Həsən ət-Təbərsi, “Məcməul-bəyan”. (Beyrut.) 

32. Şərif Murtəza, “Tənzihul-ənbiya”. (Beyrut. Darul-əzva mətbəəsi. 1409 
h.q.) 

33. Cəlaluddin əs-Süyuti, “əl-Cami əs-Səğir”. (Beyrut. Darul-fikr mətbəəsi. 
1401 h.q.) 

34. Kamil Süleyman, “Həsən bin Əli”. (Beyrut. Darul-məarif mətbəəsi) 

35. Seyid Hamid Nəqəvi, “Xülasətu Əqəbatul-ənvar”. (İran çapı) 

36. Cəlaləddin əs-Süyuti, “əd-Dürrul-mənsur fit-təfsiri bil-mənsur”. (Beyrut. 
Darul-məarif və Müəssisətur-risalə mətbəələri) 

37. Adil Ədib, “Dövru əimmətu əhlil-beyti”. (Beyrut çapı) 

38. Şeyx ət-Tusi, “ər-Rəsail əl-əşər”. (Qum çapı) 

39. Corc Cordaq, “Rəvaiu nəhcil-bəlağə”. 

40. Əbu Nəsr Buxəl-ari, “Sirru silsilə ələviyyə”. 

41. “Sünənu Əbu Davud əs-Sicistani” (Beyrut. Darul-fikr mətbəəsi.) 

42. Əbu İsa ət-Tirmizi, “Sünənut-Tirmizi”. (Beyrut. Darul-fikr mətbəəsi.) 

43. Şəmsuddin Muhəmməd əz-Zəhəbi, “Siyəru əlamun-nubəla”. (Beyrut. 
Müəssisətur-risalə mətbəəsi) 

44. Murtəza Mutəhhəri, “Siyrətu Əimməti-l-əthar”. (Beyrut çapı) 

45. Qazi Numan Məğribi, “Şərhul-əxbar”. (Qum çapı) 

46. Zeynuddin bin Əli Şəhid Sani, “Şərhuluməd-diməşqiyyə”. (Nəcəf çapı) 

47. Muhəmməd Cavad Muğniyə, “əş-Şiə fil-Mizan”. (Beyrut çapı) 

48. Muhəmməd İsmail bin Muğirə əl-Buxari, “Səhih Buxari”. (Beyrut. 
Darul-fikr mətbəəsi. 1401 h.q.) 

49. Müslim ən-Nişapuri, “Səhih Müslim”. (Beyrut. Darul-fikr mətbəəsi.) 



50. Muhəmməd Cavad Fəzlullah, “Sulhul-Həsən əsbabuhu və ntaicuhu”. 
(Qum) 

51. Şeyx Razi Ali Yasin, “Sulhul-İmam Həsən”. 

52. Əhməd bin Həcər əl-Heytəmi, “əs-Səvaiqul-muhriqə”. (Beyrut. 
Müəssisətur-risalə mətbəəsi) 

53. Cahiz, “əl-Usmaniyyə”. (Misir. Darul-kutubil-ərəbi mətbəəsi) 

54. Şeyx ət-Tusi, “Uddətul-usul”. (Qum çapı) 

55. Əqqad, “Müaviyə”. (Misir çapı) 

56. Muhəmməd bin Əli bin Ənbə, “Umdətul-talib”. (Nəcəf çapı) 

57. Mahmud din Əhməd əl-Eyni, “Umdətul-qari”. (Beyrut. Dar ihyaut- 
turasil-ərəbi mətbəəsi.) 

58. Muhəmməd bin Əli Hüseyn bin Babaveyh Qummi, “İləlulş-şərai”. 
(Nəcəf) 

59. Əbdulhüseyn Əhməd Əmini, “əl-Ğədir”. (Darul kutubil-ərəbi mətbəəsi, 
1398 h.q.) 

60. Abdullah bin Muslim bin Quteybə, “Ğaribul-hədis”. (Darul-kutubil- 
ilmiyyə mətbəəsi) 

61. Əhməd bin Həcər əl-Əsqəlani, “Fəthul-bari fı şərhi səhihil-Buxari”. 
(Beyrut, Darul-marifə mətbəəsi) 

62. İbrahim bin Muhəmməd Cuveyni əş-Şafei, “Fəraidus-simteyn”. (Beyrut, 
1400 h.q.) 

63. Şərif Murtəza, “əl-Fusulul-muxtarə”. (Beyrut çapı) 

64. Seyid Əbdulhüseyn Şərəfuddin Amuli, “əl-Fusulul-muhimmə fi təlifil- 
ummə”. 

65. Əli bin Muhəmməd bin Səbbağ əl-Maliki, “əl-Fusulul-muhimmə fi 
mərifətul-əimmə”. (Darul-hədis mətbəəsi. 1422 h.q.) 

66. Əhməd bin Əli Cəssas, “əl-Fusulu fil-usuli”. 

67. Muhəmməd Əbdurrauf əl-Munavi, “Feyzul-qədir”. (Beyrut. Darul- 
kutubil-ilmiyyə mətbəəsi.) 

68. Həsən bin Fərhan əl-Maliki, “Qiraətun fi kutubil-əqaid”. (Əmman, 1421 
h.q.) 

69. Muhəmməd Hüseyn ət-Təbətəbai, “əl-Quran fil-islam”. 

70. Əllamə Hilli, “Qəvaidul-əhkam”. 

71. Əbu Talib əl-Məkki, “Qutul-qulub”. (Beyrut. Darul-kutubil-ilmiyyə 
mətbəəsi.) 

72. Muhəmməd bin Yəqub əl-Kuleyni, “əl-Kafi”. (Tehran çapı) 

73. Əli bin İbnulkərəm bin Əsir, “əl-Kamil fit-tarix”. (Beyrut. Dar Sadir. 
1386 h.q.) 

74. Əli bin İsa Ərbili, “Kəşful-ğummə”. (Beyrut. Darul-əzva mətbəəsi) 



75. Əbu Bəkr bin Xətib əl-Bağdadi, “əl-Kifayə fi ilmid-dirayə”. (Beyrut. 
Darul-kutubil-ərəbi. 1405 h.q.) 

76. Şeyx Səduq, “Kəmalud-din və təmamun-nimə” (Qum çapı) 

77. Muhəmməd bin Kərəm bin Mənzur, “Lisanul-ərəb”. (Beyrut. Dar Sadir 
mətbəəsi.) 

78. Əhməd bin Həcər əl-Əsqəlani, “Lisanul-mizan”. (Beyrut. Darul-marifə 
mətbəəsi) 

79. Əhməd bin Muhəmməd əl-Bərqi, “əl-Məhasin”. (Tehran çapı) 

80. Əbulfıda, “əl-Muxtəsər min Əxbaril-bəşər”. (Qahirə çapı) 

81. Əli bin Hüseyn əl-Məsudi, “Murucuz-zəhəb”. (Beyrut. Darul-marifə 
mətbəəsi) 

82. Əhməd bin Hənbəl, “Musnədu Əhməd”. (Beyrut. Dar Sadir mətbəəsi.) 

83. Əli Bəhbəhani, “Misbahul-hidayə fi isbatil-vilayə”. (Əhvaz, İran) 

84. Muhəmməd bin Təlhə əş-Şafei, “Talibus-suul”. (Ummul-Qura 
Universiteti, 1420 h.q.) 

85. Həsən bin Fərhan əl-Maliki, “Abdullah bin Səəd ilə”. (Əmman. 1422 
h.q.) 

86. Süleyman bin Əhməd ət-Təbərani, “əl-Mucəmus-səğir”. (Beyrut. Darul- 
kutubil-ilmiyyə mətbəəsi.) 

87. Şəmsəddun Muhəmməd əz-Zəhəbi, “Mucəmu şuyuxiz-Zəhəbi”. (Beyrut. 
Darul-kutubil-ilmiyyə mətbəəsi. 1413 h.q.) 

88. Muhəmməd bin Abdullah Hakim ən-Nişapuri, “Mərifətu ulumil-hədis”. 
(Beyrut. 1400 h.q.) 

89. Hüseyn bin Muhəmməd Raqib əl-İsfəhani, “Mufrədətu ğəribil-Quran”. 

90. Əbulfərəc əl-İsfəhani, “Məqatilut-talibin”. (Nəcəf. 1385 h.q.) 

91. Muhəmməd bin Əli bin Şəhru Aşub, “Mənaqibu Ali Əbi Talib”. (Nəcəf. 
1376 h.q.) 

92. Zubeyr bin Bəkkar, “əl-Muvəffəqiyyat”. (Beyrut çapı) 

93. Muhəmməd bin Əqil, “ən-Nəsaihul-kafiyə”. (Qum çapı) 

94. Xəlil bin Əybək əs-Səfədi, “əl-Vafi bil-vəfiyyat”. (Beyrut. Dar ihyaut- 
turasil-ərəbi mətbəəsi.) 

95. Muhəmməd bin Həsən Hurr Amuli, “əl-Vəsail”. (Qum çapı) 

96. Süleyman bin İbrahim əl-Qunduzi əl-Hənəfi, “Yənabiul-məvəddə”.